Cəmiyyət 

Növbəti köç Ağdərənin Həsənriz kəndinə çatdı, açarlar təqdim edildi

Növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb, açarlar sakinlərə tədqim olunub. ARANTV.AZ xəbər verir ki, açarların təqdim olunması mərasimində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, “Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Bu mərhələdə kəndə 29 ailə (115 nəfər), ümumilikdə isə 118 ailə (671 nəfər) köçürülüb.

Read More
Cəmiyyət 

Şəhid Xanbabanın bibisi: “Bircə onu deyib ki, vuruldum”

Baku TV antiterror əməliyyatında qəhrəmancasına şəhid olan Xanbaba Ələmmədov haqqında reportaj hazırlayıb. 16 günlük ikən anasını itirən Xanbaba bibisi və əmisinin himayəsində böyüyüb. Şəhidin əmisi Cahid Zülfüqarlı hərbi xidmətə getməyin onun arzusu olduğunu bildirib: “Birinci Qarabağ müharibəsində vuruşmuşam. Məndən necə döyüşdüyümü, yoldaşlarımız şəhid olanda nə etdiyimizi soruşurdu. Səhər tezdən yeməyini yeməmiş döyüşdə yaralanması ilə bağlı gördüyü yuxunu danışmağa başlayırdı”. Şəhidin bibisi Şəfiqə Ələmmədova isə Xanbabanın şəhid olma anından danışıb: “Bircə onu deyib ki, vuruldum. Sonra da söyləyib ki, mən gedirəm, komandir, qoy kəlimeyi-şəhadətimi deyim”. Daha ətraflı Baku TV-nin süjetində: oxu.az

Read More
Cəmiyyət 

Azərbaycan mebel və onun hissələrinin idxalına çəkdiyi xərci 1 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 99 milyon 691,1 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib. “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 1 milyon 36,9 min ABŞ dolları və ya 1,05 % çoxdur. Hesabat dövründə mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,7 %-ni təşkil edib. Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 32 milyard 118 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 17 milyard 65 milyon ABŞ dolları ixracın, 15 milyard 53 milyon ABŞ…

Read More
Cəmiyyət 

İlin son Günəş tutulması başa çatıb

İlin ikinci və son Günəş tutulması başa çatıb. “Report”un xəbərinə görə, bu, qismən tutulma olub. Təbiət hadisəsi saat 21:29:32-də başlayıb və sentyabrın 22-si saat 01:53:33-də sona çatıb. Tutulma 4 saat 22 dəqiqə davam edib. Təbiət hadisəsinin maksimumu sentyabrın 21-i saat 23:43:04-də olub. Hadisə Sakit okean, Yeni Zelandiya və Antarktidada görünsə də, Azərbaycandan müşahidə edilməyib.

Read More
Cəmiyyət 

Sülh – bəşəriyyətin ən böyük zəfəridir!

21 Sentyabr – Beynəlxalq Sülh Günüdür Hər il  21 sentyabr tarixi bütün dünya ölkələrində “Beynəlxalq Sülh günü” kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə dövlət, habelə vətəndaş cəmiyyəti qurumları və icmalar tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.  Respublikamızda  “Beynəlxalq Sülh günü” ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il 21 avqust-21 sentyabr tarixlərində  “Sülh aylığı” elan edilmişdir ki, həmin dövr ərzində bir çox kütləvi maarifləndirmə tədbirləri keçirilir. 2022-ci il 9 sentyabr  tarixdə Laçın Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Ağcabədi regional bölməsinin birgə təşkilatçılığı…

Read More
Cəmiyyət 

Təzə qozun möcüzəvi faydaları – yemək üçün 6 əsas səbəb

Təzə qoz yalnız dadlı qəlyanaltı deyil, həm də sağlamlıq üçün çox faydalı qidadır. Hər bir tumunda bir sıra vitaminlər, minerallar və sağlam yağ turşuları mövcuddur ki, bu da onu gündəlik qidalanmada vacib edir. Ürək-damar sistemi üçün faydalıdır: Qoz sağlam yağ turşuları, xüsusilə omega-3 ilə zəngindir, bu isə xolesterolu normallaşdırmağa və ürək xəstəlikləri riskini azaltmağa kömək edir. Beyin sağlamlığını dəstəkləyir: Qoz beyin funksiyalarını gücləndirən antioksidantlar və omeqa-3 yağ turşuları ehtiva edir, yaddaş və diqqəti artırır. Antioksidant təsiri var: Təzə qoz sərbəst radikallara qarşı mübarizə aparır, hüceyrə yaşlanmasını ləngidir və ümumi sağlamlığı dəstəkləyir. İmmuniteti gücləndirir: C…

Read More
Cəmiyyət 

Maqnit qasırğası yaxınlaşır: bu gün baş verəcək

Bir neçə günlük sakitlikdən sonra Yer kürəsində yeni maqnit qasırğası gözlənilir. Sentyabrın 21-də Yer kürəsində yeni maqnit qasırğası başlayacaq. Neçə gün davam edəcəyi hələlik məlum deyil. Meteoagentlərin məlumatına görə, maqnit qasırğalarının gücünü ölçən K indeksi 5-ə yaxınlaşacaq. Britaniya Geoloji Xidməti həmçinin sentyabrın 21-də Yer kürəsini fırtınalarla vuracağını bildirir. Onların fikrincə, planetimizə tac dəliyindən yüksək sürətli axın enəcək. Bunun G1 səviyyəli maqnit fırtınasının fərdi dövrlərinin az olma ehtimalı ilə bəzi aktiv dövrlərə səbəb olacağı gözlənilir. Alimlərin dediyinə görə, maqnit qasırğaları daha tez-tez baş verəcək Yeni araşdırma Günəşin “oyandığını” göstərib. Onun fəaliyyəti…

Read More
Cəmiyyət 

“Ən şirin zəhər”: Orqanları yavaş-yavaş əridir

19-25 sentyabr “Şəkər istehlakına diqqət həftəsi” çərçivəsində mütəxəssislər şəkərin orqanizmə gizli təsirləri barədə xəbərdarlıq edib. Diyetoloq Berna Ertuğ bildirib ki, təbii şəkərlər (meyvə, tərəvəz, taxıl və süd məhsullarında olan) sağlamlıq üçün problem yaratmır. Çünki bu qidalar lif, mineral, antioksidant, protein və kalsiumla zəngindir və bədəni yavaş şəkildə enerji ilə təmin edir. Üstəlik, bu məhsullar xroniki xəstəliklərin riskini azaldır. Əlavə şəkər isə sağlamlığın əsas düşmənidir. Qazlı içkilər, meyvə şirələri, şirniyyat, tort, peçenye və hətta çörək, ketçup və kolbasa kimi məhsullara qatılan şəkər həddən artıq istifadə olunduqda ciddi xəstəliklərə yol açır. Gündəlik…

Read More
Cəmiyyət 

Fərdaya ağır itki – FOTO

Aktyor Fərda Xudaverdiyevə ağır itki üz verib. Onun anası Zeynəb xanım vəfat edib. Bu barədə Fərda sosial şəbəkədə paylaşım edib: “Mənim ilk və tükənməz sevgim, anam. Nur içində yat”. Qeyd edək ki, ötən il əməliyyat olunan mərhumun bir böyrəyi götürülmüşdü. (Axşam.az)

Read More