Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycan elmində səssiz inqilab: Kişilər geri çəkilir, qadınlar önə çıxır

By Vüsal Rafiqoğlu
25.06.2026 4 Min Read

Azərbaycanda elmi kadr hazırlığında maraqlı və diqqətçəkən bir tendensiya müşahidə olunur. Dövlət Statistika Komitəsinin modern.az-a açıqladığı son məlumatlara görə, 2026-cı ilin əvvəlinə ölkədə fəaliyyət göstərən 114 müəssisə və təşkilatın doktoranturalarında 3123 nəfər təhsil alıb və onların 50,9 faizini qadınlar təşkil edib. Doktorantların 85 faizi fəlsəfə doktoru, 15 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alır.

Statistika göstərir ki, qadınların üstünlüyü xüsusilə yeni elmi kadrların hazırlanmasında daha qabarıq görünür. Belə ki, 2025-ci ildə fəlsəfə doktoru proqramı üzrə təhkim olunmuş 147 dissertantın 74,1 faizi qadın olub. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş 120 nəfərdən isə 73-ü qadındır. Dissertantların böyük hissəsi tibb, hüquq, biologiya, tarix, fizika, iqtisad, texnika və filologiya elmləri sahələrində fəaliyyət göstərir.

Bu rəqəmlər Azərbaycanda qadınların elmi fəaliyyətə marağının artdığını göstərməklə yanaşı, cəmiyyətdə baş verən sosial dəyişikliklər barədə də mühüm suallar yaradır.

Bir vaxtlar daha çox kişilərin üstünlük təşkil etdiyi elmi mühitdə qadınların sayının sürətlə artması hansı amillərlə bağlıdır? Bu tendensiya qadınların təhsil və karyera imkanlarının genişlənməsinin nəticəsidir, yoxsa kişilərin elm sahəsindən uzaqlaşmasının göstəricisi?

Sosioloq: “Ana bətnində olan körpənin yaşamaq hüququ tanınmalıdır”
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a danışıb:

“Əmək bazarının təhlili göstərir ki, məşğul əhali içərisində qadınların çəkisi 48 faiz təşkil edir. Yəni məşğul əhali arasında qadınların payı artmaqda davam edir və bu tendensiya bütün sahələrdə, xüsusilə də təhsil və səhiyyə sektorlarında daha qabarıq şəkildə özünü göstərir. Təhsil sahəsində qadınların üstünlük təşkil etməsi isə təbii olaraq elm sahəsində də paralel tendensiyanın formalaşmasına gətirib çıxarır. Nəticədə elm adamları, elmi dərəcə alanlar, fəlsəfə doktorları və elmlər doktorları arasında da qadınların statistikasında artım müşahidə olunur”.

Sosioloqun fikrincə, bu, bütövlükdə cəmiyyətin düşüncə tərzində baş verən dəyişikliklərlə əlaqədardır:

“Kişi mərkəzli cəmiyyət modeli yavaş-yavaş müəyyən transformasiyaya məruz qalır və qadınlar ictimai həyatın daha fəal iştirakçılarına çevrilirlər. Bu fəallıq özünü elm sahəsində də göstərir və nəticədə qadınların elmdə təmsilçiliyi artır.

Bəs qadınların elm sahəsində daha çox qalmasının səbəbi nədir? Nə qədər desək də ki, qadınlar məşğul əhalinin mühüm hissəsini təşkil edir, reallıq ondan ibarətdir ki, ailənin maddi məsuliyyəti daha çox kişilərin üzərində qalır. Elm və təhsil sahələrində əməkhaqqı digər fəaliyyət istiqamətləri ilə müqayisədə nisbətən aşağı olduğuna görə kişilər bu sahələrə o qədər də meyl göstərmirlər. Onlar daha çox yüksək gəlirli sahələrə üstünlük verirlər və hətta həmin işlər müəyyən risklər daşısa belə, ailənin maliyyə yükünü qarşılamaq məqsədilə bu seçimə gedirlər.

Qadınlar isə daha çox elm, təhsil və səhiyyə sahələrində çalışmağa üstünlük verirlər. Bir qədər daha sabit və nizamlı fəaliyyət sahələri olduğu üçün, həmçinin cəmiyyətdə formalaşmış yanaşmalara görə bu istiqamətlər qadınların daha çox seçdiyi peşə sahələrinə çevrilib. Hesab edirəm ki, elm sahəsində elmlər doktorları və elmlər namizədləri arasında qadınların statistikasının artmasının əsas səbəblərindən biri də məhz budur”.

Üzeyir Şəfiyev vurğulayıb ki, son zamanlar qadınlar arasında təhsil alanların sayı da artmağa başlayıb:

“Bu artım həm say, həm də dinamika baxımından aydın şəkildə müşahidə olunur. Ona görə də qadınların elmdə daha çox təmsil olunması gözlənilən bir prosesdir.

Amma digər tərəfdən burada müəyyən siqnallar da var. Çünki elm həm də fərqli baxışların, müxtəlif düşüncə modellərinin bir araya gəldiyi sahədir. Mən hesab edirəm ki, qadın və kişi təfəkkürü müəyyən mənada fərqli yanaşmalara malikdir. Problemlərə baxış tərzi, təhlil üsulu və yanaşmalar fərqlənə bilər. Elmdə də qadın və kişi baxışlarının birlikdə təmsil olunması daha sağlam mühit formalaşdırır. Ona görə də çox yaxşı olardı ki, kişilər də bu sahədə qalsınlar”.

Sosioloq vurğulayıb ki, elmdə və təhsildə əməkhaqları digər fəaliyyət sahələri ilə uyğunlaşdırılmalıdır ki, kişilər də təhsil sahəsinə gəlsinlər, müəllim, pedaqoq kimi fəaliyyət göstərsinlər, elmi fəaliyyətə qoşulsunlar və bu istiqamətdə karyera qurmağa maraq göstərsinlər:

“Gəlin məsələyə müqayisəli təhlil prizmasından baxaq. Digər sahələrdə əməkhaqqı hansı səviyyədədir, elm və təhsil sahəsində maaşlar hansı vəziyyətdədir? Əlbəttə ki, mövcud əməkhaqqı səviyyəsi bir çox hallarda kişilərə bu sahədə çalışmağa imkan vermir. Çünki kişilər ailənin əsas maliyyə məsuliyyətini daşıdıqlarına görə daha yüksək gəlirli sahələrə yönəlirlər. Təhsil və elm sahəsində əməkhaqqı aşağı olduğundan bu istiqamətlər onlar üçün kifayət qədər cəlbedici görünmür.

Qadınlar isə bunu daha çox iş və peşə fəaliyyəti kimi qiymətləndirirlər. Əməkhaqqı yüksək olmasa belə, ailə büdcəsinə töhfə vermək imkanını nəzərə alırlar. Cəmiyyətdə formalaşmış ənənəvi düşüncəyə görə əsas maliyyə məsuliyyətinin kişinin üzərində olması da bu seçimlərə təsir edir. Mən bu vəziyyəti əsasən bu amillərlə izah edirəm.

Digər mühüm məqam ondan ibarətdir ki, qadınlar arasında təhsil alanların sayının artması onların elmə də daha çox yönəlməsinə səbəb olur. Bu gün magistratura səviyyəsində aparılan təhlillər göstərir ki, magistr təhsilini davam etdirənlərin əksəriyyəti qızlardır. Xaricdə təhsil almağa gedənlər arasında da qızların sayı artmaqdadır. Müəllim heyətinə, universitetlərə və ümumilikdə təhsil sisteminə baxdıqda qadınların üstünlük təşkil etdiyini aydın şəkildə görürük.

Əlbəttə, bu məsələnin başqa tərəfi də var. Mən hesab edirəm ki, uşaqların və gənclərin sosiallaşması prosesində həm qadın, həm də kişi pedaqoqların iştirakı vacibdir. Şagirdlərin və tələbələrin formalaşmasında hər iki cinsin nümayəndələrinin rol alması daha sağlam sosial mühit yaradır. Əks halda sosiallaşma prosesində müəyyən boşluqlar yarana bilər.

Məktəb mühitində də, orta məktəblərdə də, ali təhsil müəssisələrində də qadın və kişi müəllimlərin daha paritet şəkildə təmsil olunması məqsədəuyğun olardı. Təəssüf ki, hazırkı reallıq bunu tam əks etdirmir. Hətta bağçalarda da kişi tərbiyəçilərin və kişi pedaqoqların fəaliyyət göstərməsini arzulayardım. Yəni qadın tərbiyəçilərlə yanaşı kişi tərbiyəçilər də olmalıdır. Orta məktəblərdə də, ali təhsil müəssisələrində də bu nisbət bir-birinə daha yaxın olmalıdır.

Çünki sağlam təhsil mühiti və balanslı sosiallaşma prosesi bunu tələb edir. Bunun üçün isə ilk növbədə əməkhaqqı siyasəti elə qurulmalıdır ki, kişilər də bu sahəyə maraq göstərsinlər. Təhsil və elm sahəsində motivasiyaedici əməkhaqları formalaşdırılmalıdır ki, kişilər də bu istiqamətlərdə daha fəal şəkildə təmsil olunsunlar”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək

Next

Prezident şəhid hərbçiləri təltif edib – SİYAHI

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv