Cəmiyyət 

İrandan Azərbaycana daha 6 nəfər təxliyə olunub

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının Azərbaycana təxliyəsi davam etdirilir. “İki sahil” xəbər verir ki, 15 mart 00:00-dan 14:00-dək 5 nəfər Azərbaycan və 1 Çin vətəndaşı sərhəd buraxılış məntəqəsindən keçərək ölkə ərazisinə daxil olub. Onların sərhəddən təhlükəsiz keçidi təmin olunub. Təxliyə prosesi müvafiq prosedur qaydalarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir. Sərhəd-keçid məntəqəsində vətəndaşların rahat və təhlükəsiz keçidi üçün bütün zəruri şərait yaradılıb və proses gün ərzində mərhələli şəkildə davam etdirilir. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri…

Read More
Cəmiyyət 

Novruzun sonuncu çərşənbəsində bu fallar edilir

Novruz Bayramının sonuncu çərşənbəsi İlaxır çərşənbə adlanır və bu axşamda insanlar qədim adətə görə müxtəlif fallar edir, niyyət tutur və gələcəklə bağlı işarələr axtarırlar. Metbuat.az xəbər verir ki, bu fallar əsasən qismət, sevgi, evlilik və niyyətlərin həyata keçməsi ilə bağlı olur. İlaxır çərşənbədə edilən ən məşhur fallardan biri qapı pusma, yəni qulaq falıdır. Gənclər qonşunun qapısı arxasında dayanır və ilk eşitdikləri sözə görə niyyətlərini yozurlar. Əgər xoş söz eşidilsə, niyyətin həyata keçəcəyi düşünülür, əgər pis və ya mənfi söz eşidilərsə, niyyətin bir qədər gecikə biləcəyi hesab olunur. Digər məşhur fal ayaqqabı falıdır.…

Read More
Cəmiyyət 

Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək

Qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək. Musavat.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladğı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Sənədə əsasən, aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq. Qeyd edək ki, “Tütün və tütün məmulatı haqqında” qanuna edilən dəyişikliyə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir.

Read More
Cəmiyyət 

Bayramqabağı ət bahalaşdı

Paytaxtın Yeni Ramana qəsəbəsində ətin qiymətində artım müşahidə olunur. Etibarən həm dana, həm də quzu ətinin qiyməti bahalaşıb. Dünən dana ətinin bir kiloqramı muştərilərə 16-17 manata təklif olunduğu halda bu gün 18 manata satılır. Quzu əti isə heyvanın çəkisindən asılı olaraq 20-21 manata alıcılara təklif olunur. Qəssablar müxbirimizə söhbət zamanı qiymət artımını rayonlarda ətin bahalaşması ilə əlaqələndiriblər. Onlar Novruz və Ramazan bayramlarının yaxınlasmasının qiymət artımına təsir göstərdiyini bildiriblər./Metbuat.az

Read More
Cəmiyyət 

Vəzifəyə görə vahid maaş olacaq – YENİ TƏLƏB

  “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) yeni funksionallıq istifadəyə verilib. Yeniliyə əsasən, sistemdə ştat vahidi yaradılarkən vəzifə (tarif) maaşının mütləq qaydada daxil edilməsi nəzərdə tutulur. Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, ştat (ştat vahidi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan və vəzifə (peşə) adını, həmçinin vəzifə (tarif) maaşını əks etdirən vahiddir. Bu yenilik müəssisələrdə ştat vahidlərinin daha şəffaf və düzgün formalaşdırılmasına, həmçinin əmək münasibətlərinin elektron sistem üzərindən daha səmərəli idarə olunmasına imkan yaradır./bizimmedia

Read More
Cəmiyyət 

Yaşı 65-dən çox olanların NƏZƏRİNƏ

Çoxumuz gündəlik isti duşu gigiyena standartı və ən yaxşı rahatlama yolu kimi qəbul etmişik. Lakin yaş artdıqca, əvvəllər canlandırıcı olan şey sağlamlıq üçün gizli təhlükəyə çevrilə bilər. 65 yaşdan sonra bu qayda əks təsir göstərə bilər, çünki bədən isti suya, buxara və sürüşkən vanna səthinə fərqli reaksiya verir. Bu barədə “Biochef” yazır. 65 yaşdan sonra gündəlik duş niyə risklidir? Xüsusilə isti suda gündəlik yuyunma bu qoruyucu lipid təbəqəni bir neçə dəqiqəyə “yuyub ata” bilər. Nəticələr: yanma, qaşınma, epidermisdə çatlar və qıcıqlanmalara meyllilik. Problem yalnız dəridə deyil: isti su damarları genişləndirir…

Read More
Cəmiyyət 

Fermerlər paytaxtda: Novruz yarmarkasında SON QİYMƏTLƏR – REPORTAJ, FOTO

Novruz bayramı ilə əlaqədar “Kənddən şəhərə” Novruz yarmarkaları bu gündən etibarən fəaliyyətə başlayıb. Musavat.com xəbər verir ki, artıq bir neçə gün idi ki, nəzərdə tutulan məntəqələrdə çadırlar qurulmuş, hazırlıq işləri aparılırdı. Həmin məntəqələrdən birində – “Neftçilər” metrostansiyasının yaxınlığında olub yarmarkadakı vəziyyət və qiymətlərlə maraqlandıq. Yarmarka yeni başladığı üçün məhsul çeşidi hələlik o qədər də bol deyildi. Satıcıların sözlərinə görə, yaxın günlərdə piştaxtalara daha çox məhsul gətiriləcək. Xüsusilə bayram süfrəsinin əsas atributlarından sayılan (qabıqlı) qoz, fındıq və badam hələ satışa çıxarılmamışdı. Satıcılardan biri bunu belə izah edir: “Yarmarka yeni açılıb. Hələ…

Read More
Cəmiyyət 

Artıq Azərbaycanda 10 nəfər bu xəstəliyə YOLUXDU

Azərbaycanda keçən il ərzində 10 sporadik (tək-tək və ya nadir hallarda – red) qızılca hadisəsi qeydə alınıb. Musavat.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında əks olunub. Hesabatda həmçinin bildirilib ki, ölkədə vaksinlərlə idarə olunan xəstəliklərdən poliomielit, difteriya, epidemik parotit, göyöskürək, məxmərək xəstəlikləri qeydə alınmayıb.

Read More
Cəmiyyət 

Dövlət sektorunda işləyənlərin sayı açıqlanıb

2026-cı il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1808,0 min nəfər olub.  “İki sahil” xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin  2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb. Sənəddə qeyd edilib ki, iqtisadiyyatın dövlət sektorunda işçilərin sayı 868,8 min nəfər, qeyri-dövlət sektorunda isə 942,2 min nəfər təşkil edib. Hesabat dövründə özünüməşğulluq proqramına 16,8 min nəfər cəlb olunub. Onlardan 8,8 min nəfəri kənd təsərrüfatı, 8,0 min nəfəri isə istehsal-xidmət sahəsini əhatə edir. Həmin şəxslərdən 94 nəfəri şəhid ailəsi üzvü, 1,3 min nəfəri əlilliyi…

Read More
Cəmiyyət 

64 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub

2025-ci ildə vətəndaşsızlıq vəziyyətində olan 64 şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub. “İki sahil” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb. Qeyd edilib ki, onlardan 21-i vətəndaşlığı olmayan, 43-ü isə vətəndaşlığı naməlum şəxsdir. Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasında yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılması məqsədilə Xidmətin təlim-tədris mərkəzi tərəfindən Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, miqrasiya qanunvericiliyinin öyrənilməsi üçün təşkil edilmiş kurslara hesabat dövründə 2015 şəxsin müraciəti…

Read More