Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL
Azərbaycanda əməkhaqqı siyasəti yenidən müzakirə mövzusuna çevrilib. Rəsmi statistikaya görə, 2026-cı ilin ilk iki ayında ölkədə orta aylıq əməkhaqqı 1099 manat təşkil edib. Lakin bu göstərici ilə minimum əməkhaqqı arasındakı fərq hələ də diqqət çəkir və sosial balans məsələsini gündəmə gətirir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Vüqar Bayramovun səsləndirdiyi rəqəmlər də göstərir ki, Azərbaycanda minimum əməkhaqqı orta aylıq əməkhaqqının cəmi 36.3 faizinə bərabərdir. Halbuki beynəlxalq təcrübədə bu nisbət adətən 55-60 faiz civarında qəbul olunur və xüsusilə inkişaf etmiş ölkələrdə daha yüksək səviyyədə saxlanılır. Son dəyişikliklərə əsasən,…
Read More