Cəmiyyət 

AQTA: Yeni il hədiyyə qutuları alarkən diqqətli olun

Yeni il hədiyyə qutularının satışının artması ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçılara müraciət edib. “İki sahil” xəbər verir ki,  Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır. Bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qablaşdırmanın tarixi olur. Ona görə də istehlakçılara qutudakı məhsulların etiket məlumatlarına diqqət yetirmək tövsiyə olunur. Məhsulların üzərində istehsal tarixi, yararlılıq müddəti, adı, əmtəə nişanı, xalis çəkisi, qida dəyərliliyi, eləcə də istehsalçı müəssisənin adı və ünvanı…

Read More
Cəmiyyət 

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb

Dekabrın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin İqlim və Sağlamlıq üzrə xüsusi nümayəndəsi Robb Butler ilə görüşüb. “İki sahil” xəbər verir ki, görüşdə Leyla Əliyevaya iqlim və sağlamlıq sahəsində göstərdiyi səmərəli xidmətlərə, COP29 çərçivəsində fəal iştirakı və maarifləndirmə fəaliyyətinə, eləcə də ÜST-nin Pan-Avropa Səhiyyə və İqlim Komissiyasının fəaliyyətinə verdiyi dəstəyə görə Ümumdünya Səhiyyə Təşkilatının xüsusi mükafatı təqdim olunub. Söhbət zamanı IDEA İctimai Birliyi tərəfindən iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat…

Read More
Cəmiyyət 

Nəqliyyatda güzəşt tətbiqi gələn ilə qaldı

Ekspert: “Güzəştlər, imtiyazlar olarsa, bu kateqoriyadan olan insanlar da qazanacaq” Dekabrın 16-dan yanvarın 4-dək “Birbank Visa” kartları ilə Apple Pay və ya Google Pay vasitəsilə Bakı metrosunda gedişhaqqı 60 qəpik əvəzinə 30 qəpik olacaq. Kampaniya hər istifadəçi üçün maksimum 10 gedişi əhatə edir. Rəsmi qurumlar bunu yeni il öncəsi təşviq aksiyası kimi təqdim etsələr də, məsələ cəmiyyətdə sosial güzəştlərin taleyi baxımından ciddi müzakirələr doğurur. Mütəxəssislərin fikrincə, cəmi 20 gün davam edən və məhdud sayda gedişi əhatə edən bu endirim real güzəşt mexanizmi sayıla bilməz. Xüsusilə tələbələr, aztəminatlı ailələr və gündəlik…

Read More
Cəmiyyət 

Bakı-Ağstafa-Bakı istiqamətində gedənlərə MÜHÜM XƏBƏR

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 26, 27, 28 və 29 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib. Musavat.com bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir. Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olar. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və yaxud “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Read More
Cəmiyyət 

Bakıda yayılan xəstəlik təhlükəli H3N2 virusudur? – həkimdən xəbərdarlıq

“Müraciət edənlər arasında pnevmoniyadan ağırlaşmalar çoxdur” Son günlər uşaqlar arasında naməlum mənşəli xəstəliklə bağlı narahatlıq artıb. Valideynlər övladlarında günlərlə davam edən yüksək hərarət və halsızlığın səbəbini müəyyənləşdirməkdə çətinlik çəkdiklərini bildirirlər.  Bir sıra ölkələrdə yayılan H3N2 virusunun ölkəmizdə də yayılması ilə bağlı təşviş yaransa da, rəsmi qurumlar hələlik bu istiqamətdə hər hansı təsdiqlənmiş məlumat açıqlamayıblar. Bununla belə, əhali arasında xəstəliyin qeyri-adi gedişi ciddi narahatlıq doğurur. Paytaxt sakinlərinin sözlərinə görə, 39-40 dərəcəyədək yüksələn hərarət və güclü titrətmə müşahidə olunsa da, öskürək, boğaz ağrısı kimi klassik respirator simptomlar əksər hallarda olmur. Bu isə…

Read More
Cəmiyyət 

Ölümə yaxınlaşdıran vərdiş…

Alimlər müəyyən ediblər ki, gündə bir neçə ədəd siqaret çəkmək belə ürək-damar xəstəlikləri və vaxtsız ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Tütün məmulatlarının ürək, insult və xərçəng xəstəlikləri kimi ciddi sağlamlıq problemləri ilə birbaşa əlaqəli olduğu uzun illərdir elmi şəkildə sübut edilib. Buna baxmayaraq, bəzi insanlar bu vərdişi tamamilə tərgitmək əvəzinə tütün məmulatlarının istehlakını azaltmaqla sağlamlıqlarını qoruduqlarını düşünürlər. Cons Hopkins Sikaron Ürək-Damar Xəstəliklərinin Qarşısının Alınması Mərkəzinin alimləri bu yanaşmanın real təsirini qiymətləndirmək məqsədilə genişmiqyaslı araşdırma aparıblar. Tədqiqat çərçivəsində ABŞ-da aparılmış 22 uzunmüddətli araşdırmanın nəticələri təhlil olunub və ümumilikdə 320 min yetkin…

Read More
Cəmiyyət 

Estetik əməliyyatlara aludəçiliyin ağır fəsadları – xanımlar oxusun

Həkimlər deyir ki, plastik əməliyyatların sayı məhdud deyil, amma hər müdaxilə sağlamlıq üçün riskdir Sosial mediada məşhur simalardan biri kimi tanınan iranlı bloger Anahita Naço 388 kosmetik əməliyyat keçirdiyini deyib.  “Yeni Müsavat” xarici mediaya istinadla xəbər verir ki, bununla da Naço Ginnesin Rekordlar Kitabına düşdüyünü və “dünyanın ən nazik beli”nə sahib olduğunu açıqlayıb. Naço bildirib ki, kosmetik prosedurlara sevgilisinin xahişi ilə başlayıb və hazırda hər ay üzünün künclərinə və yanaqlarına 50 kub santimetr gel vurulmasına məcbur qalır. Onun bu açıqlamaları Aydın Zəvvareinin “YouTube” kanalına verdiyi müsahibədən sonra regional mediada geniş…

Read More
Cəmiyyət 

Bu qış Bakıda sərt keçəcək? – XƏBƏRDARLIQ

Bu il payız fəslinin normadan xeyli isti keçməsi cəmiyyətdə qışın necə olacağı ilə bağlı müzakirələri artırıb. Adətən mövsümi tarazlığın pozulması sonrakı aylarda hava şəraitinin kəskin dəyişməsi ilə müşayiət olunur. Son günlərdə ara-sıra müşahidə olunan leysan yağışları, temperaturun qəfil enməsi və küləkli hava qış fəslinin sərt keçə biləcəyi ehtimallarını gücləndirir. Mütəxəssislər də iqlim dəyişikliklərinin təsirini istisna etməyərək qarşıdakı aylarda hava şəraitində gözlənilməz dəyişikliklərin ola biləcəyini bildirirlər. Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Musavat.com-a mövzu ilə bağlı danışıb: “Dünya təcrübəsində qısa və ortamüddətli proqnozlarlardan fərqli olaraq uzunmüddətli proqnozlar ümumi, qlobal…

Read More
Cəmiyyət 

Növbəti köç karvanları Xıdırlı, Hadrut və Qırmızı Bazara çatdı

Doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb. Musavat.com xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndinə 45 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Bu gün həmçinin yola salınan növbəti köç karvanı Xocavəndin Hadrut qəsəbəsinə çatıb. Köçdə 6 ailə (26 nəfər) olub. Bundan əlavə, Qırmızı bazar qəsəbəsinə yola salınan köç də ünvana çatıb. Bu gün 18 ailə olmaqla 90 nəfər doğma yurduna qayıdıb.

Read More
Cəmiyyət 

Bakıda yayılan xəstəlik təhlükəli H3N2 virusudur? – Həkimdən XƏBƏRDARLIQ

“Müraciət edənlər arasında pnevmoniyadan ağırlaşmalar çoxdur” Son günlər uşaqlar arasında naməlum mənşəli xəstəliklə bağlı narahatlıq artıb. Valideynlər övladlarında günlərlə davam edən yüksək hərarət və halsızlığın səbəbini müəyyənləşdirməkdə çətinlik çəkdiklərini bildirirlər. Bir sıra ölkələrdə yayılan H3N2 virusunun ölkəmizdə də yayılması ilə bağlı təşviş yaransa da, rəsmi qurumlar hələlik bu istiqamətdə hər hansı təsdiqlənmiş məlumat açıqlamayıblar. Bununla belə, əhali arasında xəstəliyin qeyri-adi gedişi ciddi narahatlıq doğurur. Paytaxt sakinlərinin sözlərinə görə, 39–40 dərəcəyədək yüksələn hərarət və güclü titrətmə müşahidə olunsa da, öskürək, boğaz ağrısı kimi klassik respirator simptomlar əksər hallarda olmur. Bu isə…

Read More