Cəmiyyət 

Salatın Əsgərovanın aparıcı oğlunun son halı “ürək sızlatdı” – VİDEO

Xəbər verdiyimiz kimi, narkotik aludəçiliyindən əziyyət çəkən aparıcı hazırda Nəsimi Nəbizadə Reabilitasiya Mərkəzində müalicə alır. Aparıcının yeni görüntüləri sosial şəbəkədə yayılıb. Keçmiş diktorun qısa müddət ərzində səhhətində müsbət dəyişikliklərin olduğu sezilib. Bundan əlavə, içki aludəçilikdən əziyyət çəkən Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı Azərbaycanın Birinci Qarabağ müharibəsində həlak olan ilk xanım jurnalisti Salatın Əsgərovanın aparıcı oğlu Ceyhun Əsgərov da sözügedən bəladan xilas olmaq üçün müəssəyə gətirilib. Onun ağır vəziyyətdə olduğu diqqətdən qaçmayıb. Həmin görüntüləri təqdim edirik: Milli.az

Read More
Cəmiyyət 

Bakı metrosu saat 02:00-a qədər işləyəcək – Bu tarixlərdə

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar iş rejimində dəyişiklik edəcək. Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, sentyabrın 19-dan 20-nə və 20-dən 21-ə keçən gecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. “Yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək, əlavə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq. Rahat və təhlükəsiz səfərlər üçün metropolitendən düzgün istifadə qaydalarına riayət etməyi unutmayaq”,- əlavə edilib.

Read More
Cəmiyyət 

Paytaxtda bu əyləncə ölüm saçır: Elektrikli skuterlər nəzarətdən çıxıb REPORTAJ – FOTO

Son vaxtlar Bakı küçələrində gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmiş elektrikli skuterlər getdikcə daha çox narahatlığa səbəb olub. Xüsusilə də uşaqlar və yeniyetmələr arasında populyarlaşan bu nəqliyyat vasitəsi bir çox hallarda təhlükəli hadisələrlə nəticələnir. İlk baxışdan əyləncəli və rahat görünsə də, skuterlərin düzgün istifadə olunmaması ağır travmalara, hətta həyat üçün riskli vəziyyətlərə səbəb ola bilir. Sürücülərin skuterlə şəhərin küçə və prospektlərində yüksək sürətlə hərəkət etməsi, xüsusən piyadalar üçün ciddi təhlükə yaradır. Bakı Bulvarında şahidi olduğum son hadisə buna bir misal ola bilər. Belə ki, bir yeniyetmə sürətini saxlaya bilməyərək uşaqla toqquşub…

Read More
Cəmiyyət 

Özbəkistanın aparıcı ali təhsil ocağında Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə auditoriya açılıbFOTO

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdində Heydər Əliyev Adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənd şəhərindəki Yunis Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutunda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə Azərbaycan Milli Musiqisi auditoriyası yaradılıb. Açılışda çıxış edən sözügedən ali təhsil ocağının rektoru professor Eldar Şermanov təkcə Azərbaycanın deyil, bütünlükdə Şərq musiqisinin inkişafında özünəməxsus yeri olan dahi bəstəkar Ü.Hacıbəylinin yaradıcılığından söz açaraq onun özbək musiqisinin inkişafına vermiş olduğu töhfələri də qeyd edib. Azərbaycan musiqisinə Özbəkistanda böyük marağın olduğunu bildirən rektor belə bir mərkəzin məhz onun…

Read More
Cəmiyyət 

Azərbaycanda kəskin istilər düşəcək?

Türkiyə Meteorologiya Xidməti ölkənin bir sıra bölgələrində havanın kəskin istiləşəcəyi ilə bağlı xəbərdarlıq yayıb. Maraqlıdır, Türkiyədə gözlənilən kəskin istilər Azərbaycana da təsir göstərə bilərmi? Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov “konkret.az”a açıqlamasında bildirib ki, Azərbaycanın coğrafi şəraiti Türkiyə ilə müqayisədə fərqli olduğundan iqlim və hava şəraiti də başqadır. “Ümumdünya Meteorologiya Təşkilatının (WMO) son proqnozlarında qeyd olunur ki, sentyabr ayından etibarən La Nina hava və iqlim modellərinə müvəqqəti soyutma təsiri göstərə bilər. Buna baxmayaraq payız fəslinə xas olan bəzi meteoroloji göstəricilər norma daxilində tərəddüd edəcək. Yaxın günlərdə ölkəmizin sinoptik…

Read More
Cəmiyyət 

Taksilər üçün dayanacaq məntəqələrinin yerləri müəyyən ediləcək

Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtomobil nəqliyyatı üçün yeni qaydalar müəyyənləşir Bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, ümumi istifadədə olan sərnişin avtomobil nəqliyyatına, habelə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinə dair ümumi tələblər avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən olunacaq. Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsi, onların quraşdırılması, idarə edilməsi və saxlanılması…

Read More
Cəmiyyət 

“eManat”da ciddi pozuntular aşkarlandı

Mərkəzi Bank “eManat”da ciddi qanun və normativ pozuntuları aşkarlayıb “Modenis” MMC-də həyata keçirilən planlı yoxlama çərçivəsində qanunvericilik və normativ aktların tələblərinin pozulması halları aşkar edilib. Mərkəzi Bank tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçulugun maliyyələşməsinə dair mübarizə, habelə nağd pulla işin təşkili, informasiya təhlükəsizliyi, daxili nəzarət və risklərin idarə edilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması üçün icrası “Modenis” MMC-yə məcburi göstərişlər verilib. Qeyd edək ki, “Modenis” MMC “eManat” əmtəə nişanı adı altında fəaliyyət göstərir.\\Milli.Az

Read More
Cəmiyyət 

Süni intellektin təhsildə yaratdığı inqilab

Süni intellekt inqilabı müasir dövrdə təhsil sisteminin transformasiyasında misilsiz dinamika nümayiş etdirir. Bu proses bir tərəfdən öyrənmə təcrübələrinin fərdiləşdirilməsi, pedaqoji fəaliyyətlə məşğul olanların gündəlik işinin dəstəklənməsi, digər tərəfdən isə təhsil menecerlərinin optimallaşdırılması baxımından fundamental imkanlar açır. Mövzunu “İki sahil”ə şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət Proqramları şöbəsinin müdiri, i.ü.f.d. Lətif Zeynallı bildirib ki, son illərdə aparılan tədqiqatlar süni intellektin bilik iqtisadiyyatında məhsuldarlığı əhəmiyyətli dərəcədə yüksəltmək potensialına malik olduğunu sübut edir. “Boston Consulting Group” və dünyanın nüfuzlu universitetlərinin ekspertləri tərəfindən 758 respondent arasında aparılan tədqiqatın nəticələrinə əsasən, GPT-4…

Read More
Cəmiyyət 

Bu içkiləri qaynar içməyin: Xərçəng riskini artırır

Mütəxəssislər çay, qəhvə və ya digər içkiləri qaynar şəkildə içənlərə xəbərdarlıq edirlər. Araşdırmalara görə, 65 dərəcə selsidən yuxarı temperaturda istehlak edilən içkilər qida borusu xərçəngi riskini artırır. 2016-cı ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bölməsi olan Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi qaynar içkiləri insanlar üçün kanserogen kimi təsnif edib. Son illər Avropada aparılan genişmiqyaslı tədqiqatlar da bu əlaqəni təsdiqləyib. İngiltərədə yarım milyon insan üzərində aparılan araşdırmada gündə səkkiz stəkandan çox qaynar içki içənlərin qida borusu xərçənginə tutulma riskinin altı dəfə çox olduğu müəyyən edilib. Araşdırmalara görə, qəhvə və çay üçün ideal içmə…

Read More