Cəmiyyət 

8 ayda qatarların qarşısına 81 dəfə qəfil insan çıxıb

Bu ilin yanvar-avqust aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) qatarlarının qarşısına 81 dəfə qəfil insan çıxıb. Bu barədə Musavat.com-a səhmdar cəmiyyətdən məlumat verilib. Bildirilib ki, bunun nəticəsində maşinistlər təcili tormozlama etməli olub: “Bəzi hallarda isə məsafə çox qısa olduğundan hadisə qaçılmaz olub: 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb. “ADY bir daha xatırladır ki, dəmir yolu xətlərini keçərkən qulaqlıqdan istifadə etməyin, sağa və sola baxın, hər 2 tərəfdən qatarın gəlmədiyinə əmin olduqdan sonra yolunuza davam edin”, – deyə qurum bəyan edib.

Read More
Cəmiyyət 

7 uşağı məktəbə yola salan ata: “İnəyimizin ətindən, toyuğun yumurtasından…əla dolanırıq” – (MÜSAHİBƏ)

Yeni tədris ili başlayarkən sosial şəbəkələrdə diqqətçəkən bir foto yayıldı. Kadrlarda bir ailənin 6 övladının eyni gündə məktəbə yola salınması əks olunmuşdu. Bu qeyri-adi mənzərə Zərdab rayonunun Sarıqaya kəndinə məxsusdur. Burada yaşayan fiziki tərbiyə müəllimi Amil Mustafayev bu il 6 övladını məktəbə aparıb. Ailənin ən kiçik üzvü isə hələ bağçaya gedir. Beləliklə, Mustafayevlər ailəsi 7 uşaqla kəndin ən çoxuşaqlı ailələrindən biridir. Müasir dövrdə əksər ailələrin bir və ya iki uşaqla kifayətləndiyi bir zamanda yeddi övlad böyütmək, onları təhsilə yönləndirmək əsl möcüzə və fədakarlıq nümunəsidir. Musavat.com fədakar ata olan Amil Mustafayevlə söhbətləşib.…

Read More
Cəmiyyət 

Nazir Fərid Əhmədov Naxçıvan şəhərində vətəndaşları qəbul edib

Ədliyyə naziri Fərid Əhmədov 19 sentyabr tarixində Naxçıvan şəhərində vətəndaşları qəbul edib. Qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub. Qəbulda Naxçıvan şəhəri və Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından ümumilikdə 56 vətəndaşın ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının…

Read More
Cəmiyyət 

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. ARANTV.AZ  xəbər verir ki, məlumata əsasən, bu gün axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi sentyabrın 21-dək davam edəcək. Məlumata əsasən, həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir. Qeyd olunub ki, dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 3.0-5.0 m. çatacağı proqnozlaşdırılır.

Read More
Cəmiyyət 

Tütün şirkəti xəbərdarlıq edir: “Siqaret… ziyandır” – Bəs onun alternativi nədir?

Dünən Qazaxıstanın paytaxtı Astanada “Technovation” adlanan tədbirdəydik. Konfransı dünyaca ünlü tütün şirkəti “Filipp Morris” təşkil etmişdi. Ancaq “Technivation” toplantısında müzakirə olunan mövzuları dinləyəndə elə zənn etmək olardı ki, bu, hansısa tütün şirkətinin təşkil etdiyi tədbir deyil, ona qarşı olan başqa bir təşkilatın “qara piar” kampaniyasıdır. Başqa sözlə, baş tutmuş tədbiri “Filipp Morris”in öz ayağına balta vurması kimi də səciyyələndirmək olardı. Çünki toplantının tez-tez təkrarlanan bir devizi vardı: “Siqaret çəkmirsinizsə, başlamayın, çəkirsinizsə, tərgidin, tərgitmirsinizsə, dəyişin”. Məsələ məhz bu “dəyişin”in başındadır. Yuxarıda adı çəkilən tütün şirkəti siqaretin insan orqanizminə, onun salamlığına zərəri…

Read More
Cəmiyyət 

DYP məktəblilərin öldüyü hadisə ilə bağlı çağırış etdi

DİN-in Baş DYP İdarəsi Lənkəran rayonunda məktəbli bacı-qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı müraciət edib. İdarədən bildirilib ki, bu faciə bir daha göstərir ki, yol hərəkəti qaydalarına əməl olunmaması ən ağır nəticələrə gətirib çıxarır: “Bir daha bütün sürücülərin diqqətinə çatdırırıq ki, yollarda — xüsusilə yaşayış məntəqələrində, məktəb və bağça ərazilərində hərəkət zamanı sürət həddi qanunvericiliyin tələblərinə uyğun seçilməli, məsuliyyətli davranılmalıdır. Piyadalara da xatırladılır ki, yalnız təyin olunmuş keçidlərdən istifadə etməli, hərəkətə başlamazdan əvvəl ətrafı diqqətlə müşahidə etməli və sürücülər üçün gözlənilməz vəziyyət yaratmamalıdırlar. Valideynlərdən xahiş olunur ki, uşaqların…

Read More
Cəmiyyət 

Zaqatala-Yevlax magistralına təhlükə yaradan məşhur restorana protokol yazıldı

Zaqatalada Tala çayının sahilində qanunsuz tikinti dövlət qurumlarını hərəkətə keçirib. Musavat.com-a daxil olan məlumata görə, Tala çayının sahilində, “Tala Rooms” restoranının ərazisindən keçən Qaraçay üzərində qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb. Hadisə ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinə vətəndaş müraciəti daxil olub. Məsələ araşdırıldıqdan sonra bəlli olub ki, vətəndaş Abakar Rəcəbov tərəfindən heç bir mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətinə aid torpaq sahəsində tikinti-quraşdırma işləri aparılır. Daha dəqiq desək, sözügedən ərazi su fondu torpaqları kateqoriyasına, eləcə də bələdiyyə mülkiyyətində olan…

Read More
Cəmiyyət 

Xankəndi, Xocalı, Ağdərədə qismən yararlı evlər müəyyən edilib

Qarabağa köç planına əsasən, 19 yaşayış məntəqəsinə, o cümlədən, Xankəndi, Xocalı, Ağdərəyə əhalinin köçü ilə bağlı təmir-bərpa işlərinin aparılması məqsədilə qismən yararlı evlər müəyyən edilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyi məlumat yayıb. Belə ki, bu sırada Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Xocalı rayonunun 11 kəndi (Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad, Şuşakənd, Almalı, Çanaqçı və Mehdibəyli) və Ağdərə rayonunun 7 kəndi (Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Aşağı Oratağ və Çapar) var. Belə ki, ölkə başçısının iştirakı ilə Xocalı rayonunun Ballıca…

Read More