Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Nəqliyyatda güzəşt tətbiqi gələn ilə qaldı

By Vüsal Rafiqoğlu
19.12.2025 3 Min Read

Ekspert: “Güzəştlər, imtiyazlar olarsa, bu kateqoriyadan olan insanlar da qazanacaq”

Dekabrın 16-dan yanvarın 4-dək “Birbank Visa” kartları ilə Apple Pay və ya Google Pay vasitəsilə Bakı metrosunda gedişhaqqı 60 qəpik əvəzinə 30 qəpik olacaq. Kampaniya hər istifadəçi üçün maksimum 10 gedişi əhatə edir. Rəsmi qurumlar bunu yeni il öncəsi təşviq aksiyası kimi təqdim etsələr də, məsələ cəmiyyətdə sosial güzəştlərin taleyi baxımından ciddi müzakirələr doğurur.

Mütəxəssislərin fikrincə, cəmi 20 gün davam edən və məhdud sayda gedişi əhatə edən bu endirim real güzəşt mexanizmi sayıla bilməz. Xüsusilə tələbələr, aztəminatlı ailələr və gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar üçün bu kampaniyanın praktik təsiri demək olar ki, hiss olunmur. Ekspertlər hesab edirlər ki, nəqliyyat xərcləri artıq əksər ailələrin büdcəsində ciddi yükə çevrilib və belə simvolik endirimlər sosial problemi aradan qaldırmır.

Qeyd edək ki, hazırda Bakı metrosunda və nağdsız ödəniş sisteminə keçmiş avtobus marşrutlarında gedişhaqqı 60 qəpikdir. Tarif artımı fonunda ictimaiyyətdə tələbələr və sosial həssas qruplar üçün daimi güzəştlərin tətbiqi ilə bağlı gözləntilər artsa da, hələlik bu istiqamətdə konkret qərar açıqlanmayıb. Mövcud kampaniya isə yalnız bank kartı, eləcə də Apple Pay və Google Pay istifadə edən məhdud auditoriyanı əhatə edir ki, bu da aztəminatlı təbəqənin böyük hissəsinin aksiyadan kənarda qalmasına səbəb olur.

Ekspertlər bildirirlər ki, ictimai nəqliyyat sosial xidmət funksiyası daşımalıdır və bu sahədə qərarlar yalnız texniki yenilənmə və nağdsızlaşma ilə məhdudlaşmamalıdır. Onların fikrincə, tələbələr, pensiyaçılar və aşağı gəlirli vətəndaşlar üçün daimi endirimli tariflər, aylıq və ya illik güzəştli abonementlər tətbiq olunmadan nəqliyyat siyasətinin sosialyönümlü olduğunu söyləmək çətindir.

Ekspertlər eyni zamanda vurğulayırlar ki, bir çox ölkələrdə ictimai nəqliyyatda sosial güzəştlər dövlət dəstəyi hesabına həyata keçirilir və bu, həm sosial ədalətin qorunmasına, həm də şəxsi avtomobillərdən istifadənin azalmasına xidmət edir. Azərbaycanda isə hələlik bu yanaşma sistemli şəkildə tətbiq olunmur.

Nəticə etibarilə, metro və avtobuslarda real sosial güzəştlərin tətbiqi məsələsi faktiki olaraq gələn ilə saxlanılır. Mövcud endirim kampaniyası isə nə tələbələrin, nə də aztəminatlı vətəndaşların gündəlik nəqliyyat xərclərini azaltmaq gücündə deyil. Cəmiyyət gözləyir ki, hökumət bu sahədə simvolik addımlarla kifayətlənməyəcək və ictimai nəqliyyatda davamlı, ədalətli və sosial yönümlü güzəşt mexanizmləri formalaşdıracaq.

Velosiped kirayəsi ilə tıxacın qarşısını almaq olmaz” - Elməddin Muradlı |  KONKRET

 Elməddin Muradlı

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a açıqlamasında  bildirib ki, dünya ölkələrinin təcrübəsində insanları ictimai nəqliyyata həvəsləndirmək üçün belə addımlar atılır: “Düşünürəm ki, Azərbaycanda da hökumətin buna marağı var. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və AYNA-nın rəhbərliyi bu məsələyə loyal yanaşır. Ümid edirəm ki, texniki məsələlər aradan qalxandan sonra bu, reallaşacaq. Çünki avtobusların heç də hamısı nağdsız ödənişə keçə bilmir. Texniki cəhətdən yararsız avtobuslar var ki, onlarda validatorların quraşdırılması praktiki olaraq mümkün deyil. Ümumi olaraq bu problemlər aradan qalxandan sonra həm metroda, həm də avtobuslarda əhalinin müxtəlif kateqoriyalarına güzəştlər verilə bilər. Burada söhbət təqaüdçülərdən, müharibə veteranlarından və tələbələrdən gedir. Başqa kateqoriyaları isə hökumət özü müəyyənləşdirə bilər.

Hazırda tələbələr böyük kütlədir. Onlar hansısa bir formada ictimai nəqliyyat istifadəçəsi kimi saxlanılsa, bu, özü özlüyündə böyük göstərici olacaq. Eyni zamanda şəhid ailələri və müharibə iştirakçıları güzəştlərdən yaralanana bilər”.

Ekspert bildirir ki, ödənişlərin sayı ilə bağlı da güzəştlər tətbiq edilə bilər: “Məsələn, 1 ödəniş edirsiniz və 90 dəqiqə ərzində o ödəniş keçərli sayılır, əlavə bir ödənişə ehtiyac qalmır. Avtobusda etdiyiniz o ödənişlə metrodan da istifadə edirsiniz. Çünki ictimai nəqliyyatın optimallaşdırılması prosesi gedir. Bu proses çərçivəsində bəzi marşrutları qısaltmaq lazım gəlir. Yəni vətəndaş Lökbatandan hansısa avtobusa minib Binə qəsəbəsinə gedə bilmir. Lökbatandan “28 May” metrostansiyasına gəlir, oradan “Koroğlu” stansiyasına və nəhayət “Koroğlu”dan çıxıb avtobusla Binəyə gedir. Əvvəllər Lökbatandan olmasa da, “20-ci sahə”dən Binə qəsəbəsinə marşrut gedirdi. İndi vətəndaş fikirləşir ki, 3 dəfə ödəniş edib getməkdənsə, elə o qiymətə taksi ilə gedər. Və hesab edir ki, gələcəkdə elə maşın alsın və daha rahat getsin. Ona görə də hökumət bu güzəşti edərsə, vətəndaş o barədə düşünməyəcək. O, bir və ya saat yarım ərzində ictimai nəqliyyatla sərfəli qiymətə şəhərin o başından bu başına gedəcək.  Doğrudur, 3 dəfə avtobus dəyişəcək. Amma sonda onun kartından cəmi 1 ödəniş çıxacaq. Bunu bilən vətəndaş əlbəttə ki, ictimai nəqliyyatda qalacaq, avtobusa ötəri nəqliyyat növü kimi baxmayacaq. Bu güzəştlər, imtiyazlar olarsa, düşünürəm ki, ictimai nəqliyyat, dövlət və bu kateqoriyadan olan insanlar da qazanacaq”.

Nasaz olan yük maşını idarəetməni itirib evin hasarına çırpıldı - VİDEO

Rauf Ağamirzəyev 

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev qəzetə bildirib ki, ilk olaraq AYNA-nın bütün daşıyıcıları tam nağdsız sistemə keçməlidir: “Növbəti il bu cür avtobusları dəyişib tam nağdsız sistemə keçəndən sonra güzəşt məsələsini və 60-90 dəqiqəlik keçidləri tətbiq etmək olar. Uzaq məntəqədən gəlirsinizsə və bir neçə nəqliyyat növü dəyişdirirsinizsə, yol xərcləri optimallaşar. Bu, dünyada çoxdan tətbiq edilir”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakı-Ağstafa-Bakı istiqamətində gedənlərə MÜHÜM XƏBƏR

Next

“Kişilər bir olmur…”- güclü cinsi evdə niyə döyürlər?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv