Cəmiyyət 

Narkomaniya əsrimizin bəlasıdır

Narkomanlığın yaşadığımız cəmiyyətə ziyanı, bu bəla ilə mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, narkomanların müalicə və bərpasının təşkili, sağlam mühitə qaytarılması və bu sahədə olan digər problemlər bu gün aktual xarakter daşıyır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində geniş tədbirləri özündə ehtiva edən proqramlar – Azərbaycan Respublikası Prezidentinin 15.07.2000-ci il tarixli 371 nömrəli Fərmanı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”, 28.06.2007-ci il tarixli 2271 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və…

Read More
İdman 

Azərbaycanın minifutbol millisi Avropa çempionu olub

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub. “İki sahil” xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Ukrayna seçməsini məğlub edib. “Tipos Arena”dakı oyun 2:0 hesabı ilə bitib. Komandanın qollarına Mirmehdi Rzayev və İsa Atayev imza atıb. Beləliklə, minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub. Komanda daha əvvəl 2022-ci ildə titula sahib çıxıb. Xatırladaq ki, Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitən yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələyib – 3:1. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən…

Read More
Sosial 

Pensiyaya çıxan vətəndaşlara VACİB AÇIQLAMA

Bir çox ölkələrdə vətəndaşlar pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini dayandırmağa üstünlük versələr də, Azərbaycanda fərqli mənzərə müşahidə olunur. Hətta pensiya yaşının mərhələli şəkildə artırılmasına baxmayaraq, çoxsaylı vətəndaşlar işləməyə davam etməyə çalışırlar. Bəs bunun əsas səbəbləri nələrdir? Musavat.com bildirir ki mövzu ilə bağlı konkret.az-a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, inkişaf etmiş ölkələrdə insanların pensiyaya çıxmağa üstünlük verməsinin əsas səbəblərindən biri pensiya fondlarında topladıqları vəsaitdən istifadə ilə bağlı daha geniş seçim imkanlarına malik olmalarıdır. Onun sözlərinə görə, həmin ölkələrdə vətəndaşların pensiya təminatı minimum yaşayış səviyyəsini qarşıladığı üçün insanlar…

Read More
Cəmiyyət 

Həcc missiyası yekunlaşır: QMİ-dən son vəziyyətlə bağlı AÇIQLAMA

“Hazırda zəvvarların bir hissəsi artıq Mədinəyə gəlib. Zəvvarlar Mədinədə üç gün qalmalıdırlar. Bu müddətdə onlar Peyğəmbərin (s.ə.s.) məscidini və müqəddəs məkanları ziyarət edəcək, həmçinin şəhər üzrə ekskursiyada iştirak edəcəklər. Sonrakı gün zəvvarlar üçün sərbəst vaxt nəzərdə tutulub”. Bu barədə Musavat.com-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, iyunun 6-dan etibarən geri dönüş uçuşları başlayacaq: “Həmin gün səhər və axşam olmaqla iki təyyarə reysi həyata keçiriləcək. Dünən 8-9 qrup Mədinəyə çatıb, bu gün də yolda olan qruplar var…

Read More
Sosial 

İkinci və üçüncü uşağa görə verilən ödənişlər artırıla bilər — AÇIQLAMA

Avropa ölkələrinin bir çoxunda doğum səviyyəsinin azalması və əhalinin qocalması fonunda ailələrə maliyyə dəstəyi, vergi güzəştləri, əlçatan mənzil proqramları və işləyən valideynlər üçün sosial təminatlar genişləndirilib. Azərbaycanda da demoqrafik göstəricilərdə müşahidə olunan dəyişiklikləri nəzərə alsaq, beynəlxalq təcrübədə özünü doğrultmuş hansı preventiv tədbirlər yerli şəraitə uyğun şəkildə tətbiq oluna bilər? Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Demokrat.az-a bildirib ki, dünyanın bir çox ölkələrində sosial-demoqrafik siyasət, doğum səviyyəsinin azalması və əhalinin yaşlanması milli strategiyanın mühüm hissəsi hesab olunur və milli təhlükəsizlik məsələsi kimi diqqət mərkəzində saxlanılır: “İnkişaf etmiş ölkələrin əksəriyyətində əhali artım…

Read More
Cəmiyyət 

Azərbaycanda ət qiymətləri necə sabitləşə bilər? — VİDEO

Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər. Musavat.com Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib. Nazir müavini bildirib ki, idxal hesabına qarşılanan heyvandarlıq və quşçuluq məhsullarının ölkə daxilində istehsalını artırmaq əsas məqsəd hesab olunur. Onun sözlərinə görə, 2021-2025-ci illərin müqayisəsi göstərir ki, adambaşına quş əti istehlakında artım qeydə alınıb. Eyni tendensiya mal əti istehlakında da müşahidə olunur. Ət istehsalının maya dəyərinin uyğun səviyyədə formalaşdırılması hesabına bazarda sabitlik yaranacağını düşünürük, – deyə Zaur…

Read More
Hadisə 

Göyçayda əməliyyat – Həbs edilənlər var

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, əməliyyat zamanı 22 yaşlı Hüseyn Əliyev və həmyaşıdı Telman Mehdiyev saxlanılıb. Onlardan 8 kiloqramdan artıq marixuana və 1 kiloqrama yaxın tiryək aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Read More
Cəmiyyət 

Anomal istilər gəlir — 12:00-dan 16:00-a qədər çölə çıxmayın!

Yay mövsümü hələ tam başlamasa da, meteoroloqlar bu il temperaturun normadan yüksək olacağını və havaların qəfil istiləşəcəyini proqnozlaşdırırlar. Bildirilir ki, anomal isti hava şəraiti günvurma və istivurma hallarının sayını artıra bilər. Bu isə xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün ciddi təhlükə yaradır. Bəs yüksək temperaturun insan sağlamlığına təsiri nədən ibarətdir və belə halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Mövzu ilə bağlı Demokrat.az-a danışan professor Adil Qeybulla bildirib ki, dünyada müşahidə olunan iqlim dəyişiklikləri artıq hər bir ölkədə hiss olunur və insanlar yeni hava şəraitinə uyğunlaşmağa…

Read More
Cəmiyyət 

“Dərmanların keyfiyyəti araşdırılmalıdır…” – AİB sədri müvafiq qurumlara çağırış etdi

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Azərbaycanda dərman bazarında mövcud olan problemlərdən danışıb. Musavat.com xəbər verir ki, o, dərman təminatından tutmuş, həkim-pasiyent münasibətlərinə, laboratoriya xidmətlərindən məhkəmə müdafiəsinə qədər bir çox sahədə sistemli problemlərin olduğunu bildirib. Eyyub Hüseynovun sözlərinə görə, ölkədə müəyyən dərman preparatlarının bazardan qəfil yoxa çıxması bəzən tibbi zərurətdən deyil, dərman şirkətləri arasındakı kommersiya maraqlarından qaynaqlanır. “İnsanlar illərlə istifadə etdikləri dərmanları tapa bilmirlər. Halbuki bunun arxasında bəzi hallarda dərman idxalçıları arasındakı rəqabət dayanır. Bir preparatın qarşısı alınır, onun əvəzinə başqası bazara çıxarılır”, – deyə o bildirib. Birlik sədri…

Read More