Cəbhədən Xəbər 

Zakir Həsənov Serbiyaya səfər edib

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyada rəsmi səfərdədir. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfərin proqramına əsasən, Zakir Həsənov Serbiyanın müdafiə naziri Bratislav Qaşiç ilə görüşüb. Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib. Qeyd edək ki, səfər çərçivəsində müdafiə nazirinin Serbiyanın Buyanovats şəhəri yaxınlığında keçirilən “Platinum Wolf – 2026” beynəlxalq taktiki təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirakı planlaşdırılıb.

Read More
Cəmiyyət 

Bakı-Tiflis-Bakı qatarına əlavə vaqonlar qoşulacaq

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Tbilisi-Bakı qatarı ilə sərnişindaşıma imkanlarını genişləndirir. Bu barədə Musavat.com-a səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, tətil və məzuniyyətlər dövrü olan yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması ilə 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tbilisidən hərəkət edən qatarlara əlavə vaqon qoşularaq daha çox sərnişinin daşınması təmin ediləcək: “Biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz”.

Read More
Cəmiyyət 

Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? -Ali Məhkəmədən vacib qərardad

Daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun qorunması hüquqi dövlətin əsas prinsiplərindən biridir. Bununla yanaşı, mülki dövriyyənin sabitliyi də eyni dərəcədə vacib hüquqi dəyər hesab olunur. Məhz bu iki dəyərin, yəni əsl mülkiyyətçinin hüququnun və əşyanı əldə etmiş üçüncü şəxsin maraqlarının toqquşduğu hallarda hüquqi mübahisələr yaranır. Bu zaman həll edilməli əsas məsələ əşyanın əsl mülkiyyətçiyə qaytarılması, yoxsa onu sonradan əldə etmiş üçüncü şəxsin hüquqlarının qorunmasından ibarətdir. Ali Məhkəmə tərəfindən daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən mühüm qərardad qəbul edilmişdir. Problemin mahiyyəti…

Read More
Cəmiyyət 

Mənzil alanların nəzərinə – Ali Məhkəmədən QƏRAR

Ali Məhkəmə tərəfindən daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən mühüm qərar qəbul edilib. Bu barədə Musavat.com-a Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, son illər məhkəmə təcrübəsində tez-tez rast gəlinən hallardan biri daşınmaz əşyanın saxta sənədlər, etibarnamələr əsasında və ya digər hüquqazidd yollarla əsl mülkiyyətçinin əlindən çıxaraq sonradan bir və ya bir neçə şəxsə satılması ilə bağlıdır. Bir müddət sonra həqiqi mülkiyyətçi hüququnun pozulduğunu aşkar edərək mənzilin geri qaytarılmasını tələb edir. Bu zaman məhkəmə qarşısında iki mənafe dayanır: • Əmlakından iradəsi xaricində…

Read More
Gündəm 

Əli Əsədov yeni qərar İMZALADI

Nazirlər Kabineti Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Hökumətinin təminatı və öhdəliklərini təsdiq edib. Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Xatırladaq ki, sözügedən saziş bu il fevralın 18-də imzalanıb.

Read More
Hadisə 

Eşşəyin dişlədiyi 70 yaşlı kişi öldü

Xaçmaz rayonunda uzunqulaq dişləyən 70 yaşlı kişi ölüb. Publika.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Yergüc kəndində baş verib. Kənd sakini, 1956-cı il təvəllüdlü Murad Əsfəndiyarovun meyiti müayinə olunmaq üçün Xaçmaz rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbəsinə aparılıb. Məlumata əsasən, M.Əsfəndiyarovu bir həftə əvvəl kənd ərazisində uzunqulaq dişləyib. Bir müddət ev şəraitində müalicə alan şəxsin bu gün vəfat etdiyi bildirilir.

Read More
Gündəm 

15 İyun Milli Qurtuluş Günü – Tariximizin Şanlı Səhifəsi

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik günlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Bu əlamətdar tarix müstəqil Azərbaycan dövlətinin qorunub saxlanılmasında, ölkədə sabitliyin və inkişafın təmin olunmasında mühüm rol oynamışdır. Milli Qurtuluş Günü xalqımızın dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış, Azərbaycanı parçalanmaq və vətəndaş qarşıdurması təhlükəsindən xilas edən tarixi dönüş nöqtəsidir. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, ölkədə mürəkkəb ictimai-siyasi vəziyyət hökm sürürdü. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, iqtisadi böhran dərinləşir, siyasi hakimiyyət uğrunda mübarizə isə ölkəni xaosa sürükləyirdi. Dövlət idarəçiliyində ciddi problemlər…

Read More
Cəmiyyət 

Şərqin dərdi – şortik

Hər il yazın ilıq və isti ayları gələndə ölkəmizdə şortik davası başlayır. İllərdir belədir. Biz ölkə olaraq Qarabağ münaqişəsini həll etdik, şortik məsələsini həll edə bilmirik. Bu saat bir nömrəli dərdimiz odur. Yekdillik yoxdur. Çəkici eyni zindana vura bilmirik. İkitirəlik var. Şortik əleydarlarları ilə qısa şalvar tərəfdarları arasında antaqonist ziddiyyətlər hökm sürür. Hökumət bir az boş tərpənsə tərəflər bir-birinə girər, daha dəqiqi, şortikə qarşı olanlar şortik geyənləri küçədə itsürütməsi və ya danaboyun edərlər. Hərdən belə təşəbbüslər olur, amma qarşısı asayiş keşikçiləri tərəfindən qətiyyətlə alınır. Yaxşı ki, hər yer müşahidə kameralarıdır,…

Read More
Cəmiyyət 

DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır. Bu barədə Musavat.com-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, bəzi hallarda məzunlar və ya yetkinlik yaşına çatmayan şəxslər əyləncə məqsədilə müxtəlif nəqliyyat vasitələrini icarəyə götürməyə cəhd edir, nəzərə almaq lazımdır ki, sürücülük hüququ olmayan şəxslərin sükan arxasına əyləşməsi qanunvericiliyin tələblərinin zidd olmaqla yanaşı, onların və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqları baxımından olduqca təhlükəlidir. Bununla əlaqədar avtomobil icarəsi…

Read More