Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Uşaqlar yay tətilini necə keçirməlidirlər?

By Vüsal Rafiqoğlu
01.07.2026 3 Min Read

Psixoloq: Yay tətilinin məqsədi sadəcə məktəbə hazırlıqlı deyil, xoşbəxt və özünəgüvənən uşaq yetişdirmək olmalıdır

Şagirdlərin hər il səbirsizliklə gözlədikləri vaxt çatıb, dərs ilinin başa çatması ilə minlərlə şagird yay tətilinə çıxıb. Tətil uşaqlar üçün dincəlmək, fiziki və psixoloji yorğunluğu aradan qaldırmaq imkanı yaratsa da, mütəxəssislər bu dövrün yalnız istirahətlə məhdudlaşdırılmamasının vacibliyini vurğulayırlar. Onların fikrincə, yay ayları uşaqların yeni bacarıqlar qazanması, sosial fəaliyyətlərə qoşulmaları və sağlam həyat tərzi formalaşdırmaları üçün də əlverişli zamandır.

Valideynlər arasında yay tətilinin necə planlaşdırılması ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Bəziləri uşaqların tamamilə istirahət etməsinin tərəfdarı olduqları halda, digərləri onların müxtəlif kurslara, idman məşğələlərinə və inkişaf proqramlarına cəlb edilməsini üstün tuturlar. Mütəxəssislər isə balanslı yanaşmanın daha məqsədəuyğun olduğunu bildirirlər. Belə ki, yay aylarında uşaqların açıq havada daha çox vaxt keçirmələri, idmanla məşğul olmaları, kitab oxumaları, yaradıcılıq və intellektual fəaliyyətlərə qoşulmaları onların həm fiziki, həm də zehni inkişaflarına müsbət təsir göstərir. Bununla yanaşı, ailə ilə birlikdə keçirilən vaxt, ekskursiyalar və yeni mühitlə tanışlıq da uşaqların dünyagörüşünün genişlənməsinə töhfə verə bilər.

Digər tərəfdən, yay tətili dövründə ekran qarşısında keçirilən vaxtın artması da narahatlıq doğuran məsələlərdən biri kimi qiymətləndirilir. Planlaşdırılmamış gün rejimi, uzun müddət telefon və planşetdən istifadə həm fiziki aktivliyin azalmasına, həm də sosial ünsiyyət bacarıqlarının zəifləməsinə gətirib çıxara bilər.

Yay tətili uşaqlar üçün nə yalnız dərsdən tam uzaqlaşmaq, nə də növbəti tədris ilinə intensiv hazırlıq dövrü olmalıdır. Bu müddət onların istirahət etməsi ilə yanaşı, maraqlarını inkişaf etdirə biləcəyi, yeni təcrübələr qazanacağı və sağlam həyat vərdişləri formalaşdıracağı bir dövr kimi dəyərləndirilməlidir. Bu cür  yanaşma uşaqların yeni tədris ilinə həm fiziki, həm də psixoloji cəhətdən daha hazırlıqlı başlamasına kömək edə bilər.

Uşaqların inkişafı üçün düzgün plan necə qurulmalıdır? 

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov mövzu ilə bağlı “İki sahil”ə açıqlqamasında bildirdi ki, yay tətili uşaqlar üçün sadəcə dərslərə fasilə vermək deyil, həm də onların psixoloji sağlamlıqlarının möhkəmləndiyi, şəxsiyyət kimi formalaşdıqları və yeni bacarıqlar qazandıqları mühüm inkişaf mərhələsidir: “Bu dövrdə valideynlərin əsas məqsədi uşağın bütün gününü dərslərlə doldurmaq deyil, istirahət, inkişaf və sosial həyat arasında sağlam tarazlıq yaratmaq olmalıdır.

Müasir tədqiqatların nəticələri göstərir ki, uşağın psixoloji rifahı ilk növbədə ailədə keçirdiyi keyfiyyətli vaxtdan asılıdır. Valideynlərin övladları ilə birlikdə söhbət etmələri, oyun oynamaları, gəzintiyə çıxmaları, onların hiss və düşüncələrini dinləmələri uşaqların emosional təhlükəsizlik hissini gücləndirir. Bu münasibət gələcəkdə özünəinamın, stresə davamlılığın və sağlam ünsiyyət bacarıqlarının formalaşmasına mühüm təsir göstərir.”

Psixoloqun fikrincə, yay aylarında uşağın gündəlik rejiminin tamamilə pozulmasına da yol vermək düzgün deyil: “Düzgün yuxu saatı, balanslı qidalanma, fiziki aktivlik və açıq havada kifayət qədər vaxt keçirmək həm psixi, həm də fiziki sağlamlığın əsas şərtlərindəndir. Xüsusilə ekran qarşısında keçirilən vaxtın nəzarətdə saxlanılması vacibdir. Uzun müddət telefon və planşetdən istifadə diqqətin zəifləməsinə, emosional gərginliyə və sosial təcridə səbəb ola bilər. Valideynlər yay tətilini yalnız akademik hazırlıq dövrü kimi deyil, həyati bacarıqların inkişafı üçün də bir fürsət kimi qiymətləndirməlidirlər. Bu dövrdə uşaqlar yaşlarına uyğun ev işlərinə cəlb oluna, kiçik məsuliyyətlər daşıya, qərar vermə prosesində iştirak edə bilərlər. Bu, onların müstəqilliyini və məsuliyyət hissini gücləndirir.”

Yay tətilinin uşaqların emosional və sosial bacarıqlarının inkişafı üçün də geniş imkanlar yaratdığını qeyd edən psixoloq vurğuladı ki, həmyaşıdları ilə oyunlar, idman fəaliyyəti, yay düşərgələri, yaradıcılıq kursları, könüllülük layihələri və ailəvi səfərlər uşaqlarda əməkdaşlıq, empatiya, ünsiyyət, problem həll etmə və komanda ilə işləmək kimi bir sıra bacarıqları inkişaf etdirir.

Həmsöhbətimizin sözlərinə görə, yeni mühitlərlə tanış olmaq onların dünyagörüşünü genişləndirir, fərqli insanlara və mədəniyyətlərə hörmət hissini formalaşdırır: “Eyni zamanda, uşağın maraqlarını kəşf etməsinə şərait yaratmaq vacibdir. Musiqi, rəsm, idman, kitab oxuma, elm, texnologiya və ya təbiətlə bağlı fəaliyyətlər uşağın daxili potensialını üzə çıxarmağa kömək edir. Ən önəmlisi isə valideyn öz istəklərini deyil, uşağın maraq və qabiliyyətlərini nəzərə almalıdır. Unutmayaq ki, yay tətilinin sonunda məqsəd uşağın sadəcə məktəbə hazır olması deyil. Daha xoşbəxt, emosional cəhətdən daha sabit, sosial münasibətlər qurmaqda daha bacarıqlı, özünəgüvənən və yeni tədris ilinə motivasiya ilə başlayan bir uşaq yetişdirmək əsas hədəf olmalıdır. Valideynlərin bu dövrdə göstərəcəyi düzgün psixoloji dəstək uşağın gələcək inkişafına uzunmüddətli müsbət təsir göstərən ən dəyərli investisiyalardan biridir.”

Şahnigar Əhmədova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda heyvanlar birjalarda satılacaq – VİDEO

Next

Azərbaycanın rəqəmsal arxitekturası: Yeni tənzimləmə strategiyası və institusional sıçrayış

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv