Cəmiyyət 

Bakı metrosunun fəaliyyəti nə zaman bərpa olunacaq?

“Qara Qarayev–Nərimanov” mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib. Musavat.com xəbər verir ki, texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. “Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür. Yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək”, – “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Read More
Cəmiyyət 

Bağlanan Bakı metrosundan ƏN SON GÖRÜNTÜLƏR – FOTOLAR

Xəbər verildiyi kimi, “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb: “Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür. Yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək”. Musavat.com metrodakı hazırki durumla bağlı vəziyyəti təqdim edir:

Read More
Gündəm 

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

Sosial şəbəkələrdə paytaxtın Xətai rayonunda 5 nəfər ailə üzvünü qətlə yetirmiş Əhməd Əhmədovun guya saxlanıldığı tibb müəssisəsindən azad edilməsi ilə bağlı yayılan xəbərlər rəsmi şəkildə təkzib olunub. Musavat.com xəbər verir ki, Baş Prokurorluq bu məlumatların həqiqətə uyğun olmadığını bildirərək, onların cəmiyyətdə süni ajiotaj yaratmağa yönəldiyini vurğulayıb. Qurumdan verilən açıqlamada qeyd olunub ki, Əhməd Əhmədovun törətdiyi xüsusilə ağır cinayət işi üzrə bütün hallar ibtidai istintaq zamanı hərtərəfli araşdırılıb. Toplanmış sübutlara əsasən onun cinayəti anlaqsız vəziyyətdə törətdiyi və cəmiyyət üçün təhlükəli olduğu müəyyən edilib. Bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsi-nin 10 oktyabr 2024-cü…

Read More
Hava 

Qeyri-sabit hava şəraiti BU TARİXƏDƏK davam edəcək

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu ilin aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı, aylıq yağıntının miqdarının da iqlim normasına yaxın, bəzi ərazilərdə normadan bir qədər çox olacağı ehtimal olunur. Hazırda Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Musavat.com-a açıqlamasında bildirib ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan yağışlı hava şəraiti günün ikinci yarısına kimi davam edəcək. Onun sözlərinə görə, yağıntı axşam saatlarına doğru tədricən kəsiləcək: “Bölgələrdə də yağıntılı hava şəraiti gün ərzində…

Read More
Gündəm 

Parlament yekdilliklə dəstəklədi

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunub. Sənədi Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib. Müzakirələrdən sonra Milli Məclis Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatını yekdilliklə qəbul edib. Musavat.com-un məlumatına görə, 106 deputat hesabatın lehinə səs verib. Daha sonra çıxış edən Palata sədri Vüqar Gülməmmədov hesabatla bağlı çıxışlarına və təkliflərinə görə deputatlara təşəkkürünü bildirib.

Read More
Cəmiyyət 

Azərbaycanda satılan uşaq qidasında siçan zəhəri ŞOKU: AQTA-dan rəsmi AÇIQLAMA

Avstriyada məşhur “Hipp” markalı uşaq qidaları ilə bağlı yaşanan zəhərlənmə qalmaqalı dünya gündəmini zəbt edib. Musavat.com xəbər verir ki, Avstriyanın Burgenland federal ərazisində laborator analizlər nəticəsində bəzi uşaq pürelərində siçan zəhəri izləri aşkar olunub. Hadisənin miqyası genişlənərək Sloveniya, Macarıstan, Norveç və İtaliya daxil olmaqla ümumilikdə 1500 supermarketə yayılıb və məhsullar təcili geri çağırılıb. Aparılan ilkin araşdırmalar göstərir ki, bankaların qapaqları zədələnib və alt hissəsində qırmızı dairə işarələri qoyulub. İstehsalçı şirkət bunun istehsal xətası deyil, paylanma zəncirində baş vermiş “kənar müdaxilə” və təxribat ola biləcəyini bəyan edib. Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi…

Read More
Siyasət 

Milli Məclisdə vacib müzakirələr gözlənilir

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası öz işinə başlayıb. Musavat.com-un məlumatına görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda 8 məsələ müzakirə olunacaq. Parlament sədri giriş nitqində Türkiyəyə səfəri, iştirak etdiyi beynəlxalq tədbir, keçirdiyi mühüm görüşlərlə bağlı məlumat verib. Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılacaq. İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmi şəxslər iştirak edir.

Read More
Hadisə 

Qobustanda bir ailənin 4 üzvü zəhərləndi

Qobustan rayonunda bir ailənin dörd üzvü zəhərlənib. Rayon sakinləri – 30 yaşlı X.Mədətova, 11 yaşlı F.Mədətova, 10 yaşlı M.Mədətov və 4 yaşlı A.Mədətov ilkin ehtimallara görə, yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, hazırda müalicələri davam edir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.//Lent.az

Read More
Gündəm 

Parlamentdə Benilüks ölkələrinə SƏRT ETİRAZ

Deputat Tural Gəncəliyev Milli Məclisdəki çıxışında Belçika və Niderland parlamentlərinin Azərbaycan əleyhinə qərəzli mövqeyindən bəhs edib. Musavat.com-un məlumatına görə, deputat sənədlərdə Azərbaycana qarşı qərəzli, ədalətsiz və Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə zərbə vuran münasibətin ifadə olunduğunu vurğulayıb. Bildirib ki, bu, Azərbaycanın suverenliyinə qarşı qəbul olunmuş sənəddir. Deputat həmin sənədlərlə bağlı səfirlərin XİN-ə çağırıldığını və etiraz bildirildiyini xatırladıb. Əlavə edib ki, qəbul olunan sənədlərdə Azərbaycanın Ermənistanla bağlı humanitar siyasətə yer verilməyib, rəsmi Bakının mövqeyi görməzdən gəlinib. Tural Gəncəliyev çıxışında Belçikanın Konqo xalqını istismar etməsi, Niderland şirkətlərinin Afrika sərvətlərini mənimsəməsi barədə faktları da yada salıb.…

Read More
Hava 

Azərbaycanda bu ərazilərə qar yağır

Azərbaycan ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, ayrı-ayrı yerlərdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 21-i saat 9:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 87, Kəlbəcərdə 4, Laçında 2, Qrız, Xınalıq, Qusar (Laza), Zaqatalada (Əlibəy) 1 sm-dir. Düşən yağıntının miqdarı Oğuzda 59, Şəkidə 54, Qaxda (Sarıbaş) 43, Qəbələdə 36, Şamaxı, Mingəçevirdə 29, Zaqatalada 24, Göyçay, Balakəndə 22, Tərtərdə 21, Goranboy, Yevlaxda 20, Naftalanda 19, Göygöldə 18, Hacıqabul, Qobustanda 16, Lerikdə 14, Şəmkir, Xızıda 13, Xaltan,…

Read More