Cəmiyyət 

İrlandiya parlament nümayəndə heyəti Şuşa və Xankəndi şəhərlərində olub- fotolar

Ölkəmizdə səfərdə olan İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi İrlandiya parlament nümayəndə heyəti aprelin 23-də Şuşa və Xankəndi şəhərlərində olub. Musavat.com Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildiri ki, əvvəlcə Şuşanı ziyarət edən İrlandiya parlament nümayəndə heyətinin tanışlığı şəhər meydanından başlayıb. Qonaqlara Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin burada qoyulmuş heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib. Sonra qonaqlar Aşağı Gövhər Ağa məscidi ilə tanış olublar, Şuşanın Qala divarlarını seyr edib, Cıdır düzünə qalxıblar. Daha sonra Xankəndi şəhərinə gedən qonaqlar burada…

Read More
Cəmiyyət 

Dövlət Xidmətinin 4 vəzifəli şəxsi həbs edilib

Korrupsiya qarşı Mübarizə İdarəsinin əməliyyatı zamanı saxlanılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin vəzifəli şəxsləri barəsində həbs qətimkan seçilib. Musavat.com xəbər verir ki, Qaradağ rayon idarəsinin baş zabitləri Əliyev Etibar Yusif oğlu və Alıyev Şamil Məcid oğlu, Cəbrayıl şöbəsinin rəis müavini Mədətsoylu Niyam Etibar oğlu , Saatlı rayon şöbəsinin Saatlı rayon şöbəsinin səfərbərlik hazırlığı Səfərbərlik bölməsinin zabiti Kərimli Araz Vüqar oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Read More
Gündəm 

Prezident İlham Əliyevin sərhəddə yazdığı o tarix-Bu qərar antiterror uğurunun əsasını qoydu

“Laçın rayonunda Ermənistan istiqamətində Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın qətiyyətli iradə ifadəsi ilə bərabər, beynəlxalq və milli hüququn təntənəsi və cənab İlham Əliyevin təşəbbüsləri üzərində qurulmuş cari de-fakto sülh reallığının mühüm komponenti hesab olunmalıdır. Məlumdur ki, qanunvericiliklə dövlət sərhədi hər bir ölkənin, o cümlədən Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur”. Bu fikirləri Musavat.com-da Milli Məclisin üzvü Bəhruz Məhərrəmov səsləndirib. O qeyd edib ki, beynəlxalq hüququn ən azı üç prinsipinə əsasən hər bir dövlət digər dövlətin suverenliyinə, yəni digər dövlətlərin heç bir müdaxiləsi olmadan öz ərazilərində hakimiyyətini həyata keçirmək…

Read More
Dünya 

Təcili: İrəvanda Türkiyə bayrağına od vuruldu!VİDE

İrəvanda Respublika meydanında, saxta “erməni soyqırımı”na həsr olunan yürüş keçirilib. Musavat.com erməni mediasına istinadən bildirir ki, qondarma günlə bağlı keçirilən aksiyada etiraz olaraq Türkiyə Respublikasının bayrağı yandırılıb. Daha sonra Respublika meydanından Tsitskernakaberd Memorial Kompleksinə gedən məşəl yürüşü başlayıb. Hər il keçirilən Məşəl Yürüşünü Ermənistan İnqilabi Federasiyası (ARF) Daşnaksütyun təşkil edir. Yürüşdə daşnaklar, “Ermənistan” blokunun üzvləri və digər siyasi qüvvələrin nümayəndələri də iştirak edir. Rəsmi İrəvanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan etməsi, Azərbaycanla sülh müqaviləsini imzalamaq istəyi, həmçinin Türkiyədən sərhəd qapılarını açmaq istəkləri müqabilində qardaş dövlətin bayrağının yandırılması…

Read More
Cəmiyyət 

Bizi niyə həkimdən həkimə qaçırdırlar? — Əsl səbəbi bilindi

Özəl klinikalarda müayinəyə gedən şəxslərin bir qapıdan çıxıb digərinə yönləndirilməsi, ard-arda verilən analizlər çox vaxt insanlarda şübhə yaradır. Cibinə qənaət etmək istəyən xəstə bu prosesin tibbi ehtiyacdan, yoxsa sadəcə qazanc istəyindən qaynaqlandığını anlamaqda çətinlik çəkir. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən tibb eksperti Şahvələd Məmmədov bildirib ki, özəl xəstəxanalardan danışarkən qeyd etmək lazımdır ki, eyni vəziyyət dövlət xəstəxanalarında da mövcuddur. “Yəni çoxsaylı analizlərə yönləndirmə və ya müxtəlif ixtisaslı həkimlərə müraciət etmə halları geniş yayılıb və bu, müəyyən mənada formalaşmış tibbi yanaşmadır. Məsələ ondan ibarətdir ki, xəstə konkret bir ixtisas üzrə…

Read More
Təhsil 

Repetitorluq ləğv ediləcək? -AÇIQLAMA

“Təhsilimizdə ən böyük problemlərimizdən biri repetitorluqdur. Bu istiqamətdə ciddi addımın atıldığını görmürük”. Bunu “Unikal”a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, uşaqların depresiyada və gərgin olmasının səbəblərindən biri budur: “Bu yaxınlarda bir qrup məktəbli ilə görüşdüm. Onlara tövsiyə verirdim. Bir neçə gənc bildirdi ki, siz bizə tövsiyə, istiqamət verirsiz, amma bizim vaxtımız yoxdur. Yəni, günün birinci hissəsi məktəbdə, ikinci hissəsi isə müəllim yanında oluruq. Səhərdən axşama qədər təzyiq altındayıq. Bir tərəfdən də valideyn daim uşağı sıxır ki, sən oxumalısan, universitetə qəbul olmalısan.…

Read More
Hava 

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti aprelin 24-25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. “İki sahil” xəbər verir ki, bu barədə xidmətdən məlumat verilib. Bildirilib ki, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Zəngilan, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Ağdam, Lerik, Yardımlı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Şamaxı, Qobustan, Qusar, Xızı, Salyan və Neftçalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək. Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin digər bölgələrində…

Read More
Cəmiyyət 

Xəzərlə bağlı həyəcan təbili:Fəlakət yaşana bilər

Xəzər dənizində suyun səviyyəsi əsrin ortalarına qədər 8-21 metr azala bilər. Bunu Tehran Konvensiyası Katibliyinin koordinatoru Mahir Əliyev Astanada keçirilən Regional Ətraf Mühit Sammitində deyib. Onun sözlərinə görə, problemin həlli üçün beş Xəzəryanı dövlətin – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın uzunmüddətli iştirakı vacibdir. BMT Baş katibinin müavini İnger Andersen də ölkələri elmi monitorinq, iqlim dəyişikliyinə uyğunlaşma və Xəzər ekosisteminin qorunmasını əhatə edən 2026-2036-cı illər üçün birgə fəaliyyət planı hazırlamağa çağırıb.\\bakupost.az

Read More
Cəmiyyət 

Bu gün həmin şanlı tarixin 3 ilidir- “Laçın artıq keçid deyil, nəzarət nöqtəsidir”

2023-cü il aprelin 23-də Laçın–Xankəndi yolunun başlanğıcında, Azərbaycan–Ermənistan dövlət sərhədində buraxılış məntəqəsinin qurulması ölkənin suverenliyinin təmin edilməsi istiqamətində mühüm və prinsipial addım kimi tarixə düşdü. Bu qərar, ilk növbədə, Azərbaycanın öz sərhədlərinə tam nəzarət etmək hüququnun praktik reallaşdırılması idi və dövlətçilik baxımından strateji əhəmiyyət daşıyırdı. Bu addımın arxasında dayanan əsas siyasi iradə Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən qətiyyətli və ardıcıl siyasətin nəticəsi idi. Prezidentin rəhbərliyi ilə Azərbaycan post-münaqişə dövründə yalnız hərbi qələbəni deyil, həm də hüquqi və inzibati suverenliyi tam təmin etməyə yönəlmiş addımlar atdı. Laçın istiqamətində…

Read More