Şuşada “8 Noyabr – Zəfərin təntənəsi” adlı konsert proqramı təşkil olunubFOTO
Şuşada 8 Noyabr Zəfər gününə həsr edilən silsilə tədbirlər davam edir.
“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbərə görə, Qarabağ Universiteti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə konsert proqramı keçirilib.
“8 Noyabr – Zəfərin təntənəsi” adlı konsert proqramında tanınmış incəsənət nümayəndələri və Qarabağ Universiteti tələbələri rəngarəng nömrələrlə çıxış ediblər.
Konsert proqramında şəhər sakinləri, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları, Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nümayəndələri iştirak ediblər.








