Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycanın rəqəmsal arxitekturası: Yeni tənzimləmə strategiyası və institusional sıçrayış

By Vüsal Rafiqoğlu
01.07.2026 4 Min Read

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası ölkənin rəqəmsal gələcəyinə dair bir sıra taleyüklü hədəflərin elan edilməsi və dövlət strukturlarının fəaliyyətinin sinxronlaşdırılması baxımından tarixi əhəmiyyət kəsb edir

Müasir qlobal iqtisadiyyatda rəqabətqabiliyyətlilik artıq yalnız təbii resurslar və ya coğrafi mövqe ilə deyil, ölkələrin rəqəmsal potensialı ilə ölçülür. Bu kontekstdə Azərbaycanda rəqəmsal transformasiya sadəcə texnoloji yenilənmə prosesi deyil, dövlət idarəçiliyini, biznes mühitini və sosial həyatı kökündən dəyişən strateji bir sıçrayışdır. Ölkədə dayanıqlı rəqəmsal ekosistemin qurulması, onun çevik tənzimləmə mexanizmləri vasitəsilə idarə olunması rəqəmsal suverenliyin və innovativ inkişafın əsas bünövrəsini təşkil edir.

Azərbaycanın rəqəmsal gündəliyi qanunvericilik və strateji səviyyədə möhkəm əsaslara söykənir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi innovasiyalar məkanının yaradılmasını ölkənin gələcək inkişaf formulu kimi müəyyən edib. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş bu sənəd ölkənin növbəti onillikdəki inkişaf vektorunu müəyyən edir. Beş əsas prioritetdən biri məhz “Müasir innovasiyalar və rəqəmsal məkan” adlanır. Bu prioritet rəqəmsal ekosistemin qurulmasını, innovativ startapların dəstəklənməsini və cəmiyyətdə rəqəmsal savadlılığın artırılmasını birbaşa dövlət hədəfinə çevirir. Dövlət orqanlarında rəqəmsallaşmanın vahid standartlar əsasında aparılması, “Rəqəmsal hökumət” (e-gov) arxitekturasının təkmilləşdirilməsi və xidmətlərin tam elektronlaşdırılması bu strategiyanın əsas nüvəsini təşkil edir. “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyaları: Xüsusilə işğaldan azad edilmiş ərazilərdə (Zəngilanın Ağalı kəndi, Füzuli və Şuşa şəhərləri) tətbiq edilən bu konsepsiyalar rəqəmsal infrastrukturun ən müasir trendlərlə (Böyük verilənlər – Big Data, Əşyaların interneti – IoT) inteqrasiyasını təmin edir.

Strateji hədəflərin icrası bir neçə fundamental istiqamətdə reallaşdırılır: Hökumət Buludu (G-Cloud) hansı ki, dövlət qurumlarının informasiya sistemlərinin vahid və təhlükəsiz infrastrukturda mərkəzləşdirilməsi resursların optimallaşdırılmasına və dövlət xidmətlərinin kəsintisizliyinə xidmət edir. “Paperless Government” (Kağızsız Hökumət) dövlət orqanları daxilində və onlar arasında sənəd dövriyyəsinin tam rəqəmsallaşdırılması bürokratik maneələri aradan qaldırır və qərar qəbulu prosesini sürətləndirir.

Azərbaycanın rəqəmsal transformasiya siyasətində 2026-cı il mühüm institusional koordinasiya mərhələsi ilə əlamətdar olmuşdur. Prezident İlham Əliyevin rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı Fərmanına əsasən ölkədə ali əlaqələndirici orqan — Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası təsis edilmişdir. İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti, Şuranın sədri Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi. Bu iclas ölkənin rəqəmsal gələcəyinə dair bir sıra taleyüklü hədəflərin elan edilməsi və dövlət strukturlarının fəaliyyətinin sinxronlaşdırılması baxımından tarixi əhəmiyyət kəsb edir. İclasda qeyd olunduğu kimi, cari ilin fevral ayında qəbul edilmiş qərarlar və tapşırıqlar əsasında rəqəmsal inkişaf üzrəkret Fəaliyyət Planı təsdiqlənmişdir. Önümüzdəki 3 il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını əhatə edən konkret Yol xəritəsi müəyyən olunub. Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətində pərakəndəliyi aradan qaldırmaq, vahid yanaşma formalaşdırmaqdır. Şuranın sədri Mehriban xanım Əliyeva çıxışında xüsusi olaraq vurğulayıb ki, süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir və dövlətlərin təhlükəsizliyinin təmin edilməsində mərkəzi yer tutur. Sİ-nin dünyada gözləniləndən daha sürətlə inkişaf etməsi yeni imkanlarla yanaşı, yeni risklər də doğurur. İnformasiya məkanının qorunması, yaranan yeni təhdidlərə qarşı dayanıqlı kibermüdafiə sisteminin təşkili Şuranın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi təsbit edilmişdir. Şuranın hədəfi təkcə texnologiyaların tətbiqi ilə məhdudlaşmır; məqsəd ölkə iqtisadiyyatına güclü təkan vermək, yerli və xarici investisiyaları İKT sektoruna cəlb etmək, yerli startaplara dövlət dəstəyini maksimallaşdırmaq və nəticədə daha səmərəli dövlət idarəetmə sistemini qurmaqdır.

Uğurlu ekosistem vətəndaş, biznes və dövlət arasında rəqəmsal inteqrasiyanın səviyyəsi ilə xarakterizə olunur. “MyGov” və “Digital.login” platformaları dövlət xidmətlərini vətəndaşın ayağına gətirən proaktiv modelin əsas elementləridir. Vətəndaşın dövlət qurumuna müraciət etməsi prinsipi, dövlətin vətəndaşa ehtiyac duyduğu xidməti vaxtında təklif etməsi formatı ilə əvəzlənir. Vahid giriş sistemi isə rəqəmsal məkanda təhlükəsiz və sürətli autentifikasiyanı təmin edir. Azərbaycan Mərkəzi Bankının rəqəmsal ödənişlər strategiyası nağdsız hesablaşmaların payını rekord səviyyəyə çatdırıb. Ölkədə fintex (fintech) sektorunun inkişafı, blokçeyn texnologiyalarının sınaqdan keçirilməsi və rəqəmsal bankçılıq ekosistemin iqtisadi drayverinə çevrilib.

Rəqəmsal ekosistemin tənzimlənməsi klassik qadağanedici metodlardan çevik, stimullaşdırıcı modellərə doğru təkamül edir. Şuranın rəhbərliyi altında fəaliyyət göstərən icraçı qurumlar — Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və onun tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IRIA) tənzimləmə siyasətini yeni iqtisadi reallıqlara uyğunlaşdırır. Belə ki, “Sandbox” (Tənzimləmə Test Rejimi): İnnovativ startaplar və fintex layihələri üçün xüsusi hüquqi zonaların yaradılması şirkətlərə yeni texnologiyaları real bazarda, lakin müvəqqəti və yumşaldılmış tənzimləmə qaydaları çərçivəsində sınaqdan keçirməyə imkan verir. İKT sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlər üçün vergi və gömrük güzəştlərinin tətbiqi də Azərbaycanı regionun cəlbedici rəqəmsal mərkəzinə (hub) çevirmək məqsədi daşıyır.

Şuranın ilk iclasında da qeyd edildiyi kimi, hədəflərə çatmaq üçün mövcud çağırışların effektiv idarə edilməsi mütləqdir. Texnoloji sıçrayışın əsas hərəkətverici qüvvəsi rəqəmsal kadrlardır. “Technest” və bənzəri proqramlar vasitəsilə rəqəmsal savadlılığın artırılması və kadr hazırlığının kütləviləşdirilməsi strateji prioritetdir. “Onlayn Azərbaycan” Layihəsi Bakı və regionlar arasındakı rəqəmsal uçurumu aradan qaldırmaq məqsədilə ölkənin hər bir guşəsinin yüksəksürətli fiber-optik internetlə təmin edilməsi prosesi rəqəmsal inklüzivliyin təminatıdır.

Beləliklə. Azərbaycanda rəqəmsal transformasiya və ekosistemin tənzimlənməsi sadəcə bəzi xidmətlərin elektronlaşdırılması deyil, dövlət-vətəndaş-biznes münasibətlərində yeni fəlsəfənin formalaşmasıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyətə başlayan Rəqəmsal İnkişaf Şurası bu transformasiya prosesini daha mütəşəkkil, təhlükəsiz və innovativ müstəviyə daşıyır. Yaxın 3 il üçün nəzərdə tutulan Yol xəritəsinin və süni intellekt strategiyasının uğurlu icrası Azərbaycanı regionun aparıcı rəqəmsal güclərindən birinə çevirmək üçün möhkəm zəmin yaradır.

Sevinc Azadi, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Uşaqlar yay tətilini necə keçirməlidirlər?

Next

Yaradıcılıq fəaliyyətinin dövlət maliyyələşdirməsi mexanizmi təkmilləşdirilir

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv