Cəmiyyət 

Azərbaycanda 2019–2024-cü illərdə hüquq-mühafizə orqanları narkotik vasitələrlə bağlı 47 min 863 fakt aşkarlayıblar

Azərbaycanda 2019–2024-cü illər ərzində hüquq-mühafizə orqanları tərəfindən müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə edilərək narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə işinin gücləndirilməsi nəticəsində ümumilikdə 47 min 863 fakt aşkarlanıb. AZƏRTAC xəbər verir ki, bu barədə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd edilib. Bildirilib ki, onlardan 16 min 458-i narkotik vasitələrin və psixotrop maddələrin satışı, 29 min 148-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilib saxlanılması, 1877-si narkotik xassəli bitkilərin qanunsuz…

Read More
Cəmiyyət 

Koronavirusun ən uzun davam edən yoluxma halı aşkarlandı

Amerikalı həkimlər COVID-19 infeksiyasının ən uzun sürən halını qeydə alıblar: virus xəstənin orqanizmində ölümünə qədər 776 gün ərzində qalıb. Bu nadir klinik hal barədə nüfuzlu “The Lancet: Microbe” elmi jurnalında dərc edilən məqalədə xəbər verilib. Söhbət antiretroviral terapiya qəbul etməyən, İİV-ə (insanın immunçatışmazlığı virusu) yoluxmuş 41 yaşlı kişidən gedir. Zəifləmiş immun sistemi səbəbindən virus onun orqanizmində uzun müddət qalaraq daim adaptasiya olunub. İlk simptomlar – öskürək, baş ağrıları və yorğunluq 2020-ci ilin may ayında özünü göstərsə də, COVID-19 diaqnozu yalnız həmin ilin sentyabrında xəstəxanaya yerləşdirildikdən sonra təsdiqlənib. Aylar ərzində xəstənin…

Read More
Cəmiyyət 

Narkotik vasitələrlə bağlı Dövlət Proqramı təsdiqləndi

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini həyata keçirməli, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Read More
Cəmiyyət 

“Əgər gözlər bulanıq və ya batmış vəziyyətdədirsə, bu, balığın köhnə olduğuna işarədir” – Qida Eksperti

Balıq həm zülal, həm də omega-3 yağ turşuları ilə zəngin olduğu üçün sağlam qidalanmanın vacib hissəsi sayılır. Amma balıq düzgün seçilmədikdə həm dad, həm də sağlamlıq baxımından risklər yarana bilər. Qida eksperti Hüseyn Kərimov BiG.AZ-a bildirib ki, balıq alarkən ilk növbədə onun təzəliyinə diqqət etmək lazımdır.Gözləri şəffaf, parlaq və şişkin olmalıdır. Əgər gözlər bulanıq və ya batmış vəziyyətdədirsə, bu, balığın köhnə olduğuna işarədir: “Qoxusu təmiz, dəniz və ya göl suyu qoxusuna bənzəməlidir. Kəskin, xoşagəlməz qoxu balığın xarab olduğunu göstərir.Dərisi parıltılı və nəmli olmalıdır. Quru və ya rəngi solğun balıqdan uzaq durmaq…

Read More
Cəmiyyət 

Salatın Əsgərovanın aparıcı oğlunun son halı “ürək sızlatdı” – VİDEO

Xəbər verdiyimiz kimi, narkotik aludəçiliyindən əziyyət çəkən aparıcı hazırda Nəsimi Nəbizadə Reabilitasiya Mərkəzində müalicə alır. Aparıcının yeni görüntüləri sosial şəbəkədə yayılıb. Keçmiş diktorun qısa müddət ərzində səhhətində müsbət dəyişikliklərin olduğu sezilib. Bundan əlavə, içki aludəçilikdən əziyyət çəkən Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı Azərbaycanın Birinci Qarabağ müharibəsində həlak olan ilk xanım jurnalisti Salatın Əsgərovanın aparıcı oğlu Ceyhun Əsgərov da sözügedən bəladan xilas olmaq üçün müəssəyə gətirilib. Onun ağır vəziyyətdə olduğu diqqətdən qaçmayıb. Həmin görüntüləri təqdim edirik: Milli.az

Read More
Cəmiyyət 

Bakı metrosu saat 02:00-a qədər işləyəcək – Bu tarixlərdə

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar iş rejimində dəyişiklik edəcək. Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, sentyabrın 19-dan 20-nə və 20-dən 21-ə keçən gecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. “Yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək, əlavə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq. Rahat və təhlükəsiz səfərlər üçün metropolitendən düzgün istifadə qaydalarına riayət etməyi unutmayaq”,- əlavə edilib.

Read More
Cəmiyyət 

Paytaxtda bu əyləncə ölüm saçır: Elektrikli skuterlər nəzarətdən çıxıb REPORTAJ – FOTO

Son vaxtlar Bakı küçələrində gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmiş elektrikli skuterlər getdikcə daha çox narahatlığa səbəb olub. Xüsusilə də uşaqlar və yeniyetmələr arasında populyarlaşan bu nəqliyyat vasitəsi bir çox hallarda təhlükəli hadisələrlə nəticələnir. İlk baxışdan əyləncəli və rahat görünsə də, skuterlərin düzgün istifadə olunmaması ağır travmalara, hətta həyat üçün riskli vəziyyətlərə səbəb ola bilir. Sürücülərin skuterlə şəhərin küçə və prospektlərində yüksək sürətlə hərəkət etməsi, xüsusən piyadalar üçün ciddi təhlükə yaradır. Bakı Bulvarında şahidi olduğum son hadisə buna bir misal ola bilər. Belə ki, bir yeniyetmə sürətini saxlaya bilməyərək uşaqla toqquşub…

Read More
Cəmiyyət 

Özbəkistanın aparıcı ali təhsil ocağında Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə auditoriya açılıbFOTO

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdində Heydər Əliyev Adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənd şəhərindəki Yunis Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutunda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə Azərbaycan Milli Musiqisi auditoriyası yaradılıb. Açılışda çıxış edən sözügedən ali təhsil ocağının rektoru professor Eldar Şermanov təkcə Azərbaycanın deyil, bütünlükdə Şərq musiqisinin inkişafında özünəməxsus yeri olan dahi bəstəkar Ü.Hacıbəylinin yaradıcılığından söz açaraq onun özbək musiqisinin inkişafına vermiş olduğu töhfələri də qeyd edib. Azərbaycan musiqisinə Özbəkistanda böyük marağın olduğunu bildirən rektor belə bir mərkəzin məhz onun…

Read More
Cəmiyyət 

Azərbaycanda kəskin istilər düşəcək?

Türkiyə Meteorologiya Xidməti ölkənin bir sıra bölgələrində havanın kəskin istiləşəcəyi ilə bağlı xəbərdarlıq yayıb. Maraqlıdır, Türkiyədə gözlənilən kəskin istilər Azərbaycana da təsir göstərə bilərmi? Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov “konkret.az”a açıqlamasında bildirib ki, Azərbaycanın coğrafi şəraiti Türkiyə ilə müqayisədə fərqli olduğundan iqlim və hava şəraiti də başqadır. “Ümumdünya Meteorologiya Təşkilatının (WMO) son proqnozlarında qeyd olunur ki, sentyabr ayından etibarən La Nina hava və iqlim modellərinə müvəqqəti soyutma təsiri göstərə bilər. Buna baxmayaraq payız fəslinə xas olan bəzi meteoroloji göstəricilər norma daxilində tərəddüd edəcək. Yaxın günlərdə ölkəmizin sinoptik…

Read More