Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Aşura günü Azərbaycanda böyük ALKSİYA – 38 ünvanda QAN verilir

By Vüsal Rafiqoğlu
25.06.2026 3 Min Read

Bu gün Azərbaycanda Aşura qeyd olunur. Bu – mərhəmətin, yardımlaşmanın və insan həyatına verilən dəyərin nümayiş olunduğu xüsusi bir gündür.

Son illər ərzində ölkədə formalaşan qanvermə aksiyaları artıq Aşura ənənəsinin ayrılmaz hissəsinə çevrilib. Bu təşəbbüslər Kərbəla hadisəsinin fəlsəfəsini müasir dövrün humanist dəyərləri ilə birləşdirərək minlərlə insanın həyatına ümid bəxş edir.

Bu il də Aşura günü münasibətilə Azərbaycanın bütün bölgələrində genişmiqyaslı qanvermə aksiyaları təşkil olunub. Musavat.com xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun sözlərinə görə, ölkə üzrə ümumilikdə 38 məntəqədə qanvermə kampaniyası keçirilir. Həmin məntəqələrin əksəriyyəti məscidlər, ziyarətgahlar və dini-mənəvi mərkəzlərdir. Sevindirici məqamlardan biri odur ki, artıq işğaldan azad edilmiş ərazilərdəki məscidlər də bu xeyirxah təşəbbüsə qoşulub. Ağdam Cümə məscidində və Şuşa şəhərində fəaliyyət göstərən məscidlərdə qanvermə aksiyalarının təşkili həm dini-mənəvi həyatın bərpasının, həm də humanitar dəyərlərin yaşadılmasının rəmzinə çevrilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev bildirib ki, Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyaları artıq Azərbaycanda formalaşmış xeyirxah ənənələrdən biridir və bu təşəbbüslər Kərbəla hadisəsinin mahiyyəti ilə tam uyğunluq təşkil edir. Onun sözlərinə görə, İmam Hüseynin (ə) şəhadəti ilə bağlı hadisələrin əsas mesajı insanlara yardım etmək, ədalət və mərhəmət prinsiplərini yaşatmaqdır: “Bu təşəbbüslər Aşura gününün fəlsəfəsi, mahiyyəti və ruhu ilə tam şəkildə üst-üstə düşür. Buradakı əsas məqsəd xeyirxah niyyətlə ehtiyacı olan insanlara yardım göstərməkdir”.

Elnur Mustafayev vurğulayıb ki, Aşura münasibətilə özünə xəsarət yetirmək, qan çıxarmaq və ya dini-mənəvi dəyərlərlə uzlaşmayan davranışlar sərgiləmək hadisənin fəlsəfəsinə ziddir. Əksinə, insan həyatının xilasına xidmət edən qanvermə aksiyaları Kərbəla şəhidlərinin təbliğ etdiyi yüksək mənəvi ideyaların yaşadılmasının ən düzgün formalarından biridir.

Bu il də ənənəyə uyğun olaraq qanvermə aksiyası Azərbaycan İlahiyyat İnstitutunda təşkil olunub. Gündüz İsmayılov qeyd edib ki, bu, təsadüfi seçim deyil. Çünki Azərbaycan İlahiyyat İnstitutu ölkədə dini sahə üzrə ixtisaslı kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir. Burada gələcəyin din xadimləri, ilahiyyatçıları və dinşünasları təhsil alırlar. Məhz buna görə də Aşura gününün mahiyyətini düzgün şəkildə cəmiyyətə çatdıracaq şəxslərin yetişdiyi təhsil ocağında belə bir aksiyanın keçirilməsi xüsusi simvolik məna daşıyır.

Aksiyanın təşkilində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, TƏBİB, Səhiyyə Nazirliyi, Azərbaycan Könüllülər İttifaqı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Gənclər Fondu, qeyri-hökumət təşkilatları və digər qurumlar iştirak edir.

Rəsmilərin sözlərinə görə, son illər Aşura günü keçirilən qanvermə aksiyalarında iştirak edənlərin sayında davamlı artım müşahidə olunur. Bunun əsas səbəblərindən biri insanların Kərbəla hadisəsinin fəlsəfəsini daha dərindən dərk etməsidir. Maarifləndirmə işlərinin nəticəsi olaraq cəmiyyətdə Aşuranın mahiyyəti barədə daha sağlam təsəvvür formalaşıb. İnsanlar anlayırlar ki, İmam Hüseynin (ə) uğrunda şəhid olduğu ideallar – ədalət, humanizm, mərhəmət və fədakarlıqdır. Bu dəyərlərin təcəssümü isə özünə zərər verməkdə deyil, başqalarının həyatını xilas etməkdədir.

Aşura günü qanvermə aksiyalarının keçiriləcəyi ÜNVANLAR

Xüsusilə də talassemiya və hemofiliya kimi ağır xəstəliklərdən əziyyət çəkən insanların qan ehtiyacının ödənilməsində bu aksiyaların mühüm rolu var. Vətəndaşlar bilirlər ki, verdikləri bir neçə yüz millilitr qan kiminsə həyatını xilas edə bilər.

Bu gün Azərbaycanda Aşura mərasimlərinin mahiyyəti getdikcə daha çox humanitar məzmun qazanır. Qanvermə aksiyalarına minlərlə insanın qoşulması göstərir ki, cəmiyyət dini-mənəvi dəyərləri müasir dövrün ehtiyacları ilə uzlaşdırmağı bacarır. Əgər Kərbəla insanlığın ədalət uğrunda mübarizəsinin simvoludursa, Aşura günü qanvermə aksiyaları da həmin idealların müasir dövrdə praktik təzahürüdür. Çünki bir damla qan çıxarmaq deyil, bir insanın həyatını xilas etmək İmam Hüseynin (ə) təbliğ etdiyi mərhəmət və fədakarlıq ruhuna daha yaxındır.

Məhz buna görə də Azərbaycanda Aşura günü keçirilən qanvermə aksiyaları təkcə dini mərasim deyil, həm də humanizmin, vətəndaş həmrəyliyinin və xeyirxahlığın ən gözəl nümunələrindən biri kimi qiymətləndirilir. Bu ənənə hər il daha çox insanı ətrafında birləşdirərək Kərbəla mesajının əsl mahiyyətini yaşadır – insanlara həyat bəxş etmək.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda elit toxum istehsalına özəl sektora yol açılır

Next

İlham Əliyev həmkarını təbrik etdi

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv