Cəmiyyət 

Bazarda kilosu 75-80 manata satılan təhlükə – Reportaj, FOTOLAR

Aprel ayının əvvəlindən etibarən bazarlarda mövsümü olmayan meyvələrin satışa çıxarılması diqqət çəkir. Adətən bu cür meyvələr aprelin sonu, may ayının əvvəllərində satışa təqdim olunsa da, bu il onların daha tez bazara çıxarılması müşahidə olunur. Söhbət əsasən çiyələk və alçadan gedir. Musavat.com olaraq “8-ci kilometr” bazarında satışa çıxarılan bu meyvələrin qiyməti ilə maraqlandıq. Məlum oldu ki, alçanın 5-6 ədədi 6-7 manata təklif olunur, kilosu isə 75-80 manat arasında dəyişir. Çiyələyin qiyməti isə 4-5 manatdan başlayır. Hətta bəzi satıcılarda bu meyvənin 3 manat 50 qəpiyə satıldığı da müşahidə olunur. Satıcılarla söhbət zamanı bildirildi…

Read More
Dünya 

SON DƏQİQƏ! Türkiyədə daha bir məktəb faciəsi – 2 ölü, 2 yaralı

Türkiyənin Diyarbakır şəhərinin Ergani rayonunda məktəblərin birində faciə yaşanıb. Musavat.com “Qafqazinfo”ya istinadən bildirir ki, hadisə səhər saatlarında baş verib. Məlumata görə, məktəbin həyətindəki ağaca ildırım düşüb. Nəticədə ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırım həyatını itirib, bir uşaq da ağır xəsarət alıb. Digər yaralı M.Y isə “Diyarbakır Gazi Yaşargil Eğitim ve Araştırma” xəstəxanasında müalicə olunur və vəziyyətinin ağır olduğu bildirilib. Faktla bağlı araşdırmalar davam edir. Qeyd edək ki, bir neçə gündür Türkiyənin bəzi məktəblərində silahlı hücumların olması geniş müzakirələrə çevrilib.

Read More
Gündəm 

Xaricdə gizlənənlər üçün SON: aliment qərarları beynəlxalq icrada

Məlum olduğu kimi, Azərbaycanda alimentlə bağlı məhkəmə qərarlarının beynəlxalq səviyyədə tanınması və icrası istiqamətində yeni qaydalar gəlir. Belə ki, Milli Məclisdə müzakirəyə çıxarılan yeni dəyişikliklərə əsasən, mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım haqqında konvensiyalara edilən əlavələr xüsusilə yetkinlik yaşına çatmayan uşaqlarla bağlı aliment qərarlarının digər ölkələrdə icrasını daha əlçatan və effektiv etməyi hədəfləyir. Bu qərarın hüquqi mahiyyəti nədən ibarətdir? Yeni dəyişikliklərdən sonra Azərbaycanda çıxarılan aliment qərarı xarici ölkədə avtomatik tanınacaqmı, yoxsa əlavə prosedurlar qalacaq?  Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Musavat.com-a danışıb: “Beynəlxalq konvensiyalara əsasən, həmin konvensiyanı imzalayan dövlətlərə…

Read More
Siyasət 

Mehriban Əliyeva Antalyada panelə qatıldı – FOTOLAR

Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində aprelin 18-də “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı panel iclas təşkil olunub. Musavat.com xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər. Əvvəlcə qonaqlar Afrika Mədəniyyət Evinin stendi ilə tanış olublar. Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə qurulan Afrika Mədəniyyət Evinin fəaliyyətinin məqsədi afrikalı qadınların əl əməyini təbliğ etmək, onların fəaliyyətini iqtisadi dəyərə çevirmək və mədəni həmrəyliyi gücləndirməkdir. Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında keçirilən…

Read More
Siyasət 

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Venesuelanın xarici işlər nazirinin müavini Andrea Corao Faria ilə görüşüb. Musavat.com xəbər verir ki, o bu barədə “X” sosial media hesabında yazıb. Qeyd olunub ki, görüş zamanı Azərbaycan–Venesuela münasibətləri və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi imkanları üzrə məhsuldar fikir mübadiləsi aparılıb.

Read More
Siyasət 

Hikmət Hacıyev Venesuelanın XİN rəhbərinin müavini ilə iki ölkə arasındakı münasibətləri müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Venesuelanın xarici işlər nazirinin müavini Andrea Corao Faria ilə görüşüb. Musavat.com xəbər verir ki, o bu barədə “X” sosial media hesabında yazıb. Qeyd olunub ki, görüş zamanı Azərbaycan–Venesuela münasibətləri və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi imkanları üzrə məhsuldar fikir mübadiləsi aparılıb.  

Read More
Gündəm 

Bu qurumlar BİRLƏŞDİRİLDİ

Gəncə şəhər Psixo-Nevroloji Dispanseri Gəncə şəhər Psixatriya Xəstəxanasının tabeliyinə verilib. Musavat.com xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb. Bildirilib ki, bundan sonra dispanser şöbə kimi fəaliyyət göstərəcək. Dispanser işçilərin bir hissəsi artıq Gəncə Psixatriya Xəstəxanasına yerləşdirilib. Məlumat üçün bildirək ki, sözügedən quruma bu günlərdə yeni baş həkim də təyin olunub.

Read More
Cəmiyyət 

19 aprel ilə bağlı XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % təşkil edəcək. Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və…

Read More
Cəmiyyət 

Gizli, yoxsa razılaşdırılmış nəzarət? – Uşaq hiss etməlidir ki…

“WhatsApp” uşaqlar üçün valideyn nəzarətli hesablar funksiyasını istifadəyə verib. Bu yenilik valideynlərə kiçik yaşlı uşaqların mesajlarını və sosial media davranışını izləmək imkanı yaradır. Valideyn uşağın kimlərlə ünsiyyət qurduğunu, hansı qruplara qoşulduğunu izləyir. Hətta məxfilik parametrlərini görə, naməlum nömrələrdən gələn mesaj sorğularını bloklaya bilər. Uşaq isə bu parametrləri dəyişə bilməz, bunun üçün PIN-kod tələb olunur. Bu funksiya təhlükəsizlik baxımından faydalıdır, lakin valideyn nəzarətinin uşaqların etimadına və psixoloji rahatlığına təsiri ilə bağlı fikir ayrılığı mövcuddur. Bəziləri hesab edir ki, valideynlər uşaqlarının yazışmalarını mütləq izləməlidir. Digərləri isə ehtiyatlı yanaşmanın vacibliyini vurğulayır və qeyd…

Read More