Cəmiyyət 

Bu tarixdən metroda 30 manat cərimələnə bilərsiniz

İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, aprelin 1-dən Bakı metropoliteninin stansiyalarında və qatarlarda elektron siqaretlərdən istifadə qadağası qüvvəyə minir. Musavat.com xəbər verir ki, qaydaya əməl etməyənlər 30 manat cərimə olunacaqlar. Metropoliten rəhbərliyi sərnişinlərə müraciət edib: “Unutmayın ki, qaydalar hər bir sərnişinin sağlamlığı və rahatlığı üçün nəzərdə tutulub. Gəlin ictimai nəqliyyatda sağlam mühiti birlikdə qoruyaq. Daha rahat səfər üçün qaydalara riayət edək”.

Read More
Cəmiyyət 

Marketlərdə satılan “Tulçinka” yağı ilə bağlı şok görüntülər yayıldı – VİDEO

Azərbaycanda marketlərdə satılan “Tulçinka” markalı kərə yağı ilə bağlı sosial şəbəkələrdə tükürpədici görüntülər yayılıb. Musavat.com xəbər verir ki, internetdə paylaşılan kadrlarda yağın gigiyenik qaydalara zidd şəkildə yerdə tapdalanaraq yığıldığı iddia olunur. Görüntülərdə iki nəfərin böyük həcmdə yerə tökülmüş yağı ayaqları ilə tapdaladığı, daha sonra isə kürək vasitəsilə yerdən yığaraq qablaşdırmağa çalışdığı əks olunub. Kadrlarda baş verənlərin hansı müəssisədə çəkildiyi və hadisənin konkret olaraq hansı ölkədə baş verdiyi dəqiq bilinməsə də, sosial şəbəkə istifadəçiləri bunun Ukrayna istehsalı olan və Azərbaycanda geniş satılan “Tulçinka” yağı ilə bağlı olduğunu iddia edirlər. Qeyd edək…

Read More
Cəmiyyət 

Müəllimlərə Novruz bayramında veriləcək mükafatın MƏBLƏĞİ

Novruz və Ramazan bayramı münasibətilə bəzi universitetlərdə əməkdaşlara bayram mükafatının verilməsi planlaşdırılır. Universitetlərdə əməkdaşlara veriləcək bayram ödənişinin məbləği isə müxtəlifdir. Hər universitet öz imkanlarına uyğun olaraq əməkdaşlara fərqli məbləğdə vəsait ayırmağı nəzərdə tutur. Musavat.com “AzEdu.az” istinadən xəbər verir ki,  universitet əməkdaşlarına ayrılan vəsaitin məbləğini öyrənmək üçün ali təhsil müəssisəsləri arasında sorğu keçirib. Sorğumuza cavab olaraq Sumqayıt Dövlət Universitetindən (SDU) bildirilib ki, Novruz və Ramazan bayramları münasibətilə universitetdə çalışan bütün əməkdaşlara 400 manat, ailə üzvü və ya yaxın qohumu şəhid olmuş əməkdaşlara isə 500 manat məbləğində mükafat verilmişdir. Mingəçevir Dövlət Universitetinin (MDU) bütün əməkdaşlarına Novruz və Ramazan bayramları münasibətilə 500 manat verilib. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bütün əməkdaşlara…

Read More
Cəmiyyət 

SON DƏQİQƏ! Pensiya alanların NƏZƏRİNƏ – Bu qədər şəxs…

2026-cı il yanvarın 1-i vəziyyətinə 1098,9 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1098,3 min) pensiyaçı qeydiyyatda olub. Musavat.com xəbər verir ki, bu barədə Dövlət Statisika Komitəsi məlumat yayıb. Qeyd edilib ki, bu da ölkə əhalisinin 10,7 faizini təşkil edir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz artaraq 541,6 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 49,1 faizinə bərabər olub. 2025-ci il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 38,8 min ailəyə 40,3 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər…

Read More
Cəmiyyət 

Novruz – milli həmrəyliyin, milli birliyin rəmzidir

Min illər boyu formalaşan milli-mənəvi dəyərlərmiz, mədəniyyətimiz xalqımızın keçmişi ilə bu günü və gələcəyi arasında mənəvi körpü yaratmışdır. Vaxıtı ilə milli-mənəvi dəyərlərimizin, dini-milli adət və ənənələrimizin öyrənilməsinə və təbliğinə müəyyən qədər qadağaların qoyulmasına rəğmən xalqımız öz tarixi-mədəni irsini qoruyub saxlaya bilmişdir. Azərbaycan azad, müstəqil dövlətə çevrildikdən sonra xalqımızın bu və ya digər dəyərlərinə xüsusi olaraq diqqət yetirilməyə başlanıldı. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyevin milli dəyərlərimizin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən…

Read More
Cəmiyyət 

Azərbaycan yumurta ixracını müvəqqəti dayandırdı

Bu ilin əvvəlindən Azərbaycan yumurta ixrac etməyib, yerli istehsal tamamilə daxili tələbatın ödənilməsinə yönəldilib. BiG.AZ xəbər verir ki, bunu “Report”a açıqlamasında “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib. Bununla belə, onun sözlərinə görə, ixracdakı fasilə müvəqqətidir: “ABŞ ilə yeni ixrac müqavilələri imzalanıb, may ayından yumurtanın göndərilməsinə başlanılacaq. Körfəz ölkələri ilə bağlanılmış müqavilələrin icrasına isə aprel ayından başlanılmalıdır. O vaxta qədər Yaxın Şərqdəki münaqişənin aradan qalxacağına ümid edirik. Ümumiyyətlə Assosiasiya yeni ixrac bazarlarının tapılmasına, başqa sözlə ixrac coğrafiyasının genişləndirilməsinə daim diqqət yetirir. Artıq Çinə quşçuluq məhsullarının…

Read More
Cəmiyyət 

Bəzi yerlərdə duman müşahidə olunur

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində duman müşahidə olunur. “İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq atmosfer hadisəsidir. Axşam saatlarından cənub-şərq küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da dumanın seyrəlməsinə səbəb olacaq.

Read More
Cəmiyyət 

Məmurlar Xocavəndin Baş planı ilə tanış oldular – FOTO

Xəbər verdiyimiz kimi, martın 16-sı Prezident Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib. Musavat.com-un məlumatına görə, iclasdan sonra Əlaqələndirmə Qərargahının üzvləri Xocavənd rayonu ərazisində həyata keçirilən bərpa, infrastruktur və iqtisadi layihələrlə, o cümlədən Xocavənd şəhərinin Baş planı ilə tanış olublar.

Read More
Cəmiyyət 

Əkiz doğan 53 yaşlı qadının ölümünün ilkin SƏBƏBLƏRİ AÇIQLANDI

Sabunçuda əkiz körpə doğan 53 yaşlı qadın doğumdan sonra tənəffüs çatışmazlığı səbəbindən ölüb. Bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib. Bildirilib ki, qadın Sabunçu Tibb Mərkəzinin nəzdində olan 2 saylı Doğum Evinin Patologiya şöbəsinə süni mayalanmadan (EKM) sonrakı hamiləlik, 34 həftə 4 günlük hamiləlik, vaxtından əvvəl doğuş təhlükəsi səbəbilə hospitalizasiya olunub. Pasiyentin kliniki, laborator müayinələri aparılıb, hipotenziv müalicə fonunda nəzarətdə saxlanılıb. Saat 10:00 radələrində döl sularının axması səbəbilə xəstə əməliyyat blokuna köçürülüb və saat 10:30-da əməliyyata götürülüb. Əməliyyat zamanı çəkisi 2 100 qram, boyu 47 sm olan oğlan, çəkisi 2…

Read More
Cəmiyyət 

Bayram süfrəsi neçəyə başa gəlir? – Novruz yarmarkasından REPORTAJ

Rəngarəng bəzədilmiş səmənilər, şəkərbura və paxlava qoxusu, bayram dekorları və insanların gülümsəyən siması… Novruz bayramı yaxınlaşdıqca şəhərdə canlanma, bayram ab-havası hiss olunur. Məhz bu ərəfədə paytaxtın müxtəlif yerlərində təşkil olunan yarmarkalar şəhərə xüsusi rəng qatır. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Gənclik” metrostansiyası yaxınlığında təşkil olunan “Kənddən Şəhərə” Novruz yarmarkası da bayramın daha xoş keçməsində xüsusi önəm daşıyır. Qeyd edək ki, burada 25 regiondan iştirak edən 55 fermer bayram süfrəsi üçün 145 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirir. Yarmarkanın fəaliyyəti 7-18…

Read More