Ağdamın Xıdırlı kəndinə gedən yol NİYƏ BAĞLIDIR? – Rəsmi açıqlama
Ağdamın Xıdırlı kəndinə gedən yolun bağlanması bu istiqamətdə hərəkət edən sakinlərin narahatlığına səbəb olub. Bununla bağlı sosial şəbəkədə paylaşım edilib. Qeyd olunub ki, Xankəndi-Şuşa yolunun üstündə yerləşən bu yol heç bir səbəb göstərilmədən bağlanıb. Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli yolun bağlı olması faktını təsdiqləsə də, səbəbsiz bağlanması məsələsi ilə razılaşmayıb. “Sözügedən yol Ağdam-Əsgəran yoludur. Hazırda yolun tikintisi davam edir və bu müddətdə yolboyu müxtəlif təyinatlı tikinti texnikaları işləyir. Təhlükəsizlik baxımından qeyd olunan yolda digər avtonəqliyyat vasitələrinin hərəkəti mümkün deyil. Bundan əlavə, yol hələ…
Read More