Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Albertə haqsız hücumlar

By Vüsal Rafiqoğlu
25.06.2026 3 Min Read

Kimin nə acısı, narazılığı varsa, onu bu cür qəhrəmanlıq nümunəsi olan insanı hədəfə almaqla çıxara bilməz…

– Adın nədir?
– Albert.
– Hansı millətdənsən?
– Yəhudi.
– Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?
– Mən bu torpaqda yaşayıram, doğulmuşam burada, yaşayıram burada, daha heç nə məcbur eləmir…
– Bir vətəndaş kimi borcunu nədə görürsən?
– Gəlib torpağı qorumaqda.
– Nə qədər vuruşmağı düşünürsən?
– Müharibənin axırına kimi…

Birinci Qarabağ müharibəsinin əfsanəvi qəhrəmanlarından olan Albert Aqarunovun gözlənilmədən hədəf alınmasının mənasını anlamaq çətindir. Bunu məsələn, Netanyahu hökumətinin son illər Qəzzada apardığı siyasətlə əlaqələndirmək məntiqsizdir. Ona qalsa, bu barədə tənqid yazanlardan biri də mənəm. Ya da Albertə qarşı bu cür hücumlar Bakı-Tel-Əviv münasibətlərini kölgələmək üçün düşünülübsə, bunun da hansısa “nəticə verəcəyinə” ancaq sadəlövhlər inana bilər.

Dünən təsadüfən rastıma çıxan o videoya sonadək baxa bilmədim, çünki Albert mənə əziz adamdır, yeri toxunulmazdır, dəfələrlə də onun haqqında xüsusi olaraq yazmışam. Onun yəhudi olmasının qabardılması Azərbaycan uğrunda indiyədək şəhid olmuş digər millətlərin təmsilçilərinə də yönəlmiş hücumdur. Yenə deyirəm, Albertin hədəfə alınmasının heç bir normal dini-mənəvi-psixoloji izahı ola bilməz. Kimin nə acısı, narazılığı varsa, onu bu cür qəhrəmanlıq nümunəsi olan insanları hədəfə almaqla çıxara bilməz. Olmaz belə nadanlıq…

Bakı neftçisinin 10 uşağının sonuncusu, Şuşanı ölmədən tərk etməyən Milli Qəhrəmandır Albert. Onun haqda yazılarımın birində xüsusi qeyd etmişdim: “Albert nə yəhudilərə, nə əmircanlılara şuşalılar qədər doğma ola bilər. Albert Aqarunov onun yalnız rəsmi ad və soyadıdır. Albert şuşalıdır…”

Kim idi bizim Albert? Qarabağ müharibəsi başlayanda 22 yaşı vardı və könüllü olaraq cəbhəyə yollanıb, tank komandiri təyin edilib. Onun 533-cü tankçı ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanıb, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşmənə ağır zərbələr vurub, onlarla yaraqlını və xeyli hərbi texnikanı məhv edib. Onun tank döyüşündə bir metodu varmış ki, yoldaşları ona “yəhudi buterbrodu” deyirmişlər. Erməni zirehli texnikası bir-birinə yaxınlaşandan sonra bir top mərmisi ilə iki texnikanı məhv etməsinə belə bir bənzətmə veriblərmiş…

Şuşaya hücum ediləndə 9 tank, 7 BMP və bir çox texnikanı məhv etmişdi. 1992-ci il mayın 8-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə Albert sonuncu dəfə tankdan çıxaraq yaralılara kömək etmək istəyərkən snayper gülləsi ilə vurulur…Əsgər yoldaşları yaralı Alberti döyüş bölgəsindən çıxararaq Laçına aparırlar ki, vertolyotla təcili Bakıya çatdırsınlar. Amma ölüm onu haqlayır və yolda şəhid olur. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Albert Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Albertin şəhidlik xəbərini atasına verən komandir “oğlunuz qəhrəmancasına şəhid olub, siz necə istəyirsiniz, onu harada dəfn edək” soruşub. Atası da deyib ki, “azərbaycanlı şəhid balalarının dəfn olunduğu yerdə dəfn edin, çünki o, Azərbaycan torpağının övladıdır…”

Albert Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Onun ölüm tarixi kimi, ad günü heç unutmadığım tarixdir- 25 aprel. Niyə unutmuram, çünki onun doğum günündən 5 gün sonra- aprelin 30-u Ramizin şəhid olduğu gündür. Ramizin simvolik məzarı da çoxdandır Bakıda Albertə qonşudur. Onları bir-birindən necə ayırmaq, necə ayrı-seçkilik salmaq olar ki…

Səfirlik, Albertin uzaqda yaşayan doğmaları onu burada tez-tez yad edirlər. Amma bu Alberti bizdən almaq, ayırmaq demək deyil ki…

Əmircana illər öncə hüzrə getmişdim, ilk dəfə idi bu kənddə olurdum. Azərbaycana Səttar Bəhlulzadə, Tofiq Bayram, Ramiz Rövşən (və daha kimlər) kimi şöhrətli sənət adamları verən kənddə yanımda oturan yerli camaatdan birinə “bura Albertin kəndi demək olar” sözlərimə kədər qarışıq qürurla “hə…” demişdi…

Alberti həm də ölkədəki multikulturalizm və multietnik birliyin mühüm simvollarından biri hesab olunur. Görünür, onu hədəf seçənlərin də məqsədi bu birliyi zədələməkdir…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlham Əliyev həmkarını təbrik etdi

Next

“Arzum” ləqəbli tiktokerin məhkəməsi təxirə salındı

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv