Cəmiyyət 

Xosrov İsmayılov vəzifəsindən azad EDİLDİ

Ağdam Rayon Statistika İdarəsinin rəisi Xosrov İsmayılov vəzifəsindən azad olunub. Bu barədə müvafiq əmr imzalanıb. X.İsmayılov dövlət qulluğunda xidmətdə olmağın son yaş həddi ilə əlaqədar, təqaüdə göndərilib. Hazırda Ağdam Rayon Statistika İdarəsinin rəisi vəzifəsini müvəqqəti olaraq, Niyaməddin Məmmədov icra edir. Qeyd edək ki, Xosrov Cəfər oğlu İsmayılov 1960-ci ildə anadan olub./yenisabah

Read More
Cəmiyyət 

Şiddət necə normallaşır?

Cəmiyyətdə artan zorakılıq halları fonunda mütəxəssislər emosional idarəetmə problemlərinin dərinləşdiyini bildirirlər. Psixoloqların fikrincə, şiddətə davamlı şəkildə məruz qalmaq insan beynində bu davranışın tədricən adi hal kimi qəbul edilməsinə gətirib çıxarır. Mövzu ilə bağlı açıqlama verən türkiyəli psixoloq Arzu Hamurcu qeyd edib ki, insan beyni tez-tez təkrarlanan davranışlara uyğunlaşır: “Şiddətə məruz qaldıqca beyin buna alışır, alışdıqca həssaslıq həddi aşağı düşür və nəticədə zorakılıq normal davranış kimi qəbul olunmağa başlayır”. Onun sözlərinə görə, son dövrlərdə müşahidə olunan zorakılıq halları yalnız fərdi qəzəblə izah edilə bilməz: “Hazırda cəmiyyətdə emosiyaların idarə olunmaması ilə bağlı…

Read More
Cəmiyyət 

Mina təhlükəsi ciddi problem olaraq qalmaqdadır

Ermənistanın işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda basdırdığı minalar can almaqda davam edir. Belə ki, aprelin 14-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən Füzuli rayonunun Aşağı Abdurrəhmanlı kəndində tank əleyhinə minaya düşərək həlak olub. Şübhəsiz, bu faciə minaların yaratdığı davamlı insan itkilərini bir daha açıq-aydın göstərir. Rəsmi statistikaya görə, son 30 il ərzində 3 min 500-dən çox Azərbaycan vətəndaşı mina qurbanı olub. Onlardan təxminən 600-ü ölümlə nəticələnib. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə qeydə alınmış mina partlayışı nəticəsində 422 nəfər…

Read More
Cəmiyyət 

Qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində qeydiyyat başlayır

Bu gün qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində qeydiyyat başlayır. “İki sahil” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər aprelin 16-dan 29 aprel saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://eservices.dim.gov.az/erizebak/cehd1/) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər. Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 18 fevral – 5 mart tarixlərində aparılan…

Read More
Gündəm 

Qərbi Azərbaycan həqiqətləri…

Bu gün soydaşlarımızın Qərbi Azərbaycana qayıdış tarixi ədalətin bərpasına yönəlmiş ən mühüm strateji məqsədlərdən biridir. Bu ərazilər əsrlər boyu azərbaycanlıların qədim yurd yeri olmuş, burada zəngin mədəniyyətin, dövlətçilik ənənələrinin əsası qoyulmuşdur. Lakin tarix boyu baş vermiş zorakı deportasiyalar və etnik təmizləmələr nəticəsində azərbaycanlılar öz doğma yurdlarından məhrum edilmişlər. Ölkəmizin başçısı İlham Əliyev Qərbi Azərbaycana qayıdışı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edib. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın illərdir gözlədiyi bu prosesin həyata keçirilməsi üçün zəmin yaratmışdır. Dövlətimizin başçısı bu məsələnin həm daxili, həm də beynəlxalq…

Read More
Cəmiyyət 

“İrəvan: tarixin və itirilmiş irsin əks-sədası” kitabının təqdimatı keçirilib

Aprelin 15-də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan, rus, ingilis və fransız dillərində çap olunmuş “İrəvan: tarixin və itirilmiş irsin əks-sədası” kitabının təqdimatı keçirilib. “İki sahil” xəbər verir ki, təqdimat mərasimində Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər. Tədbirdən əvvəl Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik və ictimai xadim Zərifə Əliyevanın anım günü ilə əlaqədar xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova çıxış edərək, təqdim olunan kitabın maraqlı və əhəmiyyətli olduğunu vurğulayıb, onun məhz bu məkanda təqdim…

Read More
Cəmiyyət 

“Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümü ictimaiyyətə təqdim olunub

Aprelin 15-də Nizami Kino Mərkəzində İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü əsasında hazırlanan “Mən, Lalə, bir də Şerlok Holms 2” çoxseriyalı bədii televiziya filminin ikinci mövsümünün təqdimatı keçirilib. “İki sahil” xəbər verir ki, təqdimat mərasimində Leyla Əliyeva və Alena Əliyeva, mədəniyyət naziri Adil Kərimli, elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər. Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Nazir İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyətini yüksək qiymətləndirərək, son illər televiziya məkanında…

Read More
Cəmiyyət 

Nikahı “çətinləşdirən” ARAYIŞLAR – Gənclərin evlənmək həvəsi və…

“Nikah zamanı tibbi arayışla yanaşı, narkoloji arayışın tələbi də zəruri olmalıdır. Çünki hazırda boşanmaların bir səbəbi də narkotik asılığıdır. Buna görə də hazırda HİV, QİÇS kimi viruslarla bağlı məcburi müayinə kimi, şəxslərin narkotik asılılığı da yoxlansın və belə arayış tələb olunsun. Bu, ailədə sonradan yarana biləcək bir çox problemlərin qarşısını alar”. Bunu Milli Məclisin səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva “Xəzər Tv”yə müsahibəsində bildirib. O qeyd edib ki, testin cavabının həqiqəti əks etdirməsi üçün bu analizin bir deyil, bir neçə dəfə təkrarən verilməsi də zəruridir. Deputat onu da deyib ki, bu…

Read More
Hava 

Bu günün hava proqnozu

Aprelin 16-da gözlənilən hava şəraiti açıqlanıb. Musavat.com Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq…

Read More