Cəmiyyət 

Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə köç karvanları yola salınıb. Musavat.com xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 20 ailə (81 nəfər), Xocalının Xanabad kəndinə isə 21 ailə (103) nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad…

Read More
Cəmiyyət 

Mədəniyyət Nazirliyində ekspert komissiyasının üzvləri ilə görüş olduFOTO

Martın 10-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində nazirliyin nəzdində fəaliyyət göstərən Təsviri və dekorativ-tətbiqi sənət əsərləri üzrə Ekspert komissiyasının üzvləri ilə görüş keçirilib. Musavat.com xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında mədəniyyətin müxtəlif sahələri kimi, təsviri və dekorativ-tətbiqi sənətin də inkişafı ilə bağlı müddəaların öz əksini tapdığını diqqətə çatdırıb. Qeyd olunub ki, sənəddə müasir təsviri və dekorativ-tətbiqi sənətin inkişafı, sərbəst bədii yaradıcılıq axtarışlarının dəstəklənməsi, beynəlxalq aləmə inteqrasiya və milli mədəniyyət nailiyyətlərinin təbliği məqsədilə qarşıya yeni…

Read More
Cəmiyyət 

Bakı metrosunda HƏYƏCANLI ANLARYENİLƏNİB

Bakı metrosunda qatarda tüstülənmə olması həqiqəti əks etdirmir. Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, sərnişinin iddiası əsassızdır: “Metroda heç bir hadisə baş verməyib. Tüstülənmə olarsa, qatar saxlanılır, texniki nasazlığın olub-olmaması üçün qatar yoxlanır. Amma deyilən heç bir hadisə baş verməyib. Hər hansı hadisə baş verərsə, buna operativ şəkildə reaksiya verilir”. *** Bakı metrosunda qatarda tüstülənmə baş verib. Bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər. Sərnişinlər bildiriblər ki, metronun “28 may” stansiyasında qatarda tüstülənmə olub. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu…

Read More
Cəmiyyət 

Ramazan ayının 21-ci gününün duası – İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 21-ci günüdür. Musavat.com xəbər verir ki, sabah imsak vaxtı saat 05:33, iftar isə 18:57-dədir. İmsak duası: “Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin!” Tərcüməsi: “İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” Tərcüməsi:…

Read More
Cəmiyyət 

İranın İsrailə hücumunda 2 azərbaycanlı həlak oldu – Foto

İranın İsrailə raket atması nəticəsində 2 azərbaycanlı – Amid Murtuzov və Rüstəm Qulamov həlak olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Times of İsrael” məlumat yayıb. Bildirilib ki, onlar Təl-Əvivin Petah Tikva adlanan hissəsinə kasetli bombanın düşməsi nəticəsində həyatlarını itiriblər. Qeyd edilib ki, hər iki şəxs tikinti sahəsində çalışırmış və işlədikləri yerdə həlak olublar. Fotoda: Amid Murtuzov

Read More
Cəmiyyət 

Müharibə Bakıda İran mağazalarını da vurdu – REPORTAJ, FOTOLAR

Yaxın Şərqdə son günlər baş verən hərbi gərginlik region ölkələrində siyasi və humanitar narahatlıqla yanaşı, iqtisadi proseslərə də təsirsiz ötüşmür. Xüsusilə İran ətrafında baş verən hadisələr regionun ticarət və logistika zəncirində ciddi dəyişikliklərə səbəb olub. Son məlumatlara görə, bölgədə hərbi gərginlik hələ də tam səngiməyib və bu vəziyyət qonşu ölkələr, o cümlədən Azərbaycan üçün də müəyyən iqtisadi risklər yaradır. Ekspertlər hesab edir ki, münaqişə uzun müddət davam edərsə, bu, təkcə enerji bazarlarında deyil, həm də ərzaq ticarətində qiymət dəyişikliklərinə və logistika problemlərinə gətirib çıxara bilər. Hazırda regionda baş verən proseslərin…

Read More
Cəmiyyət 

Yağıntılı və şaxtalı hava aqrar sahəyə zərər vurub

Azərbaycanda son günlər qeyri-sabit hava şəraiti, havanın temperaturunun tez-tez artıb-azalması, bəzi ərazilərdə qar yağması və şaxtaların müşahidə olunması kənd təsərrüfatına da təsirini göstərib. Musavat.com xəbər verir ki, sərt hava şəraitinin kənd təsərrüfatı sahələrinə zərəri getdikcə artır. Bunu təsərrüfatını sığortalamış fermerlər tərəfindən Aqrar Sığorta Fonduna müraciətlərin intensivliyindəki artımdan görmək olur. Belə ki, Fonddan verilən məlumata görə, son bir həftə ərzində Şəmkirdə gilas və şaftalı bağlarına leysan yağması, Xaçmazda şaftalı-nektarin bağlarını şaxta vurması barədə müraciətlər qeydə alınıb. Bundan başqa, Qobustanda arpa və buğda sahələrində fırtına və qasırğa hadisələri barədə müraciətlər daxil olub. Samuxda…

Read More
Cəmiyyət 

Medianın İnkişafı Agentliyi bəyanat yaydı

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bəyanat yayıb. Musavat.com xəbər verir ki, bəyanatda deyilir ki, Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması tərəfindən dərc olunmuş Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatda Azərbaycanın media mühiti ilə bağlı birtərəfli, qərəzli mülahizələrə yer verilib. Xüsusilə, “Media haqqında” Azərbaycan Respublikası Qanununa 2025-ci ildə edilmiş dəyişikliklərlə bağlı hesabatda əks olunan yanaşmalar spekulyativ xarakter daşıyır. Vurğulanıb ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklər cəmiyyətin və media ictimaiyyətinin tövsiyələri, istək və təklifləri əsas götürülməklə irəli sürülmüşdür ki, burada əsas məqsəd ölkəmizin informasiya…

Read More
Cəmiyyət 

Avtomobil Yolları Dövlət Agentliyində araşdırma APARILIR

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması halları ilə əlaqədar araşdırma aparır. Musavat.com Oxu.Az-a istinadən xəbər verir ki, araşdırma rəqabət orqanının öz təşəbbüsü ilə başladılıb. Qeyd olunub ki, Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının müəyyən edilmiş qaydada və vaxtda rəqabət orqanına təqdim edilməməsi ilə bağlı rəqabət qanunvericiliyinin pozulması hallarına görə araşdırma aparılır.

Read More
Cəmiyyət 

Sabah respublika üzrə pensiyalar tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq martın 11-də respublika üzrə pensiyaların qrafikdən əvvəl tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Musavat.com-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Read More