Cəmiyyət 

“Nəinki 15 günümüz, bütün həyatımız Azərbaycanımıza qurban olsun” – Azadlığa çıxan Müşfiq Abbasov DANIŞDI

Xəbər verildiyi kimi, tanınmış hüquqşünas, sabiq müstəntiq Müşfiq Abbasov bu gün azadlığa çıxıb. O, Musavat.com-a açıqlamasında bildirib ki, özünü təqsirli hesab etmir: “Mənim heç bir statusumda və əməlimdə hər hansı bir inzibati pozuntu olmayıb. Ümumiyyətlə olmayıb, inzibati pozuntudan söhbət gedə bilməz və mənə verilən maddə ilə bağlı deyə bilərəm ki, heç vaxt özümü təqsirli hesab etməmişəm”. Sabiq müstəntiq son müsahibəsində səsləndirdiyi fikirlərə görə ittiham olunması ilə bağlı deyilənlərə də aydınlıq gətirib: “Konkret deyə bilmərəm hansı fikirimə görə kimsə göstəriş verib. Amma ümumi götürəndə bir neçə statusla bağlı mənə sual verdilər. Hansı…

Read More
Cəmiyyət 

Emin Əmrullayev uşaqlarla yumurta döyüşdürdü – Video

Elm və təhsil naziri Emin Əmrullayev Novruz bayramı ərəfəsində Xankəndidə təhsil müəssisələrinə baş çəkib. “Qafqazinfo” xəbər verir ki, o, Kərkicahan qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə şagirdlərə riyaziyyat dərsi keçib. Həmçinin nazir 1 nömrəli uşaq bağçasında azyaşlılarla yumurta döyüşdürüb. Nazirin uşaqlarla səmimi görüntülərini təqdim edirik:  

Read More
Cəmiyyət 

Buraxılış imtahanının cavabları AÇIQLANDI

  Dövlət İmtahan Mərkəzi (DİM) 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanında istifadə olunan test tapşırıqlarının izahı və düzgün cavablarını açıqlayıb. Musavat.com xəbər verir ki, imtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını, eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiperkeçidlərdən əldə edə bilərlər. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.

Read More
Cəmiyyət 

Azərbaycanda məşhur karqo şirkəti BAĞLANDI

“Kargom” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv edilir. Bu barədə MMC özü elan edib. Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ11117 Bakı şəhəri, Binəqədi rayonu, X.Məlikaslanov küçəsi, ev 1, mənzil 1 ünvanına bildirə bilərlər. Sözügedən şirkət 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynov Cavidan Faiq oğludur./Trend.Az

Read More
Cəmiyyət 

Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT – VİDEO

Ötən çərşənbə axşamı tonqalla bağlı 10 yanğın hadisəsinə çıxış qeydə alınıb. Musavat.com-un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin yel çərşənbəsi ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciətində qeyd olunub. Müraciətdə kütləvi maarifləndirmə işlərinə, o cümlədən dəfələrlə edilən müraciətlərə baxmayaraq, bir sıra hallarda Novruz mərasimlərində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına rast gəlindiyi bildirilib. Müraciətdə vurğulanıb ki, bu, sonda acı nəticələrə gətirib çıxarır: “Ötən çərşənbə axşamı tonqalla bağlı Nazirliyin yanğından mühafizə bölmələri tərəfindən ümumilikdə 10 yanğın hadisəsinə çıxış qeydə alınıb. Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, aşağıdakı yanğın…

Read More
Cəmiyyət 

Bakıda orta aylıq əməkhaqqı ARTDI

  2025-ci ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 381 manat təşkil edib. Musavat.com xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü il ilə müqayisədə 8,6% artıb. Qeyd edək ki, 2025-ci ilin ilkin məlumatlarına əsasən Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilə nisbətən 9,3% artaraq 1102,9 manat təşkil edib.

Read More
Cəmiyyət 

Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir.

Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir. “İki sahil” xatırladır ki, Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir. Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında “yelli-küləkli” çərşənbə deyirlər. Yel çərşənbəsi günü də şər qarışanda hər həyətdə, hər məhəllədə tonqallar qalanır, tonqal başına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atlanırlar. Bu, azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə edilir. Yel çərşənbəsində həm də son çərşənbəyə və Novruza hazırlıq…

Read More
Cəmiyyət 

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə ombudsmanın ictimai sorğusu

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) əlilliyi olan şəxslərin bərabər hüquq və imkanlara malik olmasını, onların sosial müdafiəsinin və cəmiyyətə tamhüquqlu inteqrasiyasının təminini və ayrı-seçkilikdən müdafiəsini xüsusi diqqətdə saxlayır. Məlumdur ki, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasından irəli gələn öhdəliklər və Əlilliyi olan Şəxslərin Hüquqları üzrə Komitənin tövsiyələri nəzərə alınmaqla ombudsman ölkədə Konvensiyanın implementasiyasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizmin funksiyalarını həyata keçirir. “İki sahil” xəbər verir ki, bu fəaliyyət çərçivəsində müvəkkilin müstəqil monitorinq qrupu tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli müdafiəsi və təşviqinə töhfə verilməsi üçün onların…

Read More
Cəmiyyət 

Yaxın Şərqdən vətəndaşlarımızın təxliyəsi davam edir

Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar regionda, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının Muskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilir. “İki sahil” xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib. AZAL-ın Muskat–Bakı marşrutu üzrə hərəkət edən “Boeing 787 Dreamliner” təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir. Reys vasitəsilə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşının təhlükəsiz şəkildə ölkəyə qayıtması planlaşdırılır. Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş prosedurlara uyğun olaraq reyslərin təhlükəsiz və…

Read More
Cəmiyyət 

Yel çərşənbəsi gəldi: qədim inanclar, maraqlı fallar və unudulan adətlər

Bu gün Azərbaycanda ilaxır çərşəmbələrdən üçüncüsü – Yel çərşənbəsi qeyd olunur. Xatırladaq ki, bu il Yel çərşənbəsi –10 mart, Torpaq çərşənbəsi (İlaxır çərşənbə) – 17 mart tarixlərinə təsadüf edir. Xalq arasında bu günə bəzən “Küləkli çərşənbə” də deyilir. Bu ad təsadüfi deyil. Qədim inanclara görə, yel təbiətin nəfəsi, həyatın hərəkətverici qüvvəsidir. Hava ünsürünün canlanması ilə həyat da oyanır, baharın nəfəsi hiss olunur. Fərqli bölgələrdə fərqli adlar Novruzun çərşənbələri haqqında müxtəlif bölgələrdə fərqli adətlər və inanclar mövcuddur. Məsələn, Yel çərşənbəsi ölkənin əksər bölgələrində bu gün qeyd olunsa da, Naxçıvan bölgəsində bu…

Read More