Dünya 

Qazaxıstanda 500.000-dən çox insanın cəriməsi əfv olunub

Qazaxıstanda ümumi məbləği 17 milyard tengedən çox olan 1 milyondan çox ödənilməmiş cərimə silinəcək. Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, daxili işlər nazirinin müavini Sanjar Adilovun sözlərinə görə, 500.000-dən çox Qazaxıstan vətəndaşı inzibati əfvdən yararlana bilər. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 58 maddəsi inzibati əfvlə əhatə olunub. Nazir müavini izah edib ki, ödənilməmiş cərimələrin silinməsi planlaşdırılan cinayətlərin əksəriyyəti yol hərəkəti qaydalarının pozulması ilə bağlıdır. Əfv narkotik və silah qaçaqmalçılığı, məhkəmə qərarları, təkrar cinayətlər və ya qəsdən törədilən pozuntularla bağlı cinayətlərə şamil edilməyəcək. Maliyyə nazirinin müavini Yerjan Birjanov əlavə…

Read More
Hava 

Bəzi yerlərdə yağış yağacaq

Bakıda və Abşeron yarımadasında mayın 3-də gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkədə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.…

Read More
Cəmiyyət 

Bakıda küləyin sürəti 26 m/s-dək güclənir – FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 15:00-a olan məlumatda qeyd edilib. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 26, Goranboyda 23, Mingəçevirdə 22, Tovuz, Şahdağda 20, Kəlbəcər, Bərdə, Ağdamda 18, Şabran, Tərtərdə 16, Lerik, Oğuz, Şəki, Yevlaxda 15 m/s-yə çatır. Daşkəsən, Gədəbəy, Gəncə, Mingəçevir, Qəbələ, Balakən, Zaqatala, Şəki, Quba, Şahdağ, Qusar, Qax (Sarıbaş), Şabranda arabir yağış yağır.

Read More
Hadisə 

Şamaxıda açılan fermada qalmaqal: 4 manatlıq oyuncağa görə 60 manat – VİDEO

Şamaxıda yeni fəaliyyətə başlayan kapibara ferması ilə bağlı şikayət var. Musavat.com xəbər verir ki, bloqer Hülya Əsədova orada da aldadıldığını iddia edir. O, ailəsi ilə birlikdə fermaya baş çəkib. Uşaqlarının plastik oyuncaqlardan birini sındırdığını bildirən bloqer oyuncağın dəyərini ödəmək istədiklərini, lakin tələb olunan məbləğin onları təəccübləndirdiyini deyib: “Yeni açılan kapibara fermasına getmək üçün 110 kilometr yol qət etdik. Açığı, gözləntilərimiz doğrulmadı. Təyin olunan vaxtda məkana çatdıq və bir müddət gözləməli olduq. Bu zaman uşağımız salondakı plastik oyuncaqlardan birini sındırdı. Oyuncağın pulunu ödəmək istədik, lakin qiymət bizi təəccübləndirdi. “Temu”da təxminən 4…

Read More
Cəmiyyət 

Prezidentin yüksək vəzifə verdiyi Lalə Abdullayeva kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Lalə Abdullayeva Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin sədr müavini təyin edilib. Lalə Elman qızı Abdullayeva 1976-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetində Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə edilməsi, Bakı Dövlət Universitetində isə Beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb. O, əmək fəaliyyətinə 2001-ci ildə MSK-nın Beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsi ilə başlayıb. Sonrakı illərdə müxtəlif sığorta şirkətlərinin idarə heyətlərində təmsil olunub. 2024-cü ildə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İnsan resursları, hüquq və kargüzarlığın təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2024-cü ilin oktyabr ayından Agentliyin Transformasiya…

Read More
Cəmiyyət 

Agentlik sədri onu müdir müavini təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni kadr təyinatı olub. Bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Abdullayev Təvəkgül Yunis oğlu Maliyyə departamentinin müdir müavini təyin edilib. Qeyd edək ki, Maliyyə departamentinin müdiri Qasımzadə Şəms Məmməd qızıdır.

Read More
Cəmiyyət 

Agentlikdə yeni təyinatlar

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin filiallarında yeni təyinatlar olub. Xudanlı Faiq Elman oğlu Qarabağ DOST Evi şöbəsinin müdiri, Kamranlı Kamran Cəlilağa oğlu İsmayıllı DOST Evi filialının direktoru təyin olunublar. Qeyd edək ki, Faiq Xudanlı təyinatına qədər DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı DOST Evi filialının direktoru vəzifəsində, Kamran Kamranlı isə Qarabağ DOST Evi şöbəsinin müdiri vəzifəsində çalışıb.

Read More
Cəmiyyət 

BDYPİ sürücülərə müraciət ETDİ

Baş Dövlət Yol Polisi İdarəsi intensiv yağışlardan sonra növbəti əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir. Musavat.com xəbər verir ki, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur. Həmçinin, piyadalar da mövcud hava…

Read More