Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Sahibkarlıqla bağlı mühüm dəyişiklik: Cinayət məsuliyyəti və güzəştlər yenilənir

By Vüsal Rafiqoğlu
30.06.2026 2 Min Read

Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə bağlı cinayət qanunvericiliyində mühüm dəyişikliklər hazırlanır.

Milli Məclisdə birinci oxunuşda qəbul edilən yeni layihə qanunsuz və yalançı sahibkarlıqla bağlı məsuliyyət mexanizmini yenidən müəyyənləşdirir. Dəyişikliklərə əsasən, müəyyən iqtisadi cinayətlər üzrə vurulmuş ziyan tam ödənildiyi təqdirdə cinayət məsuliyyətindən azad olunmaq üçün dövlət büdcəsinə ödənilməli olan əlavə məbləğ iki dəfə azaldılır. Eyni zamanda, sahibkarlıq fəaliyyəti göstərmək niyyəti olmadan yalnız qanunsuz kredit almaq, vergi və gömrük güzəştlərindən yararlanmaq və ya digər əmlak mənfəəti əldə etmək məqsədilə fiziki şəxs kimi vergi uçotuna durmaq və ya hüquqi şəxsin fəaliyyətini faktiki idarə etmək də artıq yalançı sahibkarlıq hesab ediləcək.

Bəs bu dəyişikliklər hansı zərurətdən irəli gəlir? Yeni tənzimləmə real sahibkarların fəaliyyətinə necə təsir göstərəcək? Cinayət məsuliyyətindən azadolma şərtlərinin yüngülləşdirilməsi sahibkarlar üçün stimul yaradacaq, yoxsa sui-istifadə risklərini artıracaq? Yeni dəyişikliklər biznes mühitinə və investisiya cəlbediciliyinə necə təsir edəcək?

Dünya praktikasında iqtisadi cinayətlərə münasibət son illərdə dəyişməkdədir. Bir çox ölkələrdə əsas məqsəd sahibkarı həbs etməkdən çox, dövlətə və ya zərərçəkənlərə vurulmuş ziyanın tam ödənilməsinə nail olmaqdır. Xüsusilə Almaniya, Fransa, İtaliya və bir sıra digər Avropa ölkələrində vergi və iqtisadi xarakterli cinayətlər zamanı təqsirləndirilən şəxs vurduğu ziyanı tam ödədikdə, cərimələri yerinə yetirdikdə və istintaqla əməkdaşlıq etdikdə daha yüngül cəzalar və ya cinayət təqibinə xitam verilməsi mexanizmləri tətbiq oluna bilir. Bu yanaşmanın məqsədi dövlət büdcəsinə dəymiş zərərin operativ şəkildə bərpası və biznes fəaliyyətinin tam iflic olmasının qarşısını almaqdır.

Digər tərəfdən, inkişaf etmiş ölkələrdə yalançı sahibkarlıq və “kağız üzərində fəaliyyət göstərən şirkətlər”ə qarşı nəzarət ildən-ilə sərtləşdirilir. Xüsusilə Avropa İttifaqı, Böyük Britaniya, ABŞ, Kanada və Sinqapur kimi ölkələrdə şirkətin faktiki sahibi (beneficial owner) barədə məlumatların açıqlanması, şirkətin real iqtisadi fəaliyyət göstərməsi və maliyyə əməliyyatlarının şəffaflığı əsas tələblərdən hesab olunur. Nominal direktorlar, saxta şirkətlər və yalnız vergi güzəştlərindən, kreditlərdən və ya dövlət dəstəyindən yararlanmaq üçün yaradılan hüquqi şəxslər ciddi hüquqi məsuliyyət yaradır.
Ekspertlər beynəlxalq təcrübəyə əsaslanaraq qeyd edirlər ki, iqtisadi cinayətlərlə mübarizədə təkcə cəzaların sərtləşdirilməsi kifayət etmir. Əsas nəticə şəffaf biznes mühitinin formalaşdırılması, effektiv vergi nəzarəti, elektron idarəetmə sistemlərinin inkişafı və hüquqi mexanizmlərin düzgün tətbiqi ilə əldə olunur. Bu baxımdan Azərbaycanda təklif edilən dəyişikliklər də bir tərəfdən dövlətə dəymiş ziyanın daha tez bərpasını, digər tərəfdən isə yalançı sahibkarlıqdan sui-istifadə hallarının qarşısının alınmasını hədəfləyir.

WhatsApp Image 2026-06-30 at 17.28.15.jpeg (69 KB)

Əsmər Əliyeva

Vəkil Əsmər Əliyeva mövzu ilə bağlı Musavat.com-a deyib ki, Cinayət Məcəlləsinin 193-cü maddəsinin dispozisiyasına dəyişiklik edilərək subyekt dairəsi genişləndirilib: “Belə ki, yalnız hüquqi şəxslərin deyil, fərdi sahibkarların da (fiziki şəxslər), o cümlədən məsuliyyətə cəlb edilməsi nəzərdə tutulub. Bu dəyişiklik şəffaflığın təmin edilməsi istiqamətindədir və artıq sahibkarların faktiki idarəçiliyinin də nəzarətə götürülməsinin tənzimlənməsinə yönəlib. Yeni tənzimləmə həqiqi sahibkarlara heç bir mənfi təsir göstərməyəcək, yalnız yalançı sahibkarların (shell şirkətlər) vergidən yayınması, cinayət yolu ilə əldə edilmiş çirkli pulların yuyulması və s. hərəkətlərinin qarşısının alınması istiqamətində preventiv tədbir rolunda çıxış edəcək. Bu tədbirlər biznes mühitində şəffaflığın və sahibkar arasında sağlam rəqabətin artırılmasına yönəldilib”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Perudan Azərbaycana QARAGİLƏ nümunəsi – İldə 2,5 milyard dollar qazanmaq olar, əgər…

Next

“Qarabağ”a 1 milyona gəldi

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv