UNESCO-nun mədəni-mənəvi irsimizə verdiyi dəyərin növbəti təzahürü
Aşıq Dirili Qurbaninin anadan olmasının 550 illiyi və Aşıq Ələsgərin vəfatının 100 illiyi UNESCO-nun 2026–2027-ci illər üçün yubileylər proqramına daxil edilib. Qərar UNESCO Baş Konfransının 43-cü sessiyasında təsdiq olunub. Şübhəsiz, bu aşıqların yubileylərinin UNESCO-nun yubileylər proqramına daxil edilməsi onların irsinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir. Bunu həm də bəşəri mədəni irsin ayrılmaz hissəsi olan Azərbaycan aşıq sənətinə, onun çoxəsrlik ənənələrinə və xalq yaradıcılığına verilən dəyər kimi qiymətləndirmək olar. Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bunu aşıq sənətimizin beynəlxalq təntənəsi adlandırdı: “Azərbaycanın UNESCO ilə çoxillik və səmərəli əməkdaşlığı ölkəmizin zəngin…
Read More