Cəmiyyət 

Kəlbəcərə dolu düşüb

Kəlbəcər rayonuna dolu yağıb. “Report”un Qərb bürosunun məlumatına görə, rayon ərazisində leysan xarakterli yağış yağıb, həmçinin dolu düşüb. Bir müddət davam edən dolu ərazidə təsərrüfatla məşğul olanlar üçün çətinlik yaradıb, bir sıra fəsadlara səbəb olub. Hazırda yağıntılı hava şəraiti davam edir.

Read More
Cəmiyyət 

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün – sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. “Report”un xəbərinə görə, Azərbaycanda bu gün artıq ikinci dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır. Belə ki, bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin erməni sepratçılarından təmizlənməsindən iki il ötür. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi…

Read More
Cəmiyyət 

Laçın və Kəlbəcərə qar yağır – VİDEO

ARANTV.AZ  xəbər verir ki, ölkənin qərb bölgəsində hava şəraiti kəskin dəyişib, Laçın və Kəlbəcər rayonlarının yüksək dağ kəndlərinə qar yağıb. Son günlər davam edən yağıntılı hava şəraiti nəticəsində Laçının Qorçu, Malıbəyli və Zülfüqarlı kəndlərində qar yağışı müşahidə olunur və hazırda da davam edir. Eyni zamanda, Kəlbəcər rayonunun bəzi yüksək ərazilərinə də qar düşüb. Rayonlarda ümumilikdə yağıntılı hava hökm sürür və axşam saatlarından etibarən ucqar dağ kəndlərində qar yağışı güclənib. //VİDEO: Report

Read More
Cəmiyyət 

Bu ərazilərə qar yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata əsasən, ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Əksər yerlərdə leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır. Düşən yağıntının miqdarı Zaqatalada 49, Qusarda 41, Oğuzda 40, Daşkəsən, Balakəndə 37, Qubada 36, Qax (Sarıbaş), Xaltanda 32, Şəki, Gədəbəy, Qrızda 28, Tovuz, Xınalıqda 27, Göygöldə 23, Şamaxıda 22, Qəbələdə 21, Altıağac, Mingəçevirdə 20, Şəmkirdə 19, Gəncədə 18, Sədərəkdə 17, Şabranda 13, Goranboy, Bərdədə 11, Yevlax, Göyçay, Naftalanda 9, Şərur, Bakıda və Abşeron yarımadasında 8, Ağdam, Ağstafada 7, Tərtər,…

Read More
Cəmiyyət 

“Qoz ağacının altında oturmaq olmaz” inancı düz çıxdı – elm açıqladı

“Qoz ağacının altında yatmaq bəla gətirir” inancı elmi şəkildə açıqlanıb. İllərdir nəsildən-nəslə ötürülən bir inanışa görə, qoz ağacının altında yatmaq və ya oturmaq insana bəla gətirir. Lakin elm adamları bunun xurafat olduğunu, amma müəyyən bir elmi səbəbin mövcudluğunu bildirirlər. Araşdırmalara görə, qoz ağacları sülfür qazı ifraz edir. Bu qaz havadan ağır olduğu üçün ağacın dibinə çökür və orada uzun müddət qalan insanlarda başgicəllənmə və halsızlıq yarada bilir. Qoz ağacları bəzən parazit və müxtəlif xəstəliklərə həssas olur. Ona görə də ağacın dibində uzun müddət qalmaq müəyyən risklər yarada bilər. Qoz ağacı…

Read More
Cəmiyyət 

Lüks oteldə 5 ulduzlu, 8 guşəli yurta

Varıb getmişdim Qazaxıstana. Son illərdə yolum eyzən Asiyaya düşür – özü də düz ortasına. Açığı, artıq Avropa ölkələri məni cəzb eləmir. Əslində, heç dəvət edən də yoxdur. Təvazökarlıqdan Tenqri dağı qədər uzaq olsa da, deyim ki, Türküstan ellərində özümə və ölkəmizə hörmət görürəm. Qoca Şərq, müdrik Asiya başqadır – bütün mənfisi-müsbəti ilə. Dostlara deyirəm ki, adamın ömrü 500 il ola, 200-nü vətəndə yaşaya, 100-nü Qazaxıstanda, 100-nü – Özbəkistanda, 67-ni – Qırğızıstanda, 33-nü – Türkmənistanda. Sonuncu rəqəm sual doğura bilər. Onun açması odur ki, hələlik Türkmənistanda 1 il yaşamaq 3 il…

Read More
Cəmiyyət 

Kəlbəcərə dolu düşüb

Kəlbəcər rayonuna dolu yağıb. ARANTV.AZ  xəbər verir ki, rayon ərazisində leysan xarakterli yağış yağıb, həmçinin dolu düşüb. Bir müddət davam edən dolu ərazidə təsərrüfatla məşğul olanlar üçün çətinlik yaradıb, bir sıra fəsadlara səbəb olub. Hazırda yağıntılı hava şəraiti davam edir.

Read More
Cəmiyyət 

308 saylı məktəbin direktoru pul yığdığına görə işdən QOVULDU- RƏSMİ

Paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Qurumdan Musavat.com-a daxil olan məlunatda bildirilir ki, araşdırma nəticəsində məktəbin direktoru Təranə Məmmədova tutduğu vəzifədən azad olunub və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib:”Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”. Qeyd edək ki, sosial şəbəkələrdə Yasamal rayonunda…

Read More
Cəmiyyət 

Pirşağı-Xırdalan yolu bu tarixdə yekunlaşacaq

Hazırda Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən layihənin 51 %-ni icra edilib. Bəs Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi nə zaman yekunlaşacaq? Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, yolun tikintisinin növbəti il üçün tamamlanması planlaşdırılır. Qeyd edək ki, uzunluğu 29 kilometr olan avtomobil yolu 1B texniki dərəcəli və 6 hərəkət zolaqlı olmaqla inşa edilir. Layihə çərçivəsində 9 yol qovşağı, 13 yol ötürücüsü, 1 kanal körpüsü və 2 açıq-qapalı tunel tipli yol ötürücüsünün tikintisi nəzərdə tutulub.

Read More
Cəmiyyət 

Azərbaycanda qatar 7 nəfəri vuraraq öldürüb

2025-ci ilin 8 ayı ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) qatarlarının maşinistləri yola qəfil insan çıxması nəticəsində 81 dəfə təcili tormozlama etməli olublar. ADY-dən BiG.AZ-a verilən məlumata görə, bəzi hallarda isə məsafə çox qısa olduğundan hadisə qaçılmaz olub. Qatar qarşısına insan çıxması nəticəsində 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Məlumatda bildirilir ki, bu hadisələr, əsasən, dəmir yolu ətrafında yaşayan insanların, bu yollardan mütəmadi istifadə edən piyadaların diqqətsizliyindən baş verir: “Həmçinin piyadaların dəmir yolunun müəyyən edilməmiş yerlərdən keçməsi İnzibati Xətalar Məcəlləsinin pozulmasıdır. “Dəmir yolu xətlərini keçərkən qulaqlıqdan istifadə etməmək, sağa və…

Read More