Cəmiyyət 

“Qarabağ”ın “Benfika”nı Lissabonda darmadağın etməsinin sirri…

25 milyon 370 milyon avrodan böyükmüş… Portuqaliyanın paytaxtı Lissabon şəhərinin “Estádio da Luz” stadionunun tribunaları dünən gecə al qırmızı doluydu, qələbəyə – növbəti qələbəyə haqlı olaraq inanırdılar; üstəlik, “Benfika” oyunun başlarında birinci, az sonra ikinci qolu vurmuşdu. Belə olunca, 121 yaşlı, hələ də gücünü qoruyan şöhrətli Avropa klubu qarşısında ondan 83 il sonra qurulmuş, hazırda 38 yaşında olan, amma köklü dərdi və böyük ümidləri olan “Qarabağ” klubunun, bizim hamımızın halını düşünün… Bunlar azmış kimi, doğma şəhəri üç onillik işğaldan daha yenicə qurtulmuş bir klubdan danışırıq axı. Amma yenə də ümid…

Read More
Cəmiyyət 

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ – XƏBƏRDARLIQ

Pirallahı qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, qəsəbənin S. Bağırov küçəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar sentyabrın 17-si saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq. Bu müddətdə Pirallahı qəsəbəsi, Fioletov, S.Vurğun, S.Bağırov küçələrinin və 40-cı məhəllə adlanan ərazinin qaz təchizatında fasilə yaranacaq.

Read More
Cəmiyyət 

Acqarına olmaz: Həkim səhərlər bu içkiləri MƏSLƏHƏT GÖRMÜR

Səhərə portağal, bir fincan qəhvə və ya soyuq qazlı su ilə başlamaq mədədə ciddi problemlərə yol aça bilər. Bu barədə “Moskva 24”ə diyetoloq İrina Pisareva danışıb. Onun sözlərinə görə, sitrus meyvələri – portağal, limon, qreypfrut və naringi acqarına zərərlidir. Hətta onlardan hazırlanmış təzə şirələr də boş mədədə təhlükə yaradır. “Bu meyvələrin tərkibindəki turşular mədəyə daxil olduqda turşuluğu artırır. Nəticədə ürək yanması, qastrit və hətta xora riski yaranır”, – deyə ekspert bildirib. Pisareva bu meyvələri yeməkdən sonra yeməyi və ya sıyıqla birgə qəbul etməyi məsləhət görüb. Mütəxəssis həmçinin qəhvənin də zərərinə…

Read More
Cəmiyyət 

Sumqayıtda yaşayış binasında yanğın olub, 8 nəfər təxliyə edilib – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 8-ci mikrorayon, M.Ə.Sabir küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. “Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın pilləkən qəfəsliyində baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının elektrik lövhəsində 15 ədəd sayğac və elektrik açarları, 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər şaxta boyunca 15 p.m. elektrik kabeli və 5 ədəd…

Read More
Cəmiyyət 

Türklərin qurultayı başa çatdı – Ersin Gözələ yenidən etimad göstərildiFOTOVİDEO

Şimali Kiprdə 4 gün davam edən XX Türk Dünyası Gənclik Günləri və Qurultayı bu gün baş tutan möhtəşəm toplantı ilə başa çatıb. Dünya Türk Gənclər Birliyi tərəfindən təşkil olunan tədbir birliyin başqanı Ərsin Gözələ ən müxtəlif türk ölkələri tərəfindən təqdim olunan hədiyyələrlə başlayıb. İlk olaraq Azərbaycan nümayəndə heyəti öz hədiyyələrini təqdim edib. Daha sonra ən müxtəlif mövzular üzrə təşkil olunan komissiya rəhbərləri türk dünyası üçün çox vacib əhəmiyyət daşıyan qərarlarını elan ediblər. Dünya Türk Gənclər Birliyi başqanını müəyyən etmək üçün seçkilər keçirilib və Ərsin Gözəl yenidən qurumun rəhbəri seçilib. Ərsin…

Read More
Cəmiyyət 

DİN-in Hərbi İnstitutunda kursantların andiçmə mərasimi keçirildi – Video

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunda kursantların hərbi andiçmə mərasimi keçirilib. ARANTV.AZ xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən igid oğullarımızın əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub, dövlət himni ifa edilib. Daxili qoşunların komandanının müavini general-mayor İnqilab Muradov tədbir iştirakçılarını salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun təbrik və tövsiyələrini şəxsi heyətə çatdırıb. Qeyd olunub ki, Daxili Qoşunların döyüş yolu, tarixi əməliyyatlarda iştirakı, şəxsi heyətin xüsusi qəhrəmanlıqları və Vətən müdafiəsində verdikləri töhfələr dövlətimizin tarixində şərəfli səhifələrdən biridir. Hərbi…

Read More
Cəmiyyət 

Bu tarixdə ilin ikinci Günəş tutulması olacaq

Sentyabrın 21-də 2025-ci ilin ikinci Günəş tutulması baş verəcək. Bu, qismən Günəş tutulmasıdır. Bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq. Tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünəcək. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

Read More
Cəmiyyət 

Kolbasa reklamı, aşıb-daşan zibil qutuları – YASAMALDA XAOS

Yeni dərs ilinin başlanması ilə yaranan çətinliklər təkcə ictimai nəqliyyatla məhdudlaşmır, şəhərsalmanın əsas prinsiplərindən biri olan tullantıların idarə olunmasında da üzə çıxdı. “İnşaatçılar” metro stansiyasının qarşısındakı avtobus dayanacağında yerləşən zibil qutuları dolub-daşır, ətrafı tullantılarla doludur. Nəticədə ərazidə antisanitariya və pis qoxu yaranıb. İnsanlar avtobus gözləmək üçün dayanacaqda deyil, zibilliyin yanından kənarda dayanmağa məcbur olur. Məsələ ilə bağlı Musavat.com-a danışan memar Cahid Həsənov deyir ki, problem ilk növbədə zibil qutularının düzgün planlaşdırılmaması ilə bağlıdır: “Şirkətlər tender yolu ilə seçilir, amma qaliblərin çoxu şəhərsalmadan xəbərsizdir. Onlar bilmir ki, hansı ərazilərdə neçə metrdən bir…

Read More
Cəmiyyət 

Ölkədə xəstəxanalara müraciətlərin sayı artdı

Son günlər ölkəmizdə havaların soyuması ilə öskürək, qızdırma və boğaz ağrısı şikayətləri ilə xəstəxanalara müraciətlərin sayı artıb. Bəs bu hallar sadəcə mövsümi qripdir ya aktiv virus dalğasıdır? Həkimlərin sözlərinə görə, hazırda müşahidə olunan xəstəliklər hava damcı yolu ilə keçir. İnfeksionist Təyyar Eyvazovun sözlərinə görə, qripin növləri çox olduğu üçün onları ayırmaq çətindir: “Buna görə də həssas qrupa daxil olan insanlara peyvənd olunması tövsiyə edilir”. Bəs viruslardan özümüzü necə qorumalıyıq? İnfeksionistin sözlərinə görə, dərmanlardan əlavə sağlam həyat tərzi, düzgün qidalanmaq, açıq havada vaxt keçirtmək də önəmlidir. Gündəlik otaqları havalandırmaq , tünlük…

Read More
Cəmiyyət 

Poçt rabitəsi operatorları və “Temu” nümayəndələri ilə müzakirələr aparılıb

Azərbaycanın telekommunikasiya və poçt rabitəsi sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) poçt rabitəsi xidmətlərinin göstərilməsi sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə poçt rabitəsi operatorları ilə müzakirələr aparılıb. Müzakirə zamanı vətəndaşlardan daxil olan şikayətlər əsasında bəzi poçt rabitəsi operatorlarının qanunvericiliyin tələblərinə uyğun olmayan obyektlərdə bağlamaları təhvil verməsi ilə bağlı narazılıq hallarının artması və bu sahədə mövcud çətinliklər müzakirə olunub. Sözügedən problemlərin aradan qaldırılması istiqamətində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb, həmçinin operatorlar qarşılaşdıqları çətinliklər haqqında məlumat veriblər. Poçt rabitəsi operatorlarının nəzərinə çatdırılıb ki, qanunvericiliyin tələblərinə uyğun olmayan obyektlərdə poçt…

Read More