Cəmiyyət 

“Balaca Heydər böyüyüb, iki oğlu var” – Prezidentlə Ağdam sakininin MARAQLI DİALOQU

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında sakinlərlə görüşüb. Musavat.com xəbər verir ki, bu zaman dövlət başçısı ilə sakinlərdən biri arasında maraqlı dialoq yaşanıb. Vətəndaş Mahir Hüseynov Prezidentə təşəkkür edib. Musavat.com həmin səmimi dialoqu təqdim edir: – Maarif Hüseynov: Bütün Azərbaycanı yaşatdın, təkcə Ağdamı yox. Çox sağ olun. Sizə uzun ömür arzu edirəm. Balalarınız xoşbəxt olsun. O balaca Heydər Sizə həmişə dayaq olsun. Mehriban xanım Əliyeva: Balaca Heydər artıq böyüyüb. Maarif Hüseynov: Xoşbəxt olsunlar. Balaları ilə xoşbəxt olsun. Mehriban xanım Əliyeva: Çox sağ olun. Prezident İlham…

Read More
Cəmiyyət 

Hökümə Əliyevanın atasından AÇIQLAMA: “Səbrsizliklə gözləyirik”

“Səbrsizliklə təyyarə qəzasınının baş verməsinə səbəb olanların yaxalanmasını gözləyirik”. Musavat.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Əliyev deyib. O bildirib ki, dövlətimizdən qayğını həmişə görmüşük: “Hökümə həmişə deyərdi ki, mən Kəlbəcərliyəm. Taleh elə gətirdi ki, Cənab prezident Hökümənin ailəsinə Kəlbəcərdən ev verdi. Bir daha hər birinə təşəkkür edirəm”. Şahanə Rəhimli Musavat.com

Read More
Cəmiyyət 

Hökümənin həyat yoldaşı: “Qəzaya səbəb olan cinayətkarlar…” – VİDEO

“Onlarla Azərbaycan xalqı, dünya azərbaycanlıları fəxr edir”. Musavat.com xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan Milli Qəhrəman Hökümə Əliyevanın həyat yoldaşı Etibar Əliyev deyib. Onun sözlərinə görə, Milli Qəhrəmanın ailəsi inanır ki, qəzaya səbəb olan cinayətkarlar ifşa olunacaq və məsuliyyətə cəlb olunacaqlar. Şahanə Rəhimli Musavat.com

Read More
Cəmiyyət 

Leyla Əliyeva “Mənim dənizlərim, mənim okeanlarım” sərgisini ziyarət edib

“Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq” konfransının iştirakçıları “Mənim dənizlərim, mənim okeanlarım” sərgisini ziyarət ediblər Dekabrın 23-də Bakıda keçirilən “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq” konfransının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar. “İki sahil” xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qonaqlarla birgə su ehtiyatlarının qorunmasına çağırış edən “Mənim dənizlərim, mənim okeanlarım” sərgisini ziyarət edib. Qeyd edək ki, Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilən ekspozisiyada müasir rəssamların…

Read More
Cəmiyyət 

Türkiyə ilə tanınmayan diplom problemi

Mütəxəssisin fikrincə, Azərbaycanda ali təhsilin tədris proqramları elə şəkildə qurulmalıdır ki, dünyanın aparıcı  universitetlərinə yönəlmə zamanı hər hansı çətinlik yaşanmasın Baş nazir Əli Əsədov Azərbaycanın bəzi universitetlərinin məzunlarının təhsillərini Türkiyədə davam etdirə bilmədiklərindən narahatlığını ifadə edib. Bununla bağlı o, Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı danışıb. Baş nazir iki ölkə arasında təhsil sahəsində gözəl ənənələrin olduğunu diqqətə çatdırıb. “Minlərlə Azərbaycan və Türkiyə vətəndaşı hər iki ölkənin ali təhsil ocaqlarında təhsil alırlar. Bununla belə, Azərbaycanın bəzi universitetlərinin məzunları təhsillərini Türkiyədə davam etdirmək istəsələr də bunu edə bilmirlər. Səbəb isə…

Read More
Cəmiyyət 

Aztəminatlı ailələrə 200 manat birdəfəlik yardım veriləcək – Sosial islahatların gücü

Azərbaycanda sosial siyasət dövlət idarəçiliyinin prioritet istiqamətlərindən biri kimi formalaşaraq vətəndaşların rifahının yüksəldilməsinə, sosial ədalətin təmin olunmasına və cəmiyyətin dayanıqlı inkişafına xidmət edir. Bu siyasətin mərkəzində insan amili dayanır və bütün islahatlar əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilir. Son illərdə ölkədə həyata keçirilən genişmiqyaslı sosial islahatlar əməkhaqlarının və pensiyaların mərhələli şəkildə artırılması, sosial müavinətlərin genişləndirilməsi və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə müşayiət olunur. Dövlət büdcəsində sosial xərclərin xüsusi çəkisinin artması bu sahəyə verilən önəmin bariz göstəricisidir. Əhalinin məşğulluğunun təmin edilməsi isə sosial siyasətin əsas komponentlərindən biri kimi diqqət mərkəzində saxlanılır.…

Read More
Cəmiyyət 

Milad ümid və sülh bayramıdır

Dünya xristianları ilə yanaşı, bir çox qeyri-xristian xalqları da bu bayramı böyük coşqu ilə qeyd edirlər Hər il dekabr ayının 25-i xristian dünyası yeni ümidlərin başlanğıcı, gələcəyə inamın simvolu olan Milad bayramını qeyd edir. “Milad” bayramın adının ərəb dilindən tərcümə formasıdır. Əksər müsəlman xalqaları kimi, azərbaycanlılar da bu bayramı Milad (Doğulma) adlandırırlar. Xristian Qərb xalqları, o cümlədən ingilislər isə bayramı “Krismas” (Christmas) adlandırırlar. Christmas sözü iki sözün “Christ” və “mass” sözlərinin birləşməsindən əmələ gəlməklə, “İsanın messiyası” mənasını verir. Orta ingilis dilində “Cristemasse”, qədim ingilis dilində isə “Crīstesmæsse” kimi səslənən söz…

Read More
Cəmiyyət 

Ailədaxili gərginlik nələrdən qaynaqlanır?

Texnologiya, stress və ünsiyyət böhranı… Müasir ailənin psixoloji sınaqları: Dəyişən həyat tərzi fonunda münasibətləri necə qorumaq olar? Hazırda ailə institutu cəmiyyətin sürətli dəyişimi fonunda ciddi psixoloji çağırışlarla üz-üzə qalıb. Urbanizasiya, intensiv iş rejimi, rəqəmsal texnologiyaların həyatımıza dərin nüfuzu və sosial rolların transformasiyası ailədaxili münasibətlərin mahiyyətini dəyişir. Nəticədə ünsiyyətin zəifləməsi, emosional uzaqlaşma, stress, valideyn–övlad münasibətlərində anlaşılmazlıqlar və ailədaxili balansın pozulması kimi problemlər daha qabarıq şəkildə özünü göstərir. Bu proseslər ailə üzvlərinin psixoloji sağlamlığına birbaşa təsir etməklə yanaşı, cəmiyyətin ümumi sosial rifahına da təsirsiz ötüşmür. Müasir ailələrin qarşılaşdığı psixoloji problemlərin səbəblərini anlamaq,…

Read More
Cəmiyyət 

Amnistiya aktının icrası başladı – Yeni ilədək…

Prezidentin təşəbbüsü ilə irəli sürülən layihə bayramqabağı xeyli sayda məhbusu doğmalarına qovuşdurdu Azərbaycanda dekabrın 22-dən amnistiya aktının icrasına başlanılıb.  Cəzaçəkmə müəssisələrində rəsmi şəxslərin, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin də iştirakı ilə məhkumların bir qismi azad edilib. “Yeni Müsavat”ın əməkdaşları 4 saylı cəzaçəkmə müəssisəsində olub. Müəssisədə amnistiya aktının icrası Ombudsman Səbinə Əliyeva, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc, Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Orxan Qasımov, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquqşünas Çingiz Qənizadə və digərlərinin iştirakı ilə keçirilib. Ədliyyə general-mayoru Orxan Qasımov çıxış edib. O qeyd…

Read More