Gündəm 

Suriyadan 5 azərbaycanlı repatriasiya olundu

Suriya Ərəb Respublikasının münaqişə bölgəsindən 21 aprel 2026-cı il tarixində iki qadın və üç uşaq olmaqla, ümumilikdə beş Azərbaycan vətəndaşının Türkiyə üzərindən Azərbaycana repatriasiyası həyata keçirilib. Bu barədə Musavat.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Qeyd olunub ki, proses Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Azərbaycan Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”nın müvafiq müddəalarına uyğun baş tutub. İlk növbədə, repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına…

Read More
Hava 

Yağıntı intensivləşəcək, sel keçəcək – XƏBƏRDARLIQ

Aprelin 24-25-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Read More
İdman 

AFFA 3 komandanı cəzalandırdı

AFFA İntizam Komitəsi üç komandaya texniki məğlubiyyət verib. Musavat.com xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub. U-14 Liqasında baş tutan “Yasamal Bakı” – “Mübariz” FA qarşılaşmasında meydan sahiblərinin heyətində protokolda adı olmayan futbolçuların iştirakı aşkarlanıb. Bu səbəbdən paytaxt təmsilçisinin nəticəsi ləğv olunub və komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni liqada keçirilməli olan “European Football Academy” – “Young Pro” oyunu qonaqların meydana çıxmaqdan imtina etməsi səbəbindən baş tutmayıb. Nəticədə “Young Pro” kollektivi texniki məğlubiyyət alıb. “Liman” UFK – “Araz Bakı” matçında Liman təmsilçisinin heyətində cəzalı…

Read More
Cəmiyyət 

General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular

Dövlət Gömrük Komitəsində və tabeliyində fəaliyyət göstərən “Azərterminalkompleks” Birliyində maliyyə və uçot pozuntuları aşkarlanıb. Musavat.com xəbər verir ki, bu barədə Hesablama Palatasının audit hesabatında qeyd olunub. Hesabatda yazılıb ki, 2023-cü ildə dövlət mülkiyyətinə keçirilmiş əmlakın satışından, müvafiq xərclər çıxıldıqdan sonra qalan 24,6 min manat vəsait “Azərterminalkompleks” Birliyi tərəfindən Komitənin aidiyyəti xəzinə hesabına deyil, “hesabın möhkəmləndirilməsi” adı altında Birliyin bank hesabına yönəldilib. Bu da büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və xəzinədarlıq qaydalarının pozulması deməkdir. Bundan əlavə DGK ilə bağlı eyni il üzrə maliyyə hesabatlarında “Torpaq, tikili və avadanlıqlar üzrə kapitallaşdırma məsrəfləri”nin…

Read More
Hadisə 

Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı

Gürcüstanın Kvemo Kartli Polis İdarəsi və Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları yalan ifadə vermək və qrup halında törədilmiş xuliqanlıq ittihamı ilə 11 nəfəri saxlayıblar. Musavat.com Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, daha bir şəxsə isə sağlamlığa qəsdən ağır xəsarət yetirmə faktı üzrə qiyabi şəkildə ittiham irəli sürülüb. Məlum olub ki, həyata keçirilən xüsusi əməliyyat bu il aprelin 2-də qətlə yetirilən 20 yaşlı azərbaycanlı Ümid Bayramovun toy günündən bir gün əvvəl – ciyər axşamı törənində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı olub. Televiziyanın məlumatına…

Read More
Cəbhədən Xəbər 

Ali təhsilli şəxslər üçün hərbi xidmət 3 ay OLACAQ? – VİDEO

Ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr aktuallaşıb və bu məsələ həm cəmiyyətdə, həm də ekspertlər arasında fərqli yanaşmalar doğurur. Əsas sual isə ondan ibarətdir ki, belə bir modelin tətbiqi nə dərəcədə realdır və bu dəyişiklik ordunun hazırlıq səviyyəsinə, eləcə də kadr təminatına necə təsir göstərə bilər. Musavat.com xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılmasının tərəfdarlarından olduğunu açıqlayıb. “Hesab edirəm ki, bu kateqoriyaya daxil olan şəxslər hərbi xidmətə başladıqdan sonra bir il ərzində…

Read More
Gündəm 

“Əvvəl ödə, sonra qazanarsan” – Memardan vergi sisteminə etiraz

Azərbaycanda fərdi sahibkarlıqla məşğul olan memar Elçin Əliyev vergi sistemi ilə bağlı fikirlərini ifadə edib. O, sosial şəbəkə paylaşımında vergi orqanlarının yanaşmasını, xüsusilə “proqnozlaşdırılan gəlir” əsasında əvvəlcədən vergi ödənişlərinin tələb olunmasını ədalətsiz hesab edib. Musavat.com xəbər verir ki, memarın sözlərinə görə, bu yanaşma sahibkarı faktiki olaraq “qazanmadan əvvəl ödəniş etməyə” məcbur edir və biznesin real dövriyyəsini risk altına salır. Onun fikirləri ölkədə kiçik və orta sahibkarların üzləşdiyi fiskal təzyiqlərlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Tanınmış memar vergi orqanları ilə heç vaxt mübahisə etmədiyini açıqlayıb: “Sahibkar olaraq, fərdi memarlıq fəaliyyəti ilə məşğul olan…

Read More
Cəmiyyət 

TƏCİLİ! DGK-da YOXLAMALAR –Ciddi nöqsanlar aşkarlandı

Hesablama Palatası Dövlət Gömrük Komitəsində (DGK) maliyyə uçotu və ödənişlərdə ciddi nöqsanlar aşkarlayıb. Palata DGK-da dövlət vəsaitlərinin və əmlakın istifadəsi üzrə audit aparıb. Audit 2023–2025-ci illəri əhatə edib. Qeyd edilib ki, bu dövrdə daxilolmalar 240,7 mln. manat, xərclər isə 238,8 mln. manat təşkil edib. 2023-cü ildə büdcədənkənar vəsaitlər üzrə xərclər 68,5 mln. manat olub. Bu məbləğ bəzi xərclərin azaldılması (5,7 mln. manat) və digər xərclərin artırılması (37,8 mln. manat) hesabına formalaşıb. Audit zamanı müəyyən edilib ki, 24,6 min manat vəsait dövlət büdcəsinə yönəldilməli olduğu halda “Azərterminalkompleks” Birliyinin hesabında saxlanılıb. İnzibati…

Read More
Cəmiyyət 

Azərbaycanda müflisləşmə niyə “ölü norma”ya çevrilib? – 210 məhkəmə qərarı, sıfır nəticə – ARAŞDIRMA

Azərbaycanda müflisləşmə institutunun real işləmədiyini sübut edən faktlar getdikcə daha açıq görünür. Müxtəlif Kommersiya məhkəmələrinin çıxardığı və Vahid Məhkəmə Portalında yerləşdirilmiş ümumilikdə 210 qərardad və qətnamənin heç birində müflisləşmə tələbi təmin edilməyib. Bu isə sistemli problemin mövcudluğuna ciddi işarədir. Son məhkəmə işlərinin xülasəsi də bu mənzərəni bir daha təsdiqləyir. Məsələn, Şirvan Kommersiya Məhkəməsində bir MMC-nin özünü müflis elan etdirməsi ilə bağlı müraciətinə baxılıb. Şirkət fəaliyyətinin dayandığını, əmlakının olmadığını və borclarını ödəyə bilmədiyini iddia edib. Amma məhkəmə ərizəni icraata belə qəbul etməyib. Səbəb kimi elementar hüquqi tələblərin pozulması göstərilib və ərizə…

Read More