Təhsil 

Həftəsonu 21 bölgədə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 19-da bir sıra imtahanlar keçirəcək. Musavat.com DİM-ə istinadən xəbər verir ki, “İmtahana buraxılış vərəqəsi”ndə iştirakçıların hansı rayonda (şəhərdə) imtahan verməli olduqları haqqında məlumat qeyd olunub. İmtahanlar Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəmkir, Şəki, Lənkəran, Mingəçevir, Şirvan, Qazax, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Xankəndi, Kəngərli və Naxçıvan MR-də keçiriləcək. Həftəsonu aşağıdakı imtahanlar keçiriləcək: 1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; 2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən…

Read More
Cəbhədən Xəbər 

Veteranlarla bağlı MÜHÜM XƏBƏR

Azərbaycanda 80 manat məbləğində aylıq Prezident təqaüdü verilən müharibə veteranlarının sayı məlum olub. Musavat.com xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, 2026-cı ildə 182 961 veteran Prezident təqaüdü alır. Bu göstərici onu deməyə əsas verir ki, hər ay 14 636 880 manat vəsait müharibə iştirakçılarına sosial müavinət kimi ödənilir. Təqaüd alan veteranların sayı 2025-ci 184 696, 2024-cü ildə 183 967, 2023-cü ildə 182 176, 2022-ci ildə 95 417, 2021-ci ildə isə 94 915 olub. 2021-2025-ci illər arasında onların sayı 2 dəfəyədək artıb. Respublikanın rayonları arasında bölgü Ölkə üzrə ən çox…

Read More
Gündəm 

Vətəndaşlıq məsuliyyəti ilə örnək olan böyük alim

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin və dünya oftalmologiya elminin inkişafındakı rolu misilsiz və çoxşaxəlidir. Peşəkar fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi başlayan Zərifə xanım, həm təcrübəli bir praktik həkim, həm də fədakar bir tədqiqatçı kimi tanınmışdır. Həmin dövrdə ölkəmizdə geniş yayılmış və sosial bəlaya çevrilmiş traxoma xəstəliyinin kökünün kəsilməsi məhz onun elmi və əməli fəaliyyəti sayəsində mümkün olmuşdur. Alimin 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası bu sahədə inqilabi addım olmuşdur. Onun təklif etdiyi…

Read More
Cəmiyyət 

Bulvarda gülləri əzən 10 nəfər polisə çağırıldı – Video

Dənizkənarı Milli Park ərazisində əkilmiş gülləri əzərək əkin sahəsini yararsız hala salan şəxslərin kimliyi müəyyənləşdirilir. Məsələ ilə bağlı aparılan araşdırmalarla həmin əməlləri törədən 10-a yaxın şəxs müəyyən olunaraq polisə çağırılıb. Həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür./qafqazinfo.az/

Read More
Cəmiyyət 

Pensiyalar bu tarixdə ödəniləcək

Aprelin 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. BiG.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Read More
Cəmiyyət 

Ehsan, yoxsa xeyriyyəçilik – Hansı daha çox savab qazandırır?

Samux rayonunda atasını itirən bir kənd sakininin fərqli addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. O, ənənəvi ehsan mərasimi təşkil etmək əvəzinə, şəxsi vəsaiti hesabına kənddə uzun müddətdir bərbad vəziyyətdə olan küçələrə asfalt örtüyü çəkdirib. Bu təşəbbüslə həm atasının xatirəsini yad edib, həm də kənd sakinlərinin gündəlik həyatını xeyli asanlaşdırıb. Sakinlər bu addımı yüksək qiymətləndirərək, belə təşəbbüslərin gələcəkdə də davamlı ənənəyə çevrilməsini arzuladıqlarını bildiriblər. Bəs daha doğru yanaşma hansıdır? Dünyasını dəyişən şəxsin ruhuna ehsan vermək, yoxsa onun xatirəsini yaşatmaq üçün cəmiyyətə faydalı işlər görmək? Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli Qaynarinfo-ya açıqlamasında…

Read More
Hava 

Hava kəskin PİSLƏŞƏCƏK

Aprelin 13-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Aprelin 13-də Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv…

Read More
Sosial 

Bu şəxslər pensiyaya tez ÇIXA BİLƏCƏK – AÇIQLAMA

Azərbaycanda “güzəştli pensiya” (yəni yaş həddi aşağı salınaraq pensiyaya çıxmaq hüququ) müəyyən kateqoriyalara aid şəxslərə verilir. Bu, əsasən ağır, zərərli və ya xüsusi şəraitdə işləyənlər, eləcə də sosial həssas qruplar üçün nəzərdə tutulub. 01.07.2017-ci il tarixindən sonra incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən kişilər və qadınlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunur. Bəs burada pensiya hansı yaş həddində təyin olunur? “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanununda baş vermiş 01.07.2017-ci il tarixində dəyişiklikdən sonra kişilər üçün tələb olunan yaş həddi 60,…

Read More