Cəmiyyət 

Taksilər üçün dayanacaq məntəqələrinin yerləri müəyyən ediləcək

Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtomobil nəqliyyatı üçün yeni qaydalar müəyyənləşir Bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, ümumi istifadədə olan sərnişin avtomobil nəqliyyatına, habelə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinə dair ümumi tələblər avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən olunacaq. Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsi, onların quraşdırılması, idarə edilməsi və saxlanılması…

Read More
Cəmiyyət 

“eManat”da ciddi pozuntular aşkarlandı

Mərkəzi Bank “eManat”da ciddi qanun və normativ pozuntuları aşkarlayıb “Modenis” MMC-də həyata keçirilən planlı yoxlama çərçivəsində qanunvericilik və normativ aktların tələblərinin pozulması halları aşkar edilib. Mərkəzi Bank tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçulugun maliyyələşməsinə dair mübarizə, habelə nağd pulla işin təşkili, informasiya təhlükəsizliyi, daxili nəzarət və risklərin idarə edilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması üçün icrası “Modenis” MMC-yə məcburi göstərişlər verilib. Qeyd edək ki, “Modenis” MMC “eManat” əmtəə nişanı adı altında fəaliyyət göstərir.\\Milli.Az

Read More
Cəmiyyət 

Süni intellektin təhsildə yaratdığı inqilab

Süni intellekt inqilabı müasir dövrdə təhsil sisteminin transformasiyasında misilsiz dinamika nümayiş etdirir. Bu proses bir tərəfdən öyrənmə təcrübələrinin fərdiləşdirilməsi, pedaqoji fəaliyyətlə məşğul olanların gündəlik işinin dəstəklənməsi, digər tərəfdən isə təhsil menecerlərinin optimallaşdırılması baxımından fundamental imkanlar açır. Mövzunu “İki sahil”ə şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət Proqramları şöbəsinin müdiri, i.ü.f.d. Lətif Zeynallı bildirib ki, son illərdə aparılan tədqiqatlar süni intellektin bilik iqtisadiyyatında məhsuldarlığı əhəmiyyətli dərəcədə yüksəltmək potensialına malik olduğunu sübut edir. “Boston Consulting Group” və dünyanın nüfuzlu universitetlərinin ekspertləri tərəfindən 758 respondent arasında aparılan tədqiqatın nəticələrinə əsasən, GPT-4…

Read More
Cəmiyyət 

Bu içkiləri qaynar içməyin: Xərçəng riskini artırır

Mütəxəssislər çay, qəhvə və ya digər içkiləri qaynar şəkildə içənlərə xəbərdarlıq edirlər. Araşdırmalara görə, 65 dərəcə selsidən yuxarı temperaturda istehlak edilən içkilər qida borusu xərçəngi riskini artırır. 2016-cı ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bölməsi olan Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi qaynar içkiləri insanlar üçün kanserogen kimi təsnif edib. Son illər Avropada aparılan genişmiqyaslı tədqiqatlar da bu əlaqəni təsdiqləyib. İngiltərədə yarım milyon insan üzərində aparılan araşdırmada gündə səkkiz stəkandan çox qaynar içki içənlərin qida borusu xərçənginə tutulma riskinin altı dəfə çox olduğu müəyyən edilib. Araşdırmalara görə, qəhvə və çay üçün ideal içmə…

Read More
Cəmiyyət 

Bu qurumlar onlayn rejimə keçdi

Hökumət Evində yerləşən dövlət qurumlarının əməkdaşları 5 gün müddətində onlayn rejimdə fəaliyyət göstərəcək. Hökumət Evində yerləşən qurumlardan “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, buna səbəb Formula 1 yarışları ilə əlaqədar ərazidə hərəkətin məhdudlaşdırılmasıdır. Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşdiyindən sentyabrın 22-nə qədər binaya giriş qadağan olunub. Əməkdaşların da məhz həmin gündən işə qayıdacaqları qeyd olunub. Qeyd edək ki, Hökumət Evində bir neçə dövlət qurumu – Mədəniyyət Nazirliyi, Energetika Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkili, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, ADSEA tabeliyindəki Regional Su Meliorasiya Xidməti fəaliyyət göstərir.

Read More
Cəmiyyət 

Bu qədərdən artıq şokolad yemək olmaz – Endokrinoloqdan xəbərdarlıq

Böyüklərin gündə 25 qramdan artıq şokolad yeməsi zərərlidir. Milli.Az xəbər verir ki, bunu rusiyalı endokrinoloq Marqarita Belousova “gazeta”ya açıqlamasında bildirib. Onun sözlərinə görə şokolad təkcə dadına görə deyil, beyində “xoşbəxtlik hormonları” sayılan serotonin, dopamin və endorfinlərin ifrazını artırdığı üçün də sevilir. Bu isə əhval-ruhiyyəni yaxşılaşdırır və stressi azaldır. “Şokoladın həddindən artıq qəbulu artıq çəki, şəkərli diabet və ürək-damar xəstəlikləri riskini yüksəldir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, böyüklər gündə 25 qramdan çox şəkər qəbul etməməlidirlər. Bu baxımdan, şokolad üçün təhlükəsiz norma gündə 25 qram və ya həftədə 180 qram tünd şokolad…

Read More
Cəmiyyət 

Bu tarixlərdə yararsız pullarınızı dəyişdirə bilməyəcəksiniz

Sentyabrın 17-18-də Azərbaycan Mərkəzi Bankının (AMB) Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasındakı “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) vətəndaşlara müraciətində bildirilib. Bildirilib ki, “Nağd pul ofisi” növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcək. Qeyd edək ki, “Nağd pul ofisi” Mərkəzi Bank tərəfindən əhalidə olan tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə fəaliyyət göstərir.

Read More
Cəmiyyət 

Dərman bazarında bahalaşma: Komitə sədri və ekspertlər ÇAĞIRIŞ ETDİLƏR

“Dərmanların keyfiyyəti, əlçatanlığı və qiymətləri cəmiyyəti narahat edir”. Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitənin sədri Əhliman Əmiraslanov deyib. Komitə sədri bildirib ki, icbari tibbi sığortadan insanların məmnunluğu get-gedə artır, amma yenə də problemlər qalmaqdadır: “Ona görə də “Tibbi sığorta haqqında” Qanuna dəfələrlə dəyişikliklər edilir. Dərman vasitələrinin keyfiyyəti, əlçatanlığı cəmiyyəti narahat edən məsələdir. Seçicilər görüşlərdə dərmanların qiymətlərindən də narazılıqlarını bildirirlər”. Bu gün cəmiyyətdə daha çox müzakirə mövzusu səhiyyə, dərmanların keyfiyyəti və müalicə məsələsidir. Dərmanlarla bağlı sual doğuran iki məsələ var: birincisi, qiymət, ikincisi, keyfiyyət. Üçüncü məsələ dəqiqləşmiş diaqnoza uyğun dərmanın…

Read More
Cəmiyyət 

Bəd proqnozları yandıran “Qarabağ”

Hər işimiz belədir: ölçüləri mütləq köhnə meyarlarla götürərik, elə bilərik, indiyə qədər necə olubsa, yenə elə olacaq. Və bir xeyli halda yanılarıq. 1992-ci ilin apreli idi, Ayaz Mütəllibov prezidentlikdən istefa vermişdi, yeni seçkilər təyin edilmişdi, namizədlər göstərilirdi. Biləsuvarda qonaq idik, özünü təcrübəli və daha ağıllı adam kimi göstərən ev yiyəsi müdrik-müdrik deyirdi, hamısı boş şeydir, partokratlar hakimiyyəti verməz, Yaqub Məmmədov prezident seçiləcək. Onun o sözünün üstündən 1 ay keçdi, Yaqub Məmmədov prezident seçilmədi, hətta parlament sədrliyi vəzifəsini də tərk etdi, dedi, işləmirəm. Adam acıq edib, getdi və düz elədi. Süpürləşmə…

Read More