Cəmiyyət 

Aprel ayı niyə belə keçir? – Ekoloq hər şeyi açıqladı

Müasir dövrdə iqlim və hava şəraitində baş verən dəyişikliklər insanların gündəlik həyatına birbaşa təsir göstərir. Xüsusilə, mövsümlərin keçid dövrlərində müşahidə olunan yağıntılar, temperatur dəyişmələri və hava kütlələrinin hərəkəti müxtəlif bölgələrdə fərqli təbiət hadisələrinin yaranmasına səbəb olur. “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli Musavat.com-a şərhində bildirib ki, Azərbaycan mülayim subtropik iqlim qurşağında yerləşir. Onun sözlərinə görə, bu qurşağın xarakterik xüsusiyyətləri özünü göstərməkdədir: “Hazırda şimal yarımkürəsində qış fəsli bitdiyi, bahara keçid olduğu üçün yağıntıların olması normal hal idi. Aprel ayı Azərbaycanda əsasən yağıntılı dövrdür. Bəzən quraq keçdiyi zamanlar da olub. Bir…

Read More
Siyasət 

Latviya Prezidenti: Ağ Şəhər mənə çox böyük təəssürat bağışladıVİDEO

Ağ Şəhəri ziyarət etdim. Bu, mənə çox böyük təəssürat bağışladı. Musavat.com xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes forumunda çıxışında deyib. “Bu ideya hələ 2011-2012-ci illərdə hazırlanıb və Siz əvvəlcə çirklənmiş əraziləri təmizləməyə müvəffəq oldunuz, sonra isə memarlıq möcüzəsini yaradaraq, XX əsrə uyğun müasir şəhəri yaratdınız. Bu, Azərbaycanın potensialını göstərir”, – Latviya Prezidenti bildirib.

Read More
Cəmiyyət 

Konservalardan istifadə edənlərin NƏZƏRİNƏ: Yalnız onlar ürək üçün xeyirlidir

Düzgün qidalanma haqqında danışarkən konservləşdirilmiş məhsullardan uzaq durmağın lazım olduğu deyilir, çünki onların tərkibində çoxlu natrium olur. Lakin bütün konservlər eyni deyil. Lent.az xarici mediaya istinadla xəbər verir ki, bir çox konserv məhsullar ürək üçün faydalı qida maddələri ilə zəngindir, eyni zamanda rahat və əlçatandır. Buna görə də düzgün seçim etsəniz, sağlam qidalanmadan kənara çıxmadan konservlərdən istifadə edə bilərsiniz. Ən yaxşı seçimləri müəyyən etmək üçün nəşr dietoloqlardan ürək sağlamlığı üçün ən sevdikləri 5 konserv məhsulu paylaşmağı xahiş edib. Onların tövsiyə etdiyi məhsullar bunlardır: 1. Lobya və mərcimək Bu məhsullar lif və bitki…

Read More
Gündəm 

Azərbaycandan bu ölkəyə çay ixracı kəskin ARTDI

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Ukraynaya 265,73 min ABŞ dolları dəyərində 30,28 ton qara çay ixrac edilib. Musavat.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin ilk iki ayı ilə müqayisədə dəyər ifadəsində 43,9%, həcm ifadəsində isə 45,5% artıb. Məlumat üçün bildirək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda 2 644,3 ton çay istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% çoxdur. I rübdə Azərbaycandan xarici bazarlara 1 milyon 758 min ABŞ dolları dəyərində 204,12 ton çay ixrac edilib. Çay ixracı 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə…

Read More
Cəmiyyət 

Ət mağazasında nöqsanlar aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallı şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, Sübhi Firudin oğlu Kişiyevə məxsus ət satışı mağazasında yoxlama keçiriblər. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Ət məhsullarının satışının obyektdən kənarda, yol qırağında həyata keçirildiyi məlum olub. Eyni zamanda, mağazada sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Read More
Siyasət 

Latviya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib

Latviya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib. Musavat.com xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda birgə bəyanatında deyib. “Sizin söylədiyiniz kimi, biz dəfələrlə görüşmüşük. Əsasən mən xarici işlər naziri olaraq Bakıya səfər edəndə, sonra isə ötən il Davosda görüşlər keçirdik. İndi isə rəsmi səfərlə ölkənizə gəlməkdən böyük məmnunluq duyduğumu ifadə edirəm. İcazə verin deyim ki, biz Sizi Riqada qarşılamağı səbirsizliklə gözləyirik. Biz elə indicə hesabladıq, sonuncu səfərinizdən demək olar ki, 10 il ötüb. COVID illəri və bəzi digər məsələlər olmuşdur, lakin belə…

Read More
Cəmiyyət 

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi müəyyənləşir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün 550 manat dövlət rüsumu müəyyənləşir./unikal.az

Read More
Cəmiyyət 

“Koroğlu” stansiyasında nə baş verir?— Rəsmi açıqlama

Saytımıza daxil olan müraciətdə bu gün səhər saatlarında metronun “Koroğlu” stansiyasına girişin məhdudlaşdırıldığı bildirilib. Məsələnin mahiyyətini aydınlaşdırmaq və məlumatı dəqiqləşdirmək üçün Bakı Metropoliteni QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, metrodakı vəziyyətlə bağlı dünəndən etibarən məlumat paylaşılıb: “Bu barədə “WhatsApp” qrupuna da məlumat yönləndirilmişdi. Bu gün isə iş günü olmasına baxmayaraq, şənbə günü prinsiplərinə uyğun qrafik tətbiq edilib. Bunun əsas səbəbi həm sərnişin axınının nisbətən seyrək olacağını nəzərə almaq, həm də əvvəlki gün baş vermiş texniki insidentlə bağlı araşdırma və zəruri tədbirləri daha operativ…

Read More
Hava 

Hava ilə bağlı XƏBƏRDARLIQ – Növbəti iki gündə…

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında aprelin 24-25-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Read More
Cəmiyyət 

Bazarlarda bu məhsullar UCUZLAŞDI – VİDEO

Paytaxtın”8-ci kilometr” bazarında mövsümi tərəvəzlərin qiyməti aşağı düşüb. Lobyanın kiloqramı 8  manat, badımcam 1-2.50, təzə kartof 1.50-1.80 , çiyələk 3 manatdan təklif olunur. Musavat.com Xəzər Tv-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, iki həftə əvvəllə müqayisədə bazarda qiymət  ucuzlaşsa da alıcı qıtlığı var. Bazarda bolluq olsa da alıcı qıtlığı kameramızın obyektivindən də yayınmadı. Meyvələrin qiymətində isə ciddi dəyişiklik yoxdur. Satıcılar deyirlər ki, hazırda yalnız İrandan idxal edilən meyvələrin qiymətində artım müşahidə olunur. Məsələn, kivinin kiloqramı 4-5, portağal isə 3-4 manatadır. Kənd yumurtasının 1 ədədi 25 qəpik, pomidor 3, xiyar 1.50 -2.50…

Read More