Cəmiyyət 

Bu içkiləri qaynar içməyin: Xərçəng riskini artırır

Mütəxəssislər çay, qəhvə və ya digər içkiləri qaynar şəkildə içənlərə xəbərdarlıq edirlər. Araşdırmalara görə, 65 dərəcə selsidən yuxarı temperaturda istehlak edilən içkilər qida borusu xərçəngi riskini artırır. 2016-cı ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bölməsi olan Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi qaynar içkiləri insanlar üçün kanserogen kimi təsnif edib. Son illər Avropada aparılan genişmiqyaslı tədqiqatlar da bu əlaqəni təsdiqləyib. İngiltərədə yarım milyon insan üzərində aparılan araşdırmada gündə səkkiz stəkandan çox qaynar içki içənlərin qida borusu xərçənginə tutulma riskinin altı dəfə çox olduğu müəyyən edilib. Araşdırmalara görə, qəhvə və çay üçün ideal içmə…

Read More
Cəmiyyət 

Bu qurumlar onlayn rejimə keçdi

Hökumət Evində yerləşən dövlət qurumlarının əməkdaşları 5 gün müddətində onlayn rejimdə fəaliyyət göstərəcək. Hökumət Evində yerləşən qurumlardan “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, buna səbəb Formula 1 yarışları ilə əlaqədar ərazidə hərəkətin məhdudlaşdırılmasıdır. Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşdiyindən sentyabrın 22-nə qədər binaya giriş qadağan olunub. Əməkdaşların da məhz həmin gündən işə qayıdacaqları qeyd olunub. Qeyd edək ki, Hökumət Evində bir neçə dövlət qurumu – Mədəniyyət Nazirliyi, Energetika Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkili, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, ADSEA tabeliyindəki Regional Su Meliorasiya Xidməti fəaliyyət göstərir.

Read More
Cəmiyyət 

Bu qədərdən artıq şokolad yemək olmaz – Endokrinoloqdan xəbərdarlıq

Böyüklərin gündə 25 qramdan artıq şokolad yeməsi zərərlidir. Milli.Az xəbər verir ki, bunu rusiyalı endokrinoloq Marqarita Belousova “gazeta”ya açıqlamasında bildirib. Onun sözlərinə görə şokolad təkcə dadına görə deyil, beyində “xoşbəxtlik hormonları” sayılan serotonin, dopamin və endorfinlərin ifrazını artırdığı üçün də sevilir. Bu isə əhval-ruhiyyəni yaxşılaşdırır və stressi azaldır. “Şokoladın həddindən artıq qəbulu artıq çəki, şəkərli diabet və ürək-damar xəstəlikləri riskini yüksəldir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, böyüklər gündə 25 qramdan çox şəkər qəbul etməməlidirlər. Bu baxımdan, şokolad üçün təhlükəsiz norma gündə 25 qram və ya həftədə 180 qram tünd şokolad…

Read More
Cəmiyyət 

Bu tarixlərdə yararsız pullarınızı dəyişdirə bilməyəcəksiniz

Sentyabrın 17-18-də Azərbaycan Mərkəzi Bankının (AMB) Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasındakı “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) vətəndaşlara müraciətində bildirilib. Bildirilib ki, “Nağd pul ofisi” növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcək. Qeyd edək ki, “Nağd pul ofisi” Mərkəzi Bank tərəfindən əhalidə olan tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə fəaliyyət göstərir.

Read More
Cəmiyyət 

Dərman bazarında bahalaşma: Komitə sədri və ekspertlər ÇAĞIRIŞ ETDİLƏR

“Dərmanların keyfiyyəti, əlçatanlığı və qiymətləri cəmiyyəti narahat edir”. Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitənin sədri Əhliman Əmiraslanov deyib. Komitə sədri bildirib ki, icbari tibbi sığortadan insanların məmnunluğu get-gedə artır, amma yenə də problemlər qalmaqdadır: “Ona görə də “Tibbi sığorta haqqında” Qanuna dəfələrlə dəyişikliklər edilir. Dərman vasitələrinin keyfiyyəti, əlçatanlığı cəmiyyəti narahat edən məsələdir. Seçicilər görüşlərdə dərmanların qiymətlərindən də narazılıqlarını bildirirlər”. Bu gün cəmiyyətdə daha çox müzakirə mövzusu səhiyyə, dərmanların keyfiyyəti və müalicə məsələsidir. Dərmanlarla bağlı sual doğuran iki məsələ var: birincisi, qiymət, ikincisi, keyfiyyət. Üçüncü məsələ dəqiqləşmiş diaqnoza uyğun dərmanın…

Read More
Cəmiyyət 

Bəd proqnozları yandıran “Qarabağ”

Hər işimiz belədir: ölçüləri mütləq köhnə meyarlarla götürərik, elə bilərik, indiyə qədər necə olubsa, yenə elə olacaq. Və bir xeyli halda yanılarıq. 1992-ci ilin apreli idi, Ayaz Mütəllibov prezidentlikdən istefa vermişdi, yeni seçkilər təyin edilmişdi, namizədlər göstərilirdi. Biləsuvarda qonaq idik, özünü təcrübəli və daha ağıllı adam kimi göstərən ev yiyəsi müdrik-müdrik deyirdi, hamısı boş şeydir, partokratlar hakimiyyəti verməz, Yaqub Məmmədov prezident seçiləcək. Onun o sözünün üstündən 1 ay keçdi, Yaqub Məmmədov prezident seçilmədi, hətta parlament sədrliyi vəzifəsini də tərk etdi, dedi, işləmirəm. Adam acıq edib, getdi və düz elədi. Süpürləşmə…

Read More
Cəmiyyət 

DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağıntılı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. İdarədən Musavat.com-a verilən məlumata görə, müraciətdə bildirilir ki, yağıntılı hava şəraiti yol örtüyünün sürüşkənliyini artırmaqla yanaşı, sürücülər və piyadalar üçün əlavə risklər yaradır: “Ölkəmizin əksər ərazilərində, o cümlədən paytaxt Bakı şəhərində yağıntılı hava şəraiti davam edir. Belə hava şəraiti yol örtüyünün sürüşkənliyini artırmaqla yanaşı, görmə imkanlarını da məhdudlaşdırır və bu, həm sürücülər, həm də piyadalar üçün əlavə risklər yaradır”. Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdar edib ki, sürücülər yol hərəkəti qaydalarına ciddi riayət etməli,…

Read More
Cəmiyyət 

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Culfada elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq. “Azərişıq” ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq çərçivəsində təsdiqlənmiş tədbirlər planına uyğun olaraq aparılacaq təmir-bərpa işləri səbəbindən Çeşməbasar yarımstansiyasından qidalanan 35 kV-luq Əbrəqunus hava xəttində təmir işləri görüləcək. Bu səbəbdən 35/10 kV-luq Əbrəqunus yarımstansiyasında gərginlik olmayacaq. Bununla əlaqədar sentyabrın 17-də, saat 10:00-dan 13:00-dək Camaldın, Bənəniyar, Saltaq, Göydərə, Əlincə, Xanəgah, Xoşkeşin, Gal, Şurut, Milax, Qazançı, Boyəhməd və Ləkətağ kəndlərinin elektrik təchizatında fasilələr olacaq. Qeyd olunub ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda mərhələli təmir işləri davam…

Read More
Cəmiyyət 

“Nikosayağı”ndan uzun zaman sonra ilk paylaşım – VİDEO

Bloger Nicat Şakirlinin (Nikosayagi) səhifəsində uzun müddət sonra paylaşım edilib. Onun hesabının hekayə bölməsində “Əziz dostum” mahnısı paylaşılıb. Blogerin təsirli paylaşımı sosial şəbəkələrdə diqqət çəkib. Xatırladaq ki, 2023-cü ilin avqustunda Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib. Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib. Onu da qeyd edək ki, Nicat səhifəsinin idarəsini qardaşı Nihat Mütəllimov və bloger Zaur…

Read More