Gündəm 

“Azərbaycan təhdidləri neytrallaşdıra bilər” – Mətin Məmmədli

Ermənistan sülhü istəməklə qalmayıb, bunun üçün real addımlar atmalıdır.

Musavat.com xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təçkilatçılığı ilə “Cənubi Qafqazda Yeni Geosiyasi Reallıqlar: Azərbaycan və Sülh Gündəliyi” mövzusunda tədbirdə BMTM-in şöbə müdiri Mətin Məmmədli bildirib.

O qeyd edib ki, siyasi, hüquqi müstəvidə sülh prosesini yekunlaşdırmaq mümkündür:

“Ermənistan xalqı seçkilərdə sülhü istədiyini göstərdi. Əgər ölkəmizə qarşı təhdidlər yaranarsa, Azərbaycan bu təhdidləri neytrallaşdıra bilər. Bunu Ermənistandakı revanşistlər və onları dəstəkləyənlər də anlamalıdırlar”.

Daha çox xəbərlər