Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Azərbaycan Polisinin şəhid övladlarını hərbi salamla qarşılaması onlara olan sevgini daha da gücləndirib”

By Vüsal Rafiqoğlu
02.07.2026 3 Min Read

Azərbaycan Polisi təkcə qanunun keşiyində dayanmır. O, dövlətimizin qüdrətinin, xalqımızın təhlükəsizliyinin, ictimai sabitliyin və vətəndaşın əmin-amanlığının ən möhkəm dayaqlarından biridir. Gecəsini gündüzünə qatan, Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edən Azərbaycan Polisi hər zaman xalqımızın etimadını doğruldub, dövlətçiliyimizin keşiyində şərəflə dayanıb.

Birinci Qarabağ müharibəsinin ən ağır günlərində, 1992-ci ildə, ordumuzun hələ tam formalaşmadığı bir dövrdə Vətənin müdafiəsinə ilk qalxan qəhrəmanlardan biri məhz Azərbaycan Polisi oldu. Azərbaycanın ilk şəhidləri sırasında polis əməkdaşlarının adlarının yer alması onların Vətənə sədaqətinin, cəsarətinin və fədakarlığının ən parlaq nümunəsidir. Bu şərəfli yol sonrakı illərdə də davam etdi.

44 günlük Vətən müharibəsində, eləcə də antiterror əməliyyatları zamanı polis əməkdaşlarımız digər güc strukturları ilə çiyin-çiyinə döyüşərək, dövlətimizin suverenliyi və ərazi bütövlüyü naminə öz sinələrini sipər etdilər. Çox sayda Polisimiz qəhrəmancasına şəhid olaraq, adlarını Azərbaycan tarixinin şanlı salnaməsinə əbədi həkk etdilər.

Heydər Əliyev Fondunun dəstəyi ilə artıq altı ilə yaxındır ki, həyata keçirilən “Mənim Atam Qəhrəmandır!” və “Mənim Oğlum Qəhrəmandır!” layihələri çərçivəsində minlərlə şəhid anası, şəhid atası və şəhid övladı ilə birlikdəyik. Bu illər ərzində bizi ən çox qürurlandıran məqamlardan biri də Azərbaycan Polisinin şəhid ailələrinə göstərdiyi sonsuz ehtiram, yüksək diqqət və səmimi münasibət olub. Layihələrimizin keçirildiyi bütün tədbirlərdə polis əməkdaşlarının şəhid övladlarını hərbi salamla qarşılaması, onları xüsusi diqqət və qayğı ilə müşayiət etməsi, təhlükəsizliklərini təmin etməsi və hər birinə öz doğma övladı kimi yanaşması şəhid ailələrinin qəlbində dərin minnətdarlıq hissi yaradıb. Bu münasibət şəhid analarının, şəhid atalarının və şəhid övladlarının Azərbaycan Polisinə olan sevgisini, hörmətini və etimadını daha da gücləndirib. Məhz bu sevgi və qayğının nəticəsidir ki, bu gün şəhid övladlarımızın bir çoxu gələcəkdə polis formasını geyinməyi ən böyük arzularından biri hesab edir.

Şəhid övladının qəlbində yaranan bu arzu təsadüfi deyil. Bu, dövlətinə olan inamın, Azərbaycan Polisinə duyulan hörmətin və gördüyü diqqətin ən gözəl bəhrəsidir.

Azərbaycan Polisinə olan hörmətim mənim üçün həm də şəxsi qürur məsələsidir. Çünki bizim ailəmizdə də bu şərəfli peşəni ləyaqətlə daşıyan polis əməkdaşı var. Doğma qardaşımın Azərbaycan Polisinin sıralarında Vətənə sədaqətlə xidmət etməsi mənim üçün böyük fəxr mənbəyidir. Doğma qardaşımla, polis dostlarımla və Vətənə sədaqətlə xidmət edərək bu şərəfli formanı ləyaqətlə daşıyan hər bir polis əməkdaşı ilə qürur duyuram.

Bu gün bir daha əminliklə deyə bilərik ki, Azərbaycan Polisi təkcə asayişin keşiyində dayanmır. O, şəhid ailələrinin yanında dayanır, şəhid əmanətlərinə sahib çıxır və xalqına xidmət etməyi özünün ən müqəddəs vəzifəsi hesab edir. Bu isə hər birimiz üçün böyük qürur və güvən mənbəyidir.

2 İyul – Azərbaycan Polisi Günü münasibətilə “Mənim Atam Qəhrəmandır!” və “Mənim Oğlum Qəhrəmandır!” layihələrinin Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən şəhid ailələri üzrə koordinatorları, şəhid anaları, şəhid ataları, şəhid ailələri və şəhidlərimizin bizə əmanət etdiyi əziz övladları adından Azərbaycan Respublikasının Daxili İşlər naziri, hörmətli general-polkovnik Vilayət Eyvazov başda olmaqla, Daxili İşlər Nazirliyinin bütün şəxsi heyətini və Azərbaycan Polisinin bütün əməkdaşlarını ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, şərəfli və məsuliyyətli xidmətdə yeni-yeni uğurlar arzulayırıq.

Şəhid ailələrinə göstərdiyiniz yüksək diqqətə, ehtirama və qayğıya, şəhid övladlarını öz doğma övladlarınız kimi qoruyub əzizləməyinizə, ölkəmizdə sabitliyin, əmin-amanlığın və təhlükəsizliyin təmin olunması naminə gecə-gündüz demədən göstərdiyiniz fədakar xidmətə görə Sizə sonsuz minnətdarlığımızı bildiririk. Bu səmimi münasibətiniz şəhid ailələrinin qəlbində Azərbaycan Polisinə olan hörməti, sevgini və etimadı daha da möhkəmləndirib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun! Uca Allah Azərbaycan Polisini, Daxili İşlər Nazirliyinin bütün şəxsi heyətini, dövlətimizi və xalqımızı daim qorusun!

Peşə bayramınız mübarək olsun!

Yaşasın Azərbaycan Polisi!

Yaşasın qüdrətli Azərbaycan!

Mircəlal QURBANOV

“Mənim oğlum qəhrəmandır!””, “Mənim atam qəhrəmandır!” layihəsinin rəhbəri

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Niyə Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən sayılır? – Cavab polisdir

Next

Sabah geomaqnit qasırğasının olması gözlənilir

Xəbər lenti

  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026
  • Ləbxanə, Osandıq, Samovar… – Azərbaycanlılar uşaqlara niyə belə adlar qoyur? 08.07.2026
  • Prezidentdən bu şəxslərlə bağlı SƏRƏNCAM – Rütbələr verildi 08.07.2026
  • YAP-da qəfil DƏYİŞİKLİKLƏR – Nə baş verir? 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv