Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəbhədən Xəbər

NATO-nun mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd olunub

By Vüsal Rafiqoğlu
26.06.2026 2 Min Read

NATO-nun mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və tərəfdaşlıqlar üzrə köməkçisinin müavini səfir Kevin Hamilton, müttəfiq və tərəfdaş dövlətlərin NATO yanında səfirləri, hərbi nümayəndələri, Alyansın Beynəlxalq Katibliyinin nümayəndələri, eləcə də digər yüksək səviyyəli qonaqlar iştirak edib. Rəsmi qəbul zamanı çıxış edən Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə bu əlamətdar günün Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçuların fədakarlıqları və xidmətlərinə ehtiramın ifadə olunması, habelə müstəqillik, suverenlik və dövlətçilik dəyərlərinin əhəmiyyətinin bir daha vurğulanması baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.

O bildirib ki, Azərbaycanın müstəqilliyi böyük fədakarlıqlar hesabına əldə olunmuş nailiyyətdir və onun qorunub saxlanılması güclü dövlət institutları, milli birlik və peşəkar silahlı qüvvələrdən asılıdır. Nümayəndəliyin başçısı müasir Azərbaycan Ordusunun formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolunu xüsusi vurğulayıb, onun əsasını qoyduğu hərbi quruculuq siyasətinin Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini və bunun nəticəsində ölkənin suverenliyi və ərazi bütövlüyünün bərpa olunduğunu qeyd edib.

C.Hüseynzadə Azərbaycanın məqsədlərinin təkcə suverenliyin bərpası ilə məhdudlaşmadığını, Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsinə yönəldiyini qeyd edib və Vaşinqton Sammitində Azərbaycan–Ermənistan sülh prosesində əldə olunan irəliləyişi mühüm addım kimi qiymətləndirib. Diplomat Azərbaycanın NATO ilə tərəfdaşlığının 30 ildən artıq qarşılıqlı hörmət və ortaq maraqlar əsasında inkişaf etdiyini, ölkənin NATO-nun rəhbərlik etdiyi əməliyyatlarına, xüsusilə Kosovo və Əfqanıstandakı missiyalara mühüm töhfələr verdiyini vurğulayıb.

Nümayəndəliyin başçısı, həmçinin Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə verdiyi töhfələri, eləcə də Avropa, Mərkəzi Asiya və digər regionlar arasında əlaqələri gücləndirən mühüm Avrasiya bağlantı mərkəzinə çevrildiyini qeyd edib. Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında hərbi nümayəndəsi Ramil Həsənov öz çıxışında Silahlı Qüvvələrimizin yaranması və inkişaf yolu, eləcə də Azərbaycanın NATO ilə hərbi sahədə tərəfdaşlığı haqqında məlumat verib. NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və tərəfdaşlıqlar üzrə baş katib köməkçisinin müavini səfir Kevin Hamilton çıxışında Azərbaycanı NATO-nun etibarlı və dəyərli tərəfdaşı kimi qiymətləndirib. “Azərbaycan ilə NATO arasında uzunmüddətli tərəfdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlaşmasına və modernləşdirilməsinə mühüm töhfə verib və bu gün Azərbaycan Silahlı Qüvvələri NATO standartları ilə yüksək səviyyədə qarşılıqlı uyarlılığa sahibdir”, – o qeyd edib. Səfir Kevin Hamilton Azərbaycanın NATO-nun rəhbərlik etdiyi əməliyyat və missiyalara verdiyi töhfələri, o cümlədən Əfqanıstandakı mühüm rolunu yüksək qiymətləndirib və müttəfiq qüvvələrin ölkədən təxliyəsi zamanı göstərdiyi dəstəyi xüsusi qeyd edib. “Azərbaycan Əfqanıstanı tərk edən son tərəfdaş ölkə olub”, – o əlavə edib. Hamilton, həmçinin Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirib. Bununla yanaşı, o, Azərbaycan və Ermənistan arasında de-fakto sülhün bərqərar olması ilə əldə edilmiş tarixi irəliləyişi alqışlayaraq, bunu regional sabitlik və təhlükəsizlik baxımından mühüm nailiyyət kimi dəyərləndirib.

Rəsmi qəbul çərçivəsində Azərbaycanın Alyansla tərəfdaşlığını, Ulu Öndər Heydər Əliyevin NATO ilə tərəfdaşlığa mühüm töhfələrini, Prezident İlham Əliyevin NATO mənzil-qərargahına səfərini və Alyansın rəsmiləri ilə görüşlərini əks etdirən fotosərgi, eləcə də Azərbaycanın milli təamlarını əks etdirən ziyafət təşkil edilib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Həftəsonu güclü külək əsəcək

Next

Azərbaycanda bu məşhur bazar sökülür

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv