Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Ekspertlər Azərbaycanda təkrar tullantıların idarə edilməsi barədə nə düşünür?

By Vüsal Rafiqoğlu
25.06.2026 3 Min Read

Təkrar tullantıların idarə edilməsi sahəsində həllini gözləyən məsələlər var  

Azərbaycanda tullantıların idarə olunması sahəsinin inkişaf etdirilməsi günün aktual tələblərindəndir. Bu sahədə həyata keçirilən tədbirlərin effektivliyi ölkədə ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin olunması və müasir yanaşmaların tətbiqi baxımından önəm kəsb edir.

Ölkəmizdə ekoloji təhlükəsizliyin gücləndirilməsi və tullantıların düzgün idarə olunmasında vahid dövlət nəzarətinin formalaşdırılması mühüm amildir. Bu baxımdan dövlət başçısı tərəfindən imzalanan “Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman sözügedən istiqamətdə problemlərin aradan qaldırılmasında böyük önəm daşıyır. Fərmana əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb. Fərmanla müəyyən edilib ki, Agentlik tullantıların idarə edilməsi (tullantıların əmələ gəlməsi, yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması) və tullantı haqlarının toplanması sahəsində dövlət nəzarətini, tənzimləməni və əlaqələndirməni həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurumdur.

Xatırladaq ki, ötən ay paytaxtda təşkil olunan Ümumdünya Şəhərsalma Forumun 13-cü Sessiyası çərçivəsində dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib. UN-Habitat-ın Asiya və Sakit Okean regionu üzrə regional ofisinin direktoru Kadzuko İşiqaki bildirib ki, tullantıların idarə olunmasına ənənəvi yanaşmalar artıq kifayət etmir və bu gün dünya dairəvi iqtisadiyyat prinsiplərinə əsaslanan daha inteqrasiya olunmuş və innovativ həllərə keçidə ehtiyac duyur. Qeyd edilib ki, Asiya-Sakit Okean regionunda məişət tullantıları ən sürətlə artan ekoloji problemlərdən birinə çevrilib.

Qeyd edək ki, bu gün Azərbaycanda təkrar tullantıların idarə edilməsi ilə bağlı bir sıra addımlar atılır. Ancaq bununla yanaşı, bu istiqamətdə həllini gözləyən məsələlər də var.

Ekoloqlar Azərbaycanda təkrar tullantıların idarə edilməsi istiqamətində mövcud vəziyyəti necə dəyərləndirir, problemlərlə bağlı hansı təkliflərlə çıxış edirlər? Bu barədə ekspertlərin fikirlərini öyrəndik.

Məsələ ilə bağlı ekoloq Rövşən Abbasov bildirib: “Ölkəmizdə təkrar tullantıların idarə edilməsi son illərdə çox diqqətçəkən məsələlərdən birinə çevrilib: “Xüsusilə urbanizasiya, əhali artımı, istehlak səviyyəsinin yüksəlməsi nəticəsində məişət tullantılarının həcmi artır. Bu da başlıca olaraq əhalinin həyat keyfiyyətinin dəyişməsi ilə bağlıdır. Yəni əvvəllər insanlar kənd yerlərində yaşayırdılar, plastik məmulatlardan çox istifadə edilmirdi. Çox az tullantılar əmələ gəlirdi. Bugünki dövrdə isə şəhərlərə çox böyük köçlər olduğu üçün əhali daha çox şəhərlərdə cəmləşir. Burada məişət tullantılarının əmələ gəlməsi çoxalır. Hazırda tullantıların əsas hissəsi Bakı və Abşeron yarımadasından yaranır. Bu, əhalinin cəmləşməsi ilə bağlıdır.

Baxmayaraq ki, tullantıların idarə olunmasında irəliləyişlər var, ancaq ciddi problemlər də özünü göstərir. Problemlərdən biri odur ki, tullantıların bir hissəsi poliqonlara daşınır və yalnız kiçik bir hissəsi təkrar emala yönəldilir. Bir çox hallarda isə heç təkrar emala yönəldilmir. Əsas problemlərdən biri tullantıların mənbədə çeşidlənməsinin zəif olmasıdır. Bir çox hallarda məişət tullantıları qarışıq şəkildə toplanır və bu da təkrar emalı çətinləşdirir. Eyni zamanda əhalinin maarifləndirmə səviyyəsi tam yetərli deyil. Ona görə də insanlar tullantıların mənbədə ayrılmasında, çeşidlənməsində çox da maraqlı deyillər. Onlar üçün əsas odur ki, tullantını evdən çıxartsınlar və ümumi bir qaba atsınlar. Bu da əlbəttə ki, idarəetmədə çox ciddi problemlər yaratmaqdadır. Son illər əlbəttə ki, dairəvi iqtisadiyyat və yaşıl inkişaf yanaşmaları çox ciddi müzakirə olunur. Təklif olunan məsələlərdən biri ondan ibarətdir ki, potensial tullantıların ümumi miqdarı azaldılsın. Plastiklər gələcəkdə qadağan oluna bilər. Bir çox ölkələr bu təcrübədən istifadə edirlər və plastiklərə əlçatanlıq azaldıla bilər. İstehlakçının genişləndirilmiş məsuliyyəti deyilən bir sxem vasitəsilə çox mümkündür ki, gələcəkdə istehsalçılar öz potensial tullantılarının idarə olunmasında məsul ola bilərlər. Məsələn, su qablaşdırma firmalarını götürək. “Coca-cola”, “Fanta” kimi şirkətlər, Azərbaycanda çox sayda tullantıların yaranmasına səbəb olurlar, onlar məsuliyyət daşımalıdırlar. Bu istiqamətdə məsuliyyət çox vacibdir.

Təkrar emal dairəvi iqtisadiyyatda çox mühüm bir məsələdir. Hər dövr iqtisadiyyatda plastik, metal, şüşə və elektron tullantılar hər zaman xammal mənbəyi kimi istifadə edilə bilər. Bu da resursların səmərəli istifadəsinə imkan yaradar. Ümumiyyətlə, gələcəkdə sistemin inkişafı üçün tullantıların mənbədə çeşidləndirilməsi, ictimai maarifləndirmənin artırılması, regionlarda təkrar emal infrastrukturunun gücləndirilməsi çox vacib şərtlərdir. Buraya yerli bələdiyyələr cəlb edilməlidir. Yəni kiçik kəndlərin ərazisində bələdiyyələr tullantıların idarə olunmasında əsas idarəçilərə çevrilməlidirlər. Bu, dünya  təcrübəsində də belədir. Digər tərəfdən özəl sektorun cəlb olunmaası, investisiyanın təşviq edilməsi, rəqəmsal monitorinqin təşkili və smart tullantı texnologiyalarının tətbiq olunması da tullantıların idarə olunmasını yaxşılaşdıra bilər”.

Ekoloq Qorxmaz İbrahimli bildirib: “Tullantıların idarə edilməsi, təkrar emal Azərbaycanda yenilik sayıla bilər. Buraya zibil emalı fabrikini əlavə etsək, böyük irəliləyiş saya bilərik. Lakin tullantıların idarə olunması tək fabrik ilə bitmir. Birinci növbədə bələdiyə institutu işləməlidir.  Təəssüf ki, bu yoxdur. Çünki tullantı ilkin olaraq mənzillərdə ayrılmalı, bələdiyyələrin təmin etdikləri kiçik konteynerlərdə çeşidlənmiş halda toplanmalıdır. Birinci zəncir olmadan daha böyük zibil konteynerlərindən danışmağa dəymir.  Bu mənada kompleks yanaşılmalıdır”.

Bu yazı Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Tullantıların idarə edilməsində Yaponiya təcrübəsinin təşviqi” layihəsi çərçivəsində hazırlanıb. Yazıda qeyd olunan fikir və mülahizələr müsahiblərə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Şuşanın Sarıbaba kəndinin təhlükəsiz hala gətirilməsi istiqamətində əməliyyatlar davam etdirilir

Next

Ceyhun Bayramov polşalı həmkarı ilə GÖRÜŞDÜ

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv