Cəmiyyət 

Xankəndidə Şəhər Günü geniş konsert proqramı və atəşfəşanlıqla başa çatdıFOTO

Mədəniyyət Nazirliyi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Xankəndidə keçirilən Şəhər Günü münasibətilə möhtəşəm konsert proqramı təqdim olunub. ARANTV.AZ xəbər verir ki, bayram konserti F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında Telman Hacıyevin “Vətən süitası” ilə başlanıb. Sonra Fəxri Kazım Nicat Polad Bülbüloğlunun “Azərbaycan”, Əməkdar artist Almaz Orucova “Nə olaydı, yarım olaydı” Azərbaycan xalq mahnısı və Tofiq Quliyevin “Azərbaycana gəlsin”, Ayşən Mehdiyeva Hatəm Nəbioğlunun “Vətən”, İlhamə Qasımova Elza İbrahimovanın “Ey Vətən”, Əməkdar artistlər Anar Şuşalı Cahangir Cahangirovun “Cənnətim Qarabağ”, Fehruz…

Read More
Cəmiyyət 

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində benefisiarların və “İnklüziv DOST” könüllülərinin iştirakı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş fləş-mob keçirilib. AZƏRTAC xəbər verir ki, həssas qruplardan olan uşaq və yeniyetmələr tariximizə hörmət, vətənə bağlılıqlarını özlərinə məxsus şəkildə nümayiş etdiriblər. “Bayatı-Şiraz” muğamından parçanı Mərkəzin görmə məhdudiyyətli benefisiarı Müslüm Müslümzadə səsləndirib.

Read More
Cəmiyyət 

Süni mayalanmanın bahalı sınağı: Hər klinika istədiyi qiyməti tətbiq edir

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 392 qadın süni mayalanma yolu ilə uşaq dünyaya gətirib. Bu, 2023-cü illə müqayisədə 62 nəfər azdır. Statistikaya nəzər yetirdikdə, 2021-ci ildə 391, 2022-ci ildə isə 395 qadının hamiləliyi süni mayalanma nəticəsində uğurla yekunlaşıb. Bu azalma tendensiyası “ölkədə süni mayalanma ilə bağlı vəziyyət necədir?” sualını gündəmə gətirir. Maraqlıdır, bu sahədə hansı problemlər var? Azalmanın səbəbi nədən ibarətdir? Qiymətlər necə dəyişir? Dünyada süni mayalanma ilk dəfə 1978-ci ildə, Azərbaycanda isə 2004-cü ildə tətbiq edilib. Hazırda dünyada süni mayalanma yolu ilə doğulan uşaqların sayı 8…

Read More
Cəmiyyət 

Maşın bazarı ilə bağlı VACİB XƏBƏR – Yeni ildən sonra…

Son vaxtlar maşın bazarında nəzərəçarpacaq durğunluq müşahidə olunur. İkinci əl avtomobillərə olan maraq əvvəlki illərlə müqayisədə azalıb. Bəs bunun səbəbi yalnız yüksək qiymətlərdir, yoxsa alıcıların seçimlərinə təsir edən başqa amillər də var? Nəqliyyat məsələləri üzrə ekspert Eldar Bəşirov mövcud vəziyyətin səbəblərini “Yeni Sabah”a belə açıqlayıb: “Son aylarda avtomobil bazarında əsas tendensiya Çindən gətirilən yeni maşınların artmasıdır. Bu avtomobillər həm qiymət baxımından münasibdir, həm də müasir texnologiyalar və komfort imkanları ilə seçilir. Məhz buna görə də alıcıların çoxu artıq köhnə maşınlara deyil, təzə modellərə üstünlük verir. Əksinə, köhnə avtomobillərin qiymətləri bazarda…

Read More
Cəmiyyət 

“Yollar biabırçılıqdır, ürəyim partlayır”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu yollardakı tıxacdan şikayətlənib. İnstaqram səhifəsində canlı yayım açan sənətçi Bakıda ödənişli yolların açılacağına sevinib: “Zooparkın yanındayam. Şəhərdə bütün yollar dayanıb, biabırçılıqdır. Evdən çıxanda gedəcəyim ünvana tətbiq 35 dəqiqə göstərirdi, indi isə 45 dəqiqə oldu. Tıxacda ürəyim partlayır. Adam bilmir nə etsin. Təki Bakıda ödənişli yollar açılsın. Bütün günü maşını o zolaqda sürərəm, əziyyət çəkməzdim”.  (Axşam.az)

Read More
Cəmiyyət 

Goranboyda heyvanlar minaya düşüb

Goranboyda xırdabuynuzlu heyvanlar minaya düşüb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndi ərazisində, keçmiş təmas xəttində qeydə alınıb. Kənd sakininə məxsus xırda buynuzla mal-qara piyada əleyhinə minaya düşüb. Hadisə nəticəsində qoyunlardan biri tələf olub, digəri isə yaralanıb, kənd sakini xəsarət almayıb. Mina partlayışı ilə bağlı əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Read More
Cəmiyyət 

Artıq yaslara dəvətnamə ilə çağırılacağıq

Artıq yas mərasimlər üçün də dəvətnamələrə rast gəlmək olur. Halbuki, əvvəllər dəvətnamə adətən şad günlərdə toy, ad günü kimi mərasimlərdə istifadə olunur. Milli.Az xəbər verir ki, yas dəvətnaməsi də bir növ toy dəvətnaməsi kimidir. Sadəcə biri xoş xəbər daşıyır, digəri isə bəd xəbər. Sosioloq Rəşad Əsgərov bildirir ki, bu hallar cəmiyyət tərəfindən də bir mənalı olaraq xoş qarşılanmır. Bu hallar insanlarda qıcıq, əsəb yaradır. İlahiyyatçı Ağa Hacıbəyli bildirir ki, dinə görə yas mərasimi 3 gün davam edir: “7 və 40 mərasimləri isə cəmiyyətə görə formalaşıb. Bu mərasimlərə dəvətnamə ilə çağırmaq yanlış hesab…

Read More
Cəmiyyət 

BDYP: Əlverişsiz hava şəraitində ikitəkərli nəqliyyat vasitələrindən istifadə təhlükəlidir

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitində ikitəkərli nəqliyyat vasitələrindən istifadə ilə bağlı sürücülərə xəbərdarlıq edib. BDYPİ-dən AZƏRTAC-a bildirilib ki, yağıntılı və küləkli hava zamanı skuter, moped, velosiped və digər ikitəkərli nəqliyyat vasitələrinin idarə olunması ciddi risk daşıyır. Yol örtüyünün sürüşkənliyi, görmə imkanlarının məhdudlaşması, küləyin təsiri və balansın tez itirilməsi qəza ehtimalını dəfələrlə artırır. Qeyd olunub ki, belə şəraitdə yola çıxmaq həm sürücülərin özləri, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradır. İkitəkərli nəqliyyat vasitələrinin sürücüləri qəza zamanı ən çox xəsarət alan qruplardan hesab olunur. Buna görə də güclü…

Read More
Cəmiyyət 

Kəlbəcərə növbəti köç karvanı yola salınıb

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb. “Report”un Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 29 ailə (115 nəfər) köçürülür. Kəlbəcərə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu köçlə Kəlbəcərə qayıdan ailələrin sayı 81-ə (337 nəfər) çatacaq.

Read More
Cəmiyyət 

Xankəndidə Şəhər Günü qeyd olunur – YENİLƏNİB

Xankəndi şəhərindəki Konqres Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyi təşkilatçılığı ilə “Qarabağ – obyektivdən tarixə” adlı fotosərgi açılıb. Bu barədə Musavat.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, digər rəsmilər, mədəniyyət xadimləri və doğma yurda qayıtmış sakinlər iştirak ediblər. Sərginin əsas məqsədi Azərbaycanın qədim diyarı olan Qarabağın azad olunmuş ərazilərindəki təbii gözəllikləri, tarixi abidələri və bərpa-quruculuq prosesini peşəkar fotoqrafların obyektivindən ictimaiyyətə təqdim etməkdir. ​Sərgidə Fətəli Fətəliyev, Arif Ələkbər, Vüqar İbadov, Kamran Əsədov,…

Read More