Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır

By Vüsal Rafiqoğlu
29.06.2026 2 Min Read

2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU)  Ekologiya və torpaqşünaslıq fakültəsində magistratura səviyyəsində əmək bazarının tələblərinə cavab verən üç yeni ixtisaslaşma – “Ekoloji ekspertiza”, “Ekoloji menecment” və “Daşınmaz əmlakın kadastrı və reyestri” üzrə qəbul həyata keçiriləcək.

“İki sahil” xəbər verir ki, “Ekoloji ekspertiza” ixtisaslaşması ətraf mühitin mühafizəsi, təbii ehtiyatların səmərəli idarə olunması, ekoloji təhlükəsizliyin təmin edilməsi və təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi sahəsində peşəkar mütəxəssislərin hazırlanmasına yönəlib. Tələbələr ekoloji ekspertiza və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ), strateji ekoloji qiymətləndirmə (SEQ), ekoloji layihələndirmə, ekologiya hüququ, ekoloji audit, ekoloji monitorinq, ekoloji norma və standartlar, texnogen təsirin qiymətləndirilməsi kimi müasir fənləri mənimsəyəcəklər. Təhsil müddətində ekoloji risklərin təhlili, ekspert rəylərinin hazırlanması, monitorinq sistemlərinin tətbiqi, ekoloji qanunvericiliyin icrası və ekoloji layihələrin idarə olunması istiqamətində nəzəri və praktik biliklər əldə edəcəklər.

Məzunlar dövlət və özəl sektorda, ətraf mühitin mühafizəsi və ekoloji nəzarət qurumlarında, ekoloji ekspertiza və ƏMTQ təşkilatlarında, ekoloji monitorinq və laboratoriya mərkəzlərində, sənaye, tikinti, energetika, nəqliyyat və kənd təsərrüfatı müəssisələrinin ekoloji bölmələrində, ekoloji audit və konsaltinq şirkətlərində, elmi-tədqiqat institutları, ali təhsil müəssisələrində, həmçinin yerli və beynəlxalq layihələrdə ekoloq, ekoloji ekspert, monitorinq mütəxəssisi, auditor, layihə koordinatoru və tədqiqatçı kimi fəaliyyət göstərə biləcəklər.

“Ekoloji menecment” ixtisaslaşması iqtisadi fəaliyyətlə ətraf mühit arasında tarazlığın qorunması, ekoloji risklərin idarə olunması, resurslardan səmərəli istifadə, yaşıl texnologiyaların tətbiqi və dayanıqlı inkişaf prinsiplərinin həyata keçirilməsi üzrə peşəkar kadrların hazırlanmasını nəzərdə tutur. Tədris proqramına ətraf mühitin idarə olunması və dayanıqlı inkişaf, müəssisələrdə ekoloji menecment, ƏMTQ, ekoloji monitorinq və modelləşdirmə, tullantıların idarə olunması, ekoloji marketinq, ekoloji audit və sığorta, energetikada təbiətqoruyucu texnologiyalar, yaşıl iqtisadiyyat, ekoloji innovasiyalar, ekoloji fəaliyyətin maliyyələşdirilməsi kimi fənlər daxildir. Tələbələr ekoloji menecment sistemlərinin standartları, sertifikatlaşdırma, ekoloji təhlükəsizlik və risk menecmenti, informasiya texnologiyalarının tətbiqi və normativ-hüquqi baza üzrə praktiki bacarıqlar əldə edəcəklər.

Bu ixtisaslaşmanın məzunları dövlət və bələdiyyə qurumlarında, ekoloji nəzarət və tullantıların idarə olunması xidmətlərində, lisenziyalaşdırma və sertifikatlaşdırma orqanlarında, sənaye və infrastruktur müəssisələrində, ekoloji konsaltinq və audit şirkətlərində, elmi-tədqiqat müəssisələrində, universitetlərdə, biznes və korporativ sektorda, həmçinin beynəlxalq təşkilatlarda ekoloq-menecer, dayanıqlı inkişaf meneceri, ekoloji auditor, ekoloji risklər üzrə mütəxəssis, eko-marketoloq, layihə koordinatoru və tədqiqatçı kimi fəaliyyət göstərə bilərlər.

“Daşınmaz əmlakın kadastrı və reyestri” ixtisaslaşması dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində kadastr sisteminin təşkili, torpaq idarəçiliyi və rəqəmsal məkan məlumatlarının idarə olunması üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlib. Tələbələr yerquruluşu layihələndirilməsi, yerquruluşunun əsasları, torpaqların kartoqrafiyası, torpaq və şəhər kadastrı, daşınmaz əmlakın iqtisadiyyatı, yaşayış məntəqələrinin planlaşdırılması, kənd təsərrüfatında informasiya idarəetməsi və kadastrın əsasları kimi fənləri öyrənəcəklər. İxtisaslaşma xüsusilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında sənaye və infrastruktur layihələrinin planlaşdırılması, ərazi seçimi, baş və müfəssəl planların hazırlanması, kənd təsərrüfatı təyinatlı torpaqların kadastr məlumat bazasının yaradılması, torpaqların qiymətləndirilməsi və iqtisadiyyatın rəqəmsallaşdırılması istiqamətində müasir bilik və bacarıqların formalaşdırılmasına xidmət edir.

Məzunlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində, Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin strukturlarında, Kənd Təsərrüfatı Nazirliyində, Azərbaycan Respublikasının Kosmik Agentliyində (Azərkosmos), alternativ və bərpa olunan enerji sahəsində fəaliyyət göstərən qurumlarda, eləcə də müxtəlif beynəlxalq layihələrdə uğurla fəaliyyət göstərə bilərlər.

Yeni ixtisaslaşmalar müasir əmək bazarının tələblərinə uyğun peşəkar mütəxəssislərin hazırlanması, dayanıqlı inkişaf, ekoloji təhlükəsizlik, rəqəmsal idarəetmə və torpaq-kadastr sisteminin təkmilləşdirilməsi istiqamətində yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasında mühüm əhəmiyyətə malikdir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“ƏDV geri al” ilə bağlı YENİ TƏKLİF

Next

Azərbaycanla bu ölkə arasında VİZA TƏLƏBİ LƏĞV EDİLDİ

Xəbər lenti

  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv