Cəmiyyət 

Pensiya ilə bağlı YENİLİK – ARTIRILIR

Növbəti ildə əhaliyə ödənişlər 8196,45 mln. manat həcmində və ya Dövlət Sosial Müdafiə Fondunun ümumi xərclərinin 96,62 faizi səviyyəsində proqnozlaşdırılır. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə iclasında müzakirə olunan “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, növbəti ildə əhaliyə ödənişlər üzrə proqnozlaşdırılmış məbləğin 7992,88 mln. manatı əmək pensiyalarının, 203,57 mln. manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin ödənilməsinə yönəldiləcək. Əhaliyə ödənişlərin 2026-cı il üçün nəzərdə tutulmuş proqnozu 2025-ci…

Read More
Cəmiyyət 

Yağışda avtobus gözləyən sərnişinlərə AYNA-dan CAVAB

“Metronun “20 Yanvar” stansiyasının qarşısından Sumqayıt, Xırdalan, Masazır tərəfə hər gün onlarla avtobus minlərlə sərnişin daşıyır. Amma həmin ərazidə yağışlı havada vətəndaşların yağışdan qorunması üçün dayanacaqlar yoxdur”. Bu barədə ictimai fəal Elyar İslamoğlu sosial şəbəkədə paylaşım edib. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobus dayanacaq pavilyonları quraşdırılan zaman yol infrastrukturunun vəziyyəti mütləq qaydada nəzərə alınmalıdır: “Sözügedən ünvana əməkdaşlarımız tərəfindən baxış keçirilib. Qeyd edilən ərazidə avtobus dayanacaq məntəqəsi mövcud olsa da, infrastruktur şəraitinin əlverişsiz olması səbəbindən dayanacaq pavilyonunun quraşdırılması mümkün olmayıb. Pavilyonunun quraşdırılması aidiyyəti qurumlar tərəfindən infrastruktur…

Read More
Cəmiyyət 

“Alıcı yoxdur, satıcılar narazıdır” – Bazardan REPORTAJFOTO

Son günlər bazarlarda ətin qiymətinin artmasından sonra meyvə qiymətlərinin də yüksəlməsi müzakirələrə səbəb olub. Musavat.com əməkdaşı “Qara Qarayev” metrostansiyası yaxınlığındakı bazara baş çəkib və qiymətlərlə maraqlanıb. Satıcılarla bu barədə danışdıqda isə onlar qiymət artımına az qala üsyan etdilər. “Qiymətlər elə də çox artmayıb, əksinə al-verimiz azalıb. Demək olar ki, alıcı yoxdur. Camaatın güzəranı yaxşı deyil ki, gəlmirlər. Bu boyda dükan 300–400 manat gəlir əldə edirik bir günə,” – deyə bir satıcı qəzəblə danışır. Digər piştaxtaya yaxınlaşanda isə vəziyyət daha dramatik idi. Orada işləyən xadimə satıcı ilə söhbətimizə müdaxilə edərək dedi:…

Read More
Cəmiyyət 

Ramiz Mehdiyevin sərvətinin taleyi necə olacaq? – AÇIQLAMA

Hüquq-mühafizə orqanları tərəfindən dövlət çevrilişinə cəhddə ittiham edilən Ramiz Mehdiyevin bir çox mülklərə, var-dövlətə sahib olduğu sirr deyil. KİV-də bununla bağlı zaman-zaman müxtəlif siyahılar üzə çıxır. Bəs proses yekunlaşdıqdan sonra bu sərvətin taleyi necə olacaq? Bu barədə Demokrat.az-a danışan hüquqşünas Tağı Hüseynov deyib ki, bununla bağlı qanunvericilikdə belə nəzərdə tutulur: “Həmin o əmlakların, pulların cinayət yolu ilə əldə edilməsi sübut edildikdən sonra hamısı dövlətin nəfinə keçirilə bilər. Əlbəttə ki, əvvəlcə bunların cinayət yolu ilə əldə edilməsi sübuta yetirilməlidir”.

Read More
Cəmiyyət 

İki vəkil yeni vəzifəyə təyin olundu

Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam Komissiyalarının tərkiblərinə vəkil üzvlər təyin olunub. Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasına Rəyasət Heyətinin üzvü Lalə Nağıyeva, Xüsusi İcra Məmurlarının İntizam Komissiyasına isə Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyev təyin edilib./Milli.az/

Read More
Cəmiyyət 

Parada görə bu marşrutların istiqaməti dəyişdirilir- Siyahı

Bakıda keçiriləcək Zəfər paradı ilə əlaqədar 5, 6 və 8 noyabr tarixlərində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyət səbəbindən 2 müntəzəm marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılır, 23 marşrutun hərəkət sxemi dəyişdirilir.  Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agenliyindən (AYNA) məlumat verilib. Dəyişikliyə əsasən: 1, 2, 46 və H1 nömrəli marşrutlar “28 May” NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; 4 nömrəli marşrut “28 May” NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks…

Read More
Cəmiyyət 

Xankəndidə küçəyə Ənvər Paşanın adı verildi

Xankəndidə küçələrdən birinə Osmanlı imperiyasının tanınmış sərkərdəsi və dövlət xadimi Ənvər Paşanın adı verilib. Məlumatı İctimai TV yayıb. Qərara əsasən, şəhərin mərkəzində yerləşən əsas küçələrdən biri bundan sonra Ənvər Paşanın adını daşıyacaq. Ənvər Paşa Azərbaycan tarixində mühüm yer tutan şəxsiyyətlərdəndir. O, 1918-ci ildə Osmanlı dövlətinin hərbi naziri kimi Qafqaz İslam Ordusunun yaradılmasına rəhbərlik edib. Həmin ordu Nuru Paşanın komandanlığı altında Azərbaycanın əksər bölgələrini erməni-daşnak qüvvələrindən azad edib.

Read More
Cəmiyyət 

Zəfər paradının aparıcısı o olacaq

Üç gün sonra Bakının Azadlıq Meydanında qələbəmizin 5 illiyinə həsr edilmiş Zəfər paradı keçiriləcək. “İki sahil” xəbər verir ki,  “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, parada aparıcılıq AzTV-nin siması Mümtaz Xəlilzadəyə həvalə edilib. Budəfəki parada da Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev komandanlıq edəcək. Qeyd edək ki, 2020-ci ilin dekabrında Bakıda, 2023-cü ilin 8 noyabrında isə Xankəndidə Zəfər paradları keçirilib.

Read More
Cəmiyyət 

Goranboyda 16 yaşlı qızın nişan mərasiminin qarşısı alındı

Goranboy Rayon Polis Şöbəsinə rayonunun Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Oxu.Az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. Onun sözlərinə görə, polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar. Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib.

Read More
Cəmiyyət 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub

Noyabrın 4-də Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüş keçirilib. “İki sahil” xəbər verir ki, görüş çərçivəsində Leyla Əliyeva məktəbin fəaliyyəti, tədris prosesi, musiqi otaqları və istedadlı şagirdlərin yaradıcı uğurları ilə tanış olub. Sonra məktəbin şagirdlərinin iştirakı ilə bədii konsert proqramı təqdim edilib. Konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Sonda Leyla Əliyeva məktəb kollektivi ilə xatirə şəkli çəkdirib.

Read More