Cəmiyyət 

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək – Yeni QƏRAR

Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə diplomatik xidmət orqanı əməkdaşının xidmətinə xitam veriləcək. Musavat.com APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Diplomatik xidmət haqqında” qanuna təklif edilən yeni – 30.1.14-cü maddədə əksini tapıb. Bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Read More
Siyasət 

“Azərbaycan ekoloji porblemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır” – İlham Əliyev

Planetin üzləşdiyi ekoloji problemlər təkcə ekosistemlərə deyil, həm də dayanıqlı inkişafa, insan sağlamlığına, həyat şəraitinə və ölkələrin tərəqqisinə ciddi təsir göstərir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciətində deyilir. Dövlət başçısı qeyd edib ki, gələcək nəsillərin rifahı bu günkü nəslin bu çağırışların öhdəsindən gəlmək bacarığından asılıdır: “Biz Azərbaycanda bu öhdəliyə tam məsuliyyətlə yanaşır və ətraf mühitin mühafizəsi sahəsində genişmiqyaslı layihələr həyata keçiririk”.

Read More
Hava 

Sabahın hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında iyunun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 60-65 %, gündüz 45-55 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq və dağətəyi rayonlardan başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi…

Read More
Gündəm 

Müəllimini güllələyən şagirdin valideynləri – İlk dəfə danışdı

“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin cinayət işi üzrə keçirilən ilk məhkəmə hazırlıq iclası təxirə salınıb. Buna səbəb təqsirləndirilən yeniyetmənin müdafiəçisinin prosesdə iştirak etməməsi olub. Vəkil olmasa da, təqsirləndirilən şagirdin valideynləri məhkəməyə gəlib. Qanuni nümayəndə qismində şagirdin anası Z.Şirinova tanınıb. Sədrlik edən hakim həm yeniyetməyə, həm qanuni nümayəndəyə bütün hüquq və vəzifələrini izah edib. Vəkil iştirak etmədiyindən iclas 17 iyuna kimi başqa tarixə salınıb. Məhkəmə prosesindən sonra təqsirləndirilən yeniyetmənin valideynləri ilk dəfə olaraq “Qafqazinfo”nun əməkdaşının suallarını cavablandırıblar. Şagirdin atası Samir Şirinovun sözlərinə görə, oğlunun belə bir hadisə törədəcəyi…

Read More
Gündəm 

Cinayət-Prosessual Məcəlləsinə ciddi dəyişikliklər

Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb. Musavat.com-un məlumatına görə, əmlakı üzərinə həbs qoyulan şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik olunur. Layihəyə əsasən, təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan fiziki şəxs məlum olan sonuncu yaşayış yeri, hüquqi şəxs isə yerləşdiyi ünvan üzrə cinayət prosesini həyata keçirən orqan tərəfindən bildiriş göndərilməklə məlumatlandırılacaqlar. Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 99-1.1-ci maddəsində şəxsin göstərilən müraciətinə əsasən 3 (üç) gündən gec olmayaraq onun əmlak üzərinə…

Read More
Siyasət 

Diplomatlarla bağlı yeni qaydalar

Milli Məclisin bu gün keçirilən iclasında “Diplomatik xidmət haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb. Musavat.com bildirir ki, layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının dövlət məvacibinə aşağıdakılar daxildir: – aylıq vəzifə maaşı; – diplomatik rütbəyə görə əlavə haqq; – təmsilçiliyə görə əlavə haqq; – xidmət üçün zəruri olan hallarda aylıq iş vaxtı norması 5 (beş) saatdan çox artırılanda işlədiyi hər saata görə ödənilən əlavə haqq; – əmək qanunvericiliyinə əsasən əmək şəraiti ilə diplomatik xidmət əməkdaşlarına şamil edilən əlavələr (xidmət şəraitinin ağır və…

Read More
Cəmiyyət 

Yüksək vəzifəyə təyin olunan Elçin Vəliyev kimdir? – DOSYE

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Elçin Vəliyev Geologiya İnstitutunda direktor müavini təyin olunub. Elçin Vəliyev eyni əmrə əsasən institutun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəcək. Elçin Vəliyev Bakı Dövlət Universitetində coğrafiya ixtisası üzrə bakalavriat, landşaftşünaslıq ixtisası üzrə isə magistratura səviyyəsində təhsil alıb. Həmçinin Ukraynanın İvano-Frankovsk Milli Texniki Neft və Qaz Universitetində neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb. 2018-ci ildə texnika üzrə fəlsəfə doktoru, 2024-cü ildə isə texnika elmləri doktoru elmi dərəcəsini əldə edib. Əmək fəaliyyətinə Azərbaycan…

Read More
Cəmiyyət 

Bu gün Ümumdünya Ətraf Mühit Günüdür

Ümumdünya Ətraf Mühit Günü ətraf mühitin qorunmasına diqqəti artırmaq məqsədilə BMT tərəfindən təsis edilmiş və hər il iyunun 5-də qeyd olunan beynəlxalq günlərdən biridir. Bu gün ekoloqlar və təbiətin mühafizəsi ilə məşğul olan təşkilatlar üçün dünya ictimaiyyətinin diqqətini ekoloji problemlərə yönəltməyin, eyni zamanda, ətraf mühitin qorunmasına dair siyasi maraq və fəaliyyətləri təşviq etməyin ən vacib vasitələrindən hesab olunur. AZƏRTAC xəbər verir ki, həmin ekoloji bayram 1972-ci il dekabrın 15-də BMT Baş Assambleyasının qəbul etdiyi qətnamə ilə təsis edilib. Tarix kimi 5 iyun seçilib, çünki həmin gün 1972-ci ildə Stokholmda İnsan Ətraf…

Read More
Cəmiyyət 

Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır

Azərbaycanda 2025-ci ildə 20 və daha yuxarı evlilik müddəti olan şəxslər arasında 2681 boşanma hadisəsi qeydə alınıb. Publika.az xəbər verir ki, bu barədə Report-a Dövlət Statistika Komitəsindən bildirilib. Statistik məlumatlar göstərir ki, son üç il ərzində boşanmaların ən böyük payı ardıcıl olaraq 10-19 il davam edən nikahların payına düşüb. 2025-ci ildə ümumi boşanmaların sayı 20 675 təşkil edib. Onlardan 7 354-ü 10-19 il davam edən nikahlara, 5 795-i 5 ilə qədər davam edən nikahlara, 4 845-i 5-9 illik nikahlara aid olub. 2024-cü ildə isə boşanmaların ümumi sayı 21 384 olub. Bu…

Read More
Cəmiyyət 

Ailədaxili problemlər görün nədən qaynaqlanır… – Araşdırma

Amerika tədqiqatçıları müəyyən ediblər ki, yuxunun keyfiyyəti ailədəki gərginlik səviyyəsi ilə birbaşa bağlıdır və bu təsir xüsusilə qadınlarda daha qabarıq şəkildə özünü göstərir. Publika.az xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Health and Social Behavior” (JHSB) jurnalında dərc edilib. Yuxu adətən fərdi bioloji ehtiyac kimi qəbul edilsə də, əksər ailələr üçün bu, həm də birgə fəaliyyətdir: cütlüklər eyni yatağı paylaşırlar və birinin narahat yuxusu digərinin halına təsir göstərir. Ostindəki Texas Universitetinin tədqiqatçıları yuxu keyfiyyətinin nikahdakı münasibətlərə necə təsir etdiyini araşdırmaq üçün 378 cütlüyün (ümumilikdə 756 nəfər) məlumatlarını təhlil ediblər. İştirakçılar əvvəlcə…

Read More