Cəmiyyət 

DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağıntılı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. İdarədən Musavat.com-a verilən məlumata görə, müraciətdə bildirilir ki, yağıntılı hava şəraiti yol örtüyünün sürüşkənliyini artırmaqla yanaşı, sürücülər və piyadalar üçün əlavə risklər yaradır: “Ölkəmizin əksər ərazilərində, o cümlədən paytaxt Bakı şəhərində yağıntılı hava şəraiti davam edir. Belə hava şəraiti yol örtüyünün sürüşkənliyini artırmaqla yanaşı, görmə imkanlarını da məhdudlaşdırır və bu, həm sürücülər, həm də piyadalar üçün əlavə risklər yaradır”. Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdar edib ki, sürücülər yol hərəkəti qaydalarına ciddi riayət etməli,…

Read More
Cəmiyyət 

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Culfada elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq. “Azərişıq” ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq çərçivəsində təsdiqlənmiş tədbirlər planına uyğun olaraq aparılacaq təmir-bərpa işləri səbəbindən Çeşməbasar yarımstansiyasından qidalanan 35 kV-luq Əbrəqunus hava xəttində təmir işləri görüləcək. Bu səbəbdən 35/10 kV-luq Əbrəqunus yarımstansiyasında gərginlik olmayacaq. Bununla əlaqədar sentyabrın 17-də, saat 10:00-dan 13:00-dək Camaldın, Bənəniyar, Saltaq, Göydərə, Əlincə, Xanəgah, Xoşkeşin, Gal, Şurut, Milax, Qazançı, Boyəhməd və Ləkətağ kəndlərinin elektrik təchizatında fasilələr olacaq. Qeyd olunub ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda mərhələli təmir işləri davam…

Read More
Cəmiyyət 

“Nikosayağı”ndan uzun zaman sonra ilk paylaşım – VİDEO

Bloger Nicat Şakirlinin (Nikosayagi) səhifəsində uzun müddət sonra paylaşım edilib. Onun hesabının hekayə bölməsində “Əziz dostum” mahnısı paylaşılıb. Blogerin təsirli paylaşımı sosial şəbəkələrdə diqqət çəkib. Xatırladaq ki, 2023-cü ilin avqustunda Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib. Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib. Onu da qeyd edək ki, Nicat səhifəsinin idarəsini qardaşı Nihat Mütəllimov və bloger Zaur…

Read More
Cəmiyyət 

“Qarabağ”ın “Benfika”nı Lissabonda darmadağın etməsinin sirri…

25 milyon 370 milyon avrodan böyükmüş… Portuqaliyanın paytaxtı Lissabon şəhərinin “Estádio da Luz” stadionunun tribunaları dünən gecə al qırmızı doluydu, qələbəyə – növbəti qələbəyə haqlı olaraq inanırdılar; üstəlik, “Benfika” oyunun başlarında birinci, az sonra ikinci qolu vurmuşdu. Belə olunca, 121 yaşlı, hələ də gücünü qoruyan şöhrətli Avropa klubu qarşısında ondan 83 il sonra qurulmuş, hazırda 38 yaşında olan, amma köklü dərdi və böyük ümidləri olan “Qarabağ” klubunun, bizim hamımızın halını düşünün… Bunlar azmış kimi, doğma şəhəri üç onillik işğaldan daha yenicə qurtulmuş bir klubdan danışırıq axı. Amma yenə də ümid…

Read More
Cəmiyyət 

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ – XƏBƏRDARLIQ

Pirallahı qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, qəsəbənin S. Bağırov küçəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar sentyabrın 17-si saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq. Bu müddətdə Pirallahı qəsəbəsi, Fioletov, S.Vurğun, S.Bağırov küçələrinin və 40-cı məhəllə adlanan ərazinin qaz təchizatında fasilə yaranacaq.

Read More
Cəmiyyət 

Acqarına olmaz: Həkim səhərlər bu içkiləri MƏSLƏHƏT GÖRMÜR

Səhərə portağal, bir fincan qəhvə və ya soyuq qazlı su ilə başlamaq mədədə ciddi problemlərə yol aça bilər. Bu barədə “Moskva 24”ə diyetoloq İrina Pisareva danışıb. Onun sözlərinə görə, sitrus meyvələri – portağal, limon, qreypfrut və naringi acqarına zərərlidir. Hətta onlardan hazırlanmış təzə şirələr də boş mədədə təhlükə yaradır. “Bu meyvələrin tərkibindəki turşular mədəyə daxil olduqda turşuluğu artırır. Nəticədə ürək yanması, qastrit və hətta xora riski yaranır”, – deyə ekspert bildirib. Pisareva bu meyvələri yeməkdən sonra yeməyi və ya sıyıqla birgə qəbul etməyi məsləhət görüb. Mütəxəssis həmçinin qəhvənin də zərərinə…

Read More
Cəmiyyət 

Sumqayıtda yaşayış binasında yanğın olub, 8 nəfər təxliyə edilib – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 8-ci mikrorayon, M.Ə.Sabir küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. “Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın pilləkən qəfəsliyində baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının elektrik lövhəsində 15 ədəd sayğac və elektrik açarları, 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər şaxta boyunca 15 p.m. elektrik kabeli və 5 ədəd…

Read More
Cəmiyyət 

Türklərin qurultayı başa çatdı – Ersin Gözələ yenidən etimad göstərildiFOTOVİDEO

Şimali Kiprdə 4 gün davam edən XX Türk Dünyası Gənclik Günləri və Qurultayı bu gün baş tutan möhtəşəm toplantı ilə başa çatıb. Dünya Türk Gənclər Birliyi tərəfindən təşkil olunan tədbir birliyin başqanı Ərsin Gözələ ən müxtəlif türk ölkələri tərəfindən təqdim olunan hədiyyələrlə başlayıb. İlk olaraq Azərbaycan nümayəndə heyəti öz hədiyyələrini təqdim edib. Daha sonra ən müxtəlif mövzular üzrə təşkil olunan komissiya rəhbərləri türk dünyası üçün çox vacib əhəmiyyət daşıyan qərarlarını elan ediblər. Dünya Türk Gənclər Birliyi başqanını müəyyən etmək üçün seçkilər keçirilib və Ərsin Gözəl yenidən qurumun rəhbəri seçilib. Ərsin…

Read More
Cəmiyyət 

DİN-in Hərbi İnstitutunda kursantların andiçmə mərasimi keçirildi – Video

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunda kursantların hərbi andiçmə mərasimi keçirilib. ARANTV.AZ xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən igid oğullarımızın əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub, dövlət himni ifa edilib. Daxili qoşunların komandanının müavini general-mayor İnqilab Muradov tədbir iştirakçılarını salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun təbrik və tövsiyələrini şəxsi heyətə çatdırıb. Qeyd olunub ki, Daxili Qoşunların döyüş yolu, tarixi əməliyyatlarda iştirakı, şəxsi heyətin xüsusi qəhrəmanlıqları və Vətən müdafiəsində verdikləri töhfələr dövlətimizin tarixində şərəfli səhifələrdən biridir. Hərbi…

Read More
Cəmiyyət 

Bu tarixdə ilin ikinci Günəş tutulması olacaq

Sentyabrın 21-də 2025-ci ilin ikinci Günəş tutulması baş verəcək. Bu, qismən Günəş tutulmasıdır. Bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq. Tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünəcək. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

Read More