Təhsil 

Bu il Bakıda 78 nəfər XII sinfi bitirir

2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 50 219, XI siniflərini 37 222, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 78 nəfər bitirir. Bu barədə Musavat.com-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, paytaxtdakı ümumi təhsil müəssisələri üzrə 41 941 nəfər I sinfi başa vurur. Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 530 988 şagird təhsil alır. Qeyd olunub ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 32 052 müəllim fəaliyyət göstərir. 2025-2026-cı tədris ilində paytaxt üzrə ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarını…

Read More
Cəmiyyət 

Sosial şəbəkələrdəki bu trendlə bağlı CİDDİ XƏBƏRDARLIQ – Çox təhlükəlidir

Sosial şəbəkələrdə sürətlə yayılan və “nə qədər çox vitamin qəbul etsən, bir o qədər sağlam olarsan” fikrinə əsaslanan yeni trend mütəxəssisləri narahat edir. “Vitaminmaxxing” adlandırılan bu trend vitamin və mineral əlavələrinin yüksək dozalarda və nəzarətsiz şəkildə qəbulunu təşviq edir. Mütəxəssislər isə bunun ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirirlər. Musavat.com xəbər verir ki, araşdırmalara görə, ABŞ-da böyüklərin təxminən üçdə biri ilə yarısı müntəzəm olaraq multivitamin qəbul edir. Həkimlər və əczaçılar qeyd edirlər ki, sosial mediada yayılan yanlış məlumatlar səbəbindən bir çox insan vitaminləri ehtiyac olmadan və düzgün dozaları nəzərə almadan istifadə…

Read More
Cəmiyyət 

Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi AÇIQLAMA

Bakıda 315 nömrəli tam orta məktəbdə 8-ci sinif şagirdinə qarşı müəllim tərəfindən qeyri-etik davranış göstərildiyi ilə bağlı iddia gündəmə gəlmişdi. Valideynin sözlərinə görə, şagirdin dərs zamanı saqqız çeynəməsi səbəbilə müəllim onunla sərt rəftar edib və bu, ictimai müzakirələrə səbəb olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Musavat.com-a məsələ ilə bağlı açıqlama verib. Qurumdan bildirilib ki, valideynin hüquq-mühafizə orqanlarına müraciəti əsasında aparılmış araşdırmanın nəticəsinə görə, irəli sürülən iddia əsassız hesab edilib və bununla bağlı rəsmi qərar qəbul olunub. Eyni zamanda məktəbdaxili araşdırma da aparılıb və müəllim, valideyn və şagirdə müvafiq tövsiyələr verilib. Qeyd…

Read More
Cəmiyyət 

Sahil Babayev mühüm məlumatı AÇIQLADI

2029-cu ildə dövlət büdcəsində qeyri-neft-qaz gəlirlərinin payının 70 %-ə çatdırılması planlaşdırılır. Musavat.com xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, ötən il büdcədə qeyri-neft-qaz gəlirlərinin payı 55,2 %-ə çatıb: “Bu, 2024-cü illə müqayisədə 2,8 % bəndi çoxdur və 2029-cu ilə bizim hədəfimiz 69-70 %-ə çatmaqdır. İcmal büdcənin qeyri-neft-qaz gəlirlərinin qeyri-neft-qaz ÜDM-nə nisbəti 28,7 %-ə çatıb və icmal büdcənin qeyri-neft-qaz baza kəsiri qeyri-neft-qaz ÜDM-in cəmi 18,6…

Read More
Cəmiyyət 

Aztəminatlı ailələrə şad xəbər – Sosialyönümlü xərclər artıb

2025-ci ildə Azərbaycanda sosialyönümlü xərclər 15.3 milyard manatı ötüb. Bu, “Azərbaycanın 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb. Bildirlib ki, 2025-ci il ərzində məcmu olaraq sosialyönlü xərclər (büdcə xərclərinin əməyin ödənişi fondu, qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, əhalinin icbari tibbi sığortalanması və səhiyyə sahəsində dövial proqramları və tədbirlərinin icrası, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər (201 və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyasının verilməsi ilə bağlı xərclər) dövlət…

Read More
Cəmiyyət 

Bu il ADY-yə məxsus dəmir yolu keçidlərində 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb

Cari il ərzində ADY-yə məxsus dəmir yolu keçidlərində 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 2 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb. Musavat.com xəbər verir ki, Səhmdar Cəmiyyətə istinadən bildirir ki, ADY təhlükəsizlik dəyərini öndə tutaraq gün ərzində qatarlardan istifadə edən 50 minə yaxın sərnişinin, həmçinin dəmir yolu infrastrukturu ətrafında yaşayan yüz minlərlə insanın təhlükəsizliyinə xüsusi önəm verir. Bu məqsədlə mütəmadi maarifləndirmə tədbirləri, xüsusilə təhsil müəssisələrində görüşlər keçirilir, sosial media üzərindən müvafiq təhlükəsizlik mesajları geniş auditoriyaya çatdırır. Eyni zamanda, keçidlərdə infrastrukturun təkmilləşdirilməsi, yol nişanlarının yenilənməsi və vizual məlumatlandırmanın genişləndirilməsi istiqamətində…

Read More
Hava 

Sabah Bakıda 32 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-19° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu…

Read More
Cəmiyyət 

İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən işğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir. “İki sahil” xəbər verir ki, növbəti görüşlər Laçın rayonunun Zabux kəndində, Zəngilan rayonunun Ağalı kəndində, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, eləcə də Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərində baş tutub. Sahə görüşlərinin əsas məqsədi sakinlərin kənd təsərrüfatı fəaliyyəti üzrə mövcud vəziyyətini hərtərəfli öyrənmək, onların cari təsərrüfat işlərində praktiki bacarıqlarını artırmaq və bu sahədə ehtiyaclarını müəyyənləşdirmək olub. Həmçinin təsərrüfatların daha səmərəli idarə olunması, məhsuldarlığın artırılması və müvafiq istiqamətlər üzrə peşəkar məsləhətlərin təqdim edilməsi nəzərdə…

Read More
Cəmiyyət 

Həcc ziyarəti başa çatır

Bu gün sonuncu zəvvar qrupları vətənə qayıdır. Bununla da Həcc ziyarəti başa çatır. Ölkə.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, zəvvarlar iki reyslə qayıdacaqlar: “Biz birinci reyslə qayıdırıq. Bir azdan təyyarəyə minirik. Bu təyyarədə 150 nəfər zəvvar olacaq. Axşam reysi ilə isə sonuncu zəvvar qrupu vətənə qayıdacaq. Həmin reysdə isə 100 nəfər zəvvar var. Bununla Həcc missiyası başa çatır. Yeni ziyarətə yollanan kvota üzrə hamı artıq ziyarətini başa vurub vətənə…

Read More
Sosial 

Bu il 70 uşaq övladlığa verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin ötən dövründə 70 uşaq övladlığa verilib. Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, onlardan 34-ü qız, 36-sı oğlandır. Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır. Onu da qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən şəxslər aylıq sosial müavinətlə (3-18 yaş arası hər uşağa görə 240 manat, əlilliyi olan hər uşağa görə 600 manat) təmin edilir. Həmçinin…

Read More