Cəmiyyət 

Xankəndidə Zəfərin 5 illiyi münasibətilə möhtəşəm konsert proqramı keçirilirFOTOVİDEO

Xankəndi şəhərində “8 Noyabr” Zəfərin 5 illiyi münasibətilə möhtəşəm konsert proqramı keçirilir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”un Qarabağ bürosuna verilən məlumata görə, bayram konserti Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub. Zəfər konsertində tanınmış ifaçılar, incəsənət xadimlərinin ifasında, vətənpərvərlik ruhunda mahnılar səslənib.

Read More
Cəmiyyət 

Şuşada “8 Noyabr – Zəfərin təntənəsi” adlı konsert proqramı təşkil olunubFOTO

Şuşada 8 Noyabr Zəfər gününə həsr edilən silsilə tədbirlər davam edir. “Report”un Şuşaya ezam olunan əməkdaşı xəbərə görə, Qarabağ Universiteti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə konsert proqramı keçirilib. “8 Noyabr – Zəfərin təntənəsi” adlı konsert proqramında tanınmış incəsənət nümayəndələri və Qarabağ Universiteti tələbələri rəngarəng nömrələrlə çıxış ediblər. Konsert proqramında şəhər sakinləri, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları, Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nümayəndələri iştirak ediblər.

Read More
Cəmiyyət 

Xankəndidə Zəfər atəşfəşanlığı olduFOTO

Xankəndi şəhərində Zəfərin 5-ci ildönümü münasibətilə keçirilən konsert proqramının ardınca atəşfəşanlıq olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən məlumata görə, Zəfər meydanında şəhərin səması rəngarəng işıqlara bürünüb. Atəşfəşanlıq Xankəndi sakinləri tərəfindən böyük sevinclə qarşılanıb, hər kəsdə xoş ovqat yaranıb.

Read More
Cəmiyyət 

Azadlıq meydanından ƏN SON GÖRÜNTÜLƏR – FOTOLAR

Vətən müharibəsindəki Zəfərin 5 illiyinə həsr olunan hərbi paradla bağlı hazırlıq işləri tamamlanıb. Paradda keçid edəcək şəxsi heyət, hərbi texnika artıq hazır vəziyyətə gətirilib. Həmin əraziyə yaxın küçə və prospektlər, eləcə də binaların eyvanları Azərbaycan bayraqları ilə bəzədilib. Qeyd edək ki, bu gün Bakıda Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunan hərbi parad keçiriləcək. Paradda Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı gözlənilir. Bundan başqa, paradı izləmək üçün Bakıya Slovakiyanın, Serbiyanın və digər ölkələrin dövlət nümayəndələri də gəliblər. (Report)

Read More
Cəmiyyət 

4 günlük tətil başladı

Bu gündən Zəfər Günü ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq. 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq. Noyabrın 12-si isə bayramlardan sonra ilk iş günü olacaq. Qeyd edək ki, Konstitusiya Günü (12 Noyabr) və Milli Dirçəliş Günü (17 Noyabr) isə iş günü olan bayram günləridir.

Read More
Cəmiyyət 

Gəncə terrorunda valideynlərini itirən Sevil ana oldu

Gəncəyə düşən raket zərbələri nəticəsində valideynlərini itirən Sevil Əliyeva ana olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Təsir dairəsi” verilişində aparıcı Lalə Azərtaş məlumat verib. “Sevili dağıntılar altından xilas edən Talış onu öz xanımı etdi. Şükürlər olsun ki, bir neçə dəqiqə bundan qabaq onların Rəşad adlı oğulları dünyaya göz açdı. Bu, bizim üçün ən gözəl Zəfər bayramı hədiyyəsi oldu. Sevil mənim öz balamdır və onu çox istəyirəm. Ümid edirəm ki, valideynlərinin ruhu şaddır, çünki nəvələri dünyaya göz açdı”.

Read More
Cəmiyyət 

2025-ci ilin iqtisadiyyat xəbərləri…

Artım çoxdur, yoxsa azalma? Artıq 2025-ci ilin sonlarına yaxınlaşırıq. Bu dövrdə Azərbaycanda iqtisadiyyatın bəzi sahələrinin  inkişafı da müşahidə olunmaqdadır. Bəs cari ilin doqquz ayında iqtisadiyyatın hansı sahələrində artım və ya azalma qeydə alınıb? 9 ayda dövlət büdcəsinə 14 milyard 378,4 milyon manat vergi daxil olmaqla proqnoza 105,5 faiz əməl edilib 2025-ci ilin yanvar – oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 14 milyard 378,4 milyon manat vergi daxil olmaqla proqnoza 105,5 faiz əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 229,9 milyon…

Read More
Cəmiyyət 

Taksi sürücülərinin imtahanı nə vəd edir?

Ekspert: Qeyd etmək lazımdır ki, günümüzdə taksi fəaliyyətini əyləncə naminə yerinə yetirən, gündəlik və qanunsuz taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün artıq bu fəaliyyət əlçatmaz olub Azərbaycanda taksi xidməti göstərən sürücülərin peşəkarlığının yoxlanılması məqsədilə imtahan sisteminin tətbiq olunması nəqliyyat sektorunda aparılan islahatların növbəti mərhələsi kimi qiymətləndirilir. Bu qərar həm sərnişin təhlükəsizliyini təmin etməyə, həm də xidmət keyfiyyətini artırmağa yönəlib. İmtahan mexanizmi taksi bazarında şəffaflığı, məsuliyyətliliyi və təhlükəsizliyi təmin etməklə yanaşı, ictimai nəqliyyatın keyfiyyət göstəricilərini də yüksəltməyi hədəfləyir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölkəmizdə fəaliyyət göstərən taksi…

Read More
Cəmiyyət 

Zəfər Günü münasibətilə Ceyranbatan su anbarının ərazisində ağacəkmə aksiyası təşkil edilib

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Ceyranbatan su anbarının ərazisində ağacəkmə aksiyası təşkil olunub. ADSEA-dən “İki sahil”ə bildirilib ki, aksiya çərçivəsində Agentliyin və onun tabeliyindəki qurumların əməkdaşlarının iştirakı ilə 1850 ədəd ağac əkilib. Ağacəkmə aksiyası respublikanın bütün şəhər, rayon və qəsəbələrində eyni zamanda həyata keçirilib və Agentlik tərəfindən ümumilikdə ölkə üzrə 12 mindən çox ağac əkilib. Tədbirin əsas məqsədi Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, eyni zamanda ekoloji mühitin qorunmasına və yaşıllıqların artırılmasına töhfə vermək olub.

Read More