Nuru Paşanın müqəddəs ruhu Bakı səmasında dolaşır…
Azərbaycan xalqının tükənməz məhəbbətini qazanmış Nuru Paşa 1889-cu ildə İstanbulda anadan olub. Atası Əhməd Paşa və böyük qardaşı Ənvər Paşa Türkiyədə sayılıb-seçilən hərbçilər idi. Əvvəllər Nuru Paşanın arzusu rəssam olmaq idisə, sonralar ömrünü hərbi işə bağlamalı oldu. Bakını azad etməsi gənc Paşanın ilk böyük qələbəsi idi. Bu zəfər yürüşündən sonra Türkiyəyə qayıtmalı olan Nuru Paşa yeni sınaqlarla üzləşdi. Təcavüzkar Sovet hakimiyyətinin ermənipərəst rəhbərliyi Azərbaycanda bolşevik hakimiyyətinə qarşı mübarizə aparan Nuru Paşanın təqibini Türkiyə ərazisində də davam etdirdi. Daşnaklar ondan amansız qisas almağa qərar vermişdilər. Sovet rəhbərliyi ilə Türkiyənin müxtəlif səviyyəli heyətləri arasında…
Read More