Cəmiyyət 

Leyla Əliyeva Əzizə xala ilə piroq bişirdi – FOTO, VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qusar rayonuna səfər edib və rayonunun Hil kəndində yaşayan tanınmış Rəmixanovlar ailəsinin qonağı olub. Musavat.com xəbər verir ki, Leyla Əliyeva “Kənd həyatı” (Country Life Vlog) layihəsinin yeni buraxılışının çəkilişində iştirak edib. O, evin xanımı Əzizə xanımla birgə ənənəvi ləzgi tərəvəz piroqunu hazırlayıb. Bu barədə o, instagram hesabbında paylaşım edib və ailəyə təşəkkür edib: “Yeni ilin ilk günlərində Qusarda isti, səmimi və yadda qalan anlar. Azərbaycan kənd həyatının ruhunu, milli mətbəximizin dadını və ailə dəyərlərini böyük sevgi ilə paylaşan…

Read More
Cəmiyyət 

Bakı metrosunda gedişhaqqı ilə bağlı yenilik

MOBİL VERSİYA Hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr davam etdirilir. Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər. Bunu “Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli tarif dəyişiklikləri haqqında danışarkən bildirib. Departament rəhbəri qeyd edib ki, tarif dəyişikliyinin əsas məqsədi gəlirləri artırmaqdan daha çox, xidmətin təhlükəsizliyini, etibarlılığını və dayanıqlılığını təmin etməkdir. “Yeni tarif çərçivəsində işarəvermə və enerji sistemlərinin təkmilləşdirilməsi, hərəkət qrafikinin daha sabit və çevik qurulması, intervalın azaldılması, o…

Read More
Cəmiyyət 

Milli Qəhrəmanın xanımına vəzifə verilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası yeni tərkibdə ilk iclasını keçirib. Müşahidə Şurası Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Milli QHT Forumu, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin nümayəndələrindən ibarətdir. Modern.az-ın məlumatına görə, QHT Agentliyinin Müşahidə Şurasında təmsil olunanlardan biri şəhid xanımıdır. Bu, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi İdarə Heyətinin üzvü Fizzə Mirzəyevadır. Fizzə Mirzəyeva Azərbaycanın Milli Qəhrəmanı, “Aprel şəhidi” polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşıdır. O, qarşıdakı 4 ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi…

Read More
Cəmiyyət 

“İstintaq Dövründə Ədalət və Səbr: Eyibovlar Ailəsinə Qarşı Qərəz Yolverilməzdir”

Son günlər Ruslan Eyibovla bağlı yayılan məlumatlar fonunda bəzi media qurumlarının və sosial şəbəkə istifadəçilərinin istintaq getdiyi halda tələsik və mənfi mövqe nümayiş etdirməsi ciddi narahatlıq doğurur. Hüquqi dövlətdə əsas prinsiplərdən biri günahsızlıq prezumpsiyasıdır və məhkəmə qərarı olmadan hər hansı şəxs barəsində qəti rəy formalaşdırmaq nə etik, nə də peşəkar yanaşmadır.Xüsusilə qeyd edilməlidir ki, Ruslan Eyibov dövlət məmuru deyil. O, özəl sektorda fəaliyyət göstərən, eyni zamanda xeyirxah və sosial məsuliyyətli iş adamıdır. Ruslan Eyibov rəhbərlik etdiyi şirkətlərdə əməkdaşlara ədalətli və insani münasibəti ilə seçilir, yerli icmaların dəstəyini qazanır, sosial layihələrdə…

Read More
Cəmiyyət 

BDYPİ sürücülərə çağırış etdi

Səhər saatlarında işə, təhsil müəssisələrinə və digər gündəlik fəaliyyətlərə tələskənlik nəqliyyat axınının intensiv olduğu yollarda yol hərəkəti iştirakçılarının diqqətini yayındırır və riskli davranışlara zəmin yaradır. Musavat.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib. Qeyd edilib ki, belə şəraitdə verilən tələsik qərarlar sürücülər və piyadalar arasında yol hərəkəti qaydalarının pozulmasına gətirib çıxarır, bu isə qəza riskini ciddi şəkildə artırır. “Aparılan təhlillər göstərir ki, səhər saatlarında baş verən yol-nəqliyyat hadisələri əsasən sürət həddinin aşılması, sükan arxasında diqqətin yayınması və yol şəraitinin düzgün qiymətləndirilməməsi ilə bağlı olur”, – məlumatda…

Read More
Cəmiyyət 

Ötən il 46 nəfər sirkə turşusu və dərman zəhərlənməsindən ölüb

Ötən il ərzində zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 1188 nəfər qəbul edilib. Musavat.com xəbər verir ki, müalicə tədbirləri nəticəsində 1142 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar. Pasiyentlərin 495 nəfəri dərman preparatlarından, 1 nəfəri siçan dərmanından (rodentisid), 1 nəfəri həşərat dərmanından, 352 nəfəri sirkə turşusundan,8 nəfəri həlledici məhlullardan, 12 nəfəri yandırıcı məhlullardan, 1 nəfəri kimyəvi məhlullardan, 65 nəfəri allergik reaksiyalardan, 40 nəfəri fosfor üzvi birləşmələrindən, 18 nəfəri anafilaktik şokdan, 13 nəfəri tüstüdən, 66 nəfəri dəm qazından, 78 nəfəri ilan sancmasından, 1 nəfəri neft…

Read More
Cəmiyyət 

Dumanlı hava şəraiti bu tarixədək DAVAM EDƏCƏK

A SƏHİFƏ ARXİV QƏZET kıda və Abşeron yarımadasında, eləcə də Quba, Yevlax, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran və Astarada görünüş məsafəsi 50–500 metrədək məhdudlaşıb. Musavat.com xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, dumanın əmələ gəlməsinə səbəb gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yer səthinin soyuması və havanın temperaturunun aşağı düşməsidir: “Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir”.

Read More
Cəmiyyət 

Azərbaycanlıları 13 qeyri-iş günü gözləyir: Mart tətil ayına çevrilir

2626-cı ilin mart ayı Azərbaycanda istirahət baxımından ilin ən rahat dövrlərindən biri olacaq. Rəsmi bayramların, həftəsonlarının və əlavə istirahət günlərinin üst-üstə düşməsi nəticəsində ay ərzində ümumilikdə 13 qeyri-iş günü formalaşacaq. Musavat.com xəbər verir ki, yayılan məlumata görə, martın 8-i – Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 9 mart da qeyri-iş günü elan olunacaq. Novruz və Ramazan: uzun fasilə yaranır Mart ayının əsas istirahət yükü isə Novruz və Ramazan bayramları ilə bağlıdır. Rəsmi təqvimə əsasən: • 20, 21, 22, 23 və 24 mart – Novruz bayramı…

Read More
Cəmiyyət 

Bu qəzetlər bahalaşdı

Azərbaycanda bir sıra qəzetlər bahalaşıb. Musavat.com “Trend”ə istinadən xəbər verir ki, artımlar yanvarın 5-dən başlayaraq tətbiq edilir. Belə ki, hazırda “525-ci qəzet”i 60 qəpik artımla 1 manata, “Bakı Xəbər” 20 qəpik artımla 60 qəpiyə, “Novoye Vremya” 10 qəpik artımla 70 qəpiyə, “Səs” 40 qəpik artımla 1 manata satılır. 60 qəpiklik krosvord qəzetlərinin də qiyməti 10 qəpik artırılıb. Xatırladaq ki, Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən qəzetlərin həftədə 1 nömrəsinin çapına maliyyə yardımı göstərilir və bu məqsədlə onlara aylıq 5 min manat vəsait ödənilir, qəzetin eyniadlı veb-saytına isə aylıq 3 min manat (əsaslı yenilənmə niyyəti ifadə edilibsə, ilk ay 5…

Read More
Cəmiyyət 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının paytaxtı Maskat şəhərində Oman Milli Muzeyində və Mutrah bazarında olub. “İki sahil” xəbər verir ki, Leyla Əliyeva əvvəlcə Oman Milli Muzeyini ziyarət edib. Heydər Əliyev Fondunun vitse-prezidenti burada müxtəlif guşələri gəzib, nümayiş etdirilən eksponatlarla tanış olub, onların tarixi haqqında ətraflı məlumat alıb. Bu muzey Omanın tarixi və mədəni irsini əks etdirən əsas mərkəzlərdən biridir. Rəsmi olaraq 2016-cı ildə fəaliyyətə başlayan muzeydə arxeologiya, dənizçilik, silahşünaslıq, etnoqrafiya, İslam mədəniyyəti və s. üzrə zəngin kolleksiyalar nümayiş etdirilir. Burada hər biri Omanın mədəni irsinin fərqli aspektlərini əhatə…

Read More