Cəmiyyət 

Azərbaycan həbsxanalarında “Mandela qaydaları” mərhələsi gəlir

Azərbaycan penitensiar sistemində mühüm dəyişikliklərin əsası qoyulur. Milli Məclisdə müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” Qanuna düzəlişlər həbsxanalarda məhkumların sağlamlıq hüquqlarının təmin edilməsində yeni mərhələ kimi qiymətləndirilir. Layihəyə görə, azadlıqdan məhrum edilən şəxslərin tibbi xidmətləri icbari tibbi sığorta çərçivəsində həyata keçiriləcək. Bu dəyişiklik yalnız Azərbaycan vətəndaşlarını deyil, həm də əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri əhatə edir. Ekspertlərin fikrincə, təşəbbüs BMT-nin Mandela Qaydaları və Avropa Həbsxana Qaydaları ilə səsləşərək dövlətin humanist siyasətinin göstəricisinə çevrilir. Bunun üçün qüvvədə olan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi nəzərdə tutulur. Layihə Milli Məclisin Səhiyyə komitəsinin ötən…

Read More
Cəmiyyət 

Heydər Əliyev Beynəlxalq Aeroportu rekord sayda sərnişinə xidmət göstərdi

2025-ci ilin avqust ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 840 minə yaxın sərnişinə xidmət göstərməklə rekord göstəriciyə nail olub. Bu rəqəm bütün illərin avqust ayı ərzində qeydə alınmış ən yüksək nəticədir. Bu müddətdə ümumilikdə 8 238 uçuş həyata keçirilib. Aeroportdan Musavat.com-a verilən məlumata görə, yay mövsümündə sərnişinlərin səyahət üçün ən çox üstünlük verdiyi istiqamətlər İstanbul, Antalya, İzmir, Dubay və Tbilisi şəhərləri olub. Bu istiqamətlərdə xidmət göstərən 38 beynəlxalq aviaşirkət arasında xüsusilə “Turkish Airlines”, “AJet”, “Fly Dubai”, “Air Arabia” və “Wizz Air” yüksək sərnişin axını ilə fərqlənib. Tranzit sərnişinlərin sayında da artım müşahidə olunub.…

Read More
Cəmiyyət 

Xaricdə vəfat edən Xalq artistimizin nəşi gətirildi – FOTOLAR

Xalq artisti Hacı Murad Yegizarovun nəşi Azərbaycana gətirilib. Oxu24.com-un məlumatına görə, cənazəni gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Azərbaycan dövlətinin dəstəyi ilə ilə Vətənə gətirilən mərhumun cənazəsi ailəsinə təhvil verilib. atırladaq ki, mərhumla vida mərasimi bu gün Təzəpir Məscidində keçiriləcək. Daha sonra M.Yegizarovun nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq. Qeyd edək ki, Hacı Murad Yegizarov uzun sürən xəstəlikdən sonra sentyabrın 13-də Almaniyada müalicə aldığı xəstəxanada vəfat edib.

Read More
Cəmiyyət 

Bir evdən 6 uşaq məktəbə getdi

Zərdabın Sarıqaya kəndində bir ailədən 6 uşaq məktəbə gedib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Yeni tədris ilinə başlayan uşaqlardan 4-ü qız, 2-si oğlandır. Qeyd olunub ki, uşaqlar Sarıqaya kənd orta məktəbinin müəllimi Amil Mustafayevin övladlarıdır. Onun 7 uşağı var, sonuncu azyaşlıdır.

Read More
Cəmiyyət 

130 min uşaq məktəb qapısında – gülüşlərlə, göz yaşları ilə

Sentyabrın 15-i… Yayın son həftəsinin ilk sərin səhəri, amma məktəblərin həyətində bahar nəfəsi var idi. Bu gün ölkənin hər bir guşəsində eyni mənzərədir: əlində güllər tutmuş uşaqlar, həm sevinc, həm də həyəcan oxunan baxışlar, bir az da utancaq gülüşlər. Valideynlərdən kiminin gözlərində qürur, kimininsə yanağında gizlətməyə çalışdığı yaş. Elm və Təhsil Nazirliyinin açıqlamasına görə, bu il 2.2 milyon təhsilalan yeni dərs ilinə qədəm qoydu. Onların içində ən çox həyəcanı isə 130 mindən çox birinci sinif şagirdi yaşadı. Məktəbin həyətinə girəndə sanki kiçik bir bayram meydanına düşürsən. Rəngbərəng şarlar, əlvan çiçəklər,…

Read More
Cəmiyyət 

Leyla Əliyevanın təşəbbüsü ilə “Explore Azerbaijan with IDEA” layihəsi fəaliyyətə başlayıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Explore Azerbaijan with IDEA” layihəsi fəaliyyətə başlayıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə İctimai Birlikdən bildirilib. Layihənin əsas məqsədi Azərbaycanın canlı aləminin təkrarolunmaz gözəlliklərini yerli və beynəlxalq auditoriyaya tanıtmaq, eyni zamanda, ölkəmizin təbiətinin özünəməxsus zənginliyini əks etdirən multimedia bazasını yaratmaqdan ibarətdir. Sosial media istifadəçiləri fotovideoqraf Saleh Baxşiyevin peşəkar obyektivi ilə Azərbaycanın flora və faunasının incəliklərini kəşf edərək ölkəmizin füsunkar təbiətinə daha yaxın ola biləcəklər. “Explore Azerbaijan with IDEA” təkcə maarifləndirici layihə deyil, eyni zamanda, təbiətimizin qorunması və gələcək…

Read More
Cəmiyyət 

Sentyabrın 16-da qaz kəsiləcək – Bu ərazilərdə

Sabah İmişlinin iki kəndinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, İmişli rayonu Rəsullu və Məhəmmədli kəndlərini təbii qazla təmin edən daşıyıcı PE-225, 160 və 110 mm-lik qaz kəmərlərində kipliyin sınağı məqsədi ilə əlaqədar sabah saat 11:00-dan etibarən sınaq işləri başa çatanadək Rəsullu və Məhəmmədli kəndlərində (ümumi 463 abonent) qaz təchizatı dayandırılacaq. Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.

Read More
Cəmiyyət 

Ağdamın Xıdırlı kəndinə gedən yol NİYƏ BAĞLIDIR? – Rəsmi açıqlama

Ağdamın Xıdırlı kəndinə gedən yolun bağlanması bu istiqamətdə hərəkət edən sakinlərin narahatlığına səbəb olub. Bununla bağlı sosial şəbəkədə paylaşım edilib. Qeyd olunub ki, Xankəndi-Şuşa yolunun üstündə yerləşən bu yol heç bir səbəb göstərilmədən bağlanıb. Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli yolun bağlı olması faktını təsdiqləsə də, səbəbsiz bağlanması məsələsi ilə razılaşmayıb. “Sözügedən yol Ağdam-Əsgəran yoludur. Hazırda yolun tikintisi davam edir və bu müddətdə yolboyu müxtəlif təyinatlı tikinti texnikaları işləyir. Təhlükəsizlik baxımından qeyd olunan yolda digər avtonəqliyyat vasitələrinin hərəkəti mümkün deyil. Bundan əlavə, yol hələ…

Read More
Cəmiyyət 

Sürət qatarından istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR

Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə Bakı və bölgələrə qatar biletlərinin qiymətlərinin artacağı ilə bağlı müxtəlif məlumatlar dolaşır. Bu şayiələr sərnişinlər arasında narahatlıq yaradıb. Xüsusilə gündəlik olaraq iş və ya təhsil məqsədilə qatardan istifadə edənlər, eləcə də rayonlara səyahət edən sərnişinlər üçün qiymət dəyişikliyi məsələsi böyük maraq doğurur. Bu məqsədlə “Azərbaycan Dəmir Yolları” QSC-yə müraciət etidk. ADY-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, qiymətlərdə hər hansı dəyişiklik gözlənilmir.\\BAKU.WS

Read More
Cəmiyyət 

SON DƏQİQƏ! Şuşada külli miqdarda silah-sursat aşkar edildi – VİDEO

Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində külli miqdarda silah-sursat aşkar edilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin və Azərbaycan Minatəmizləmə Agentliyinin yaydığı birgə məlumatda bildirilib. Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülüb. “Göstərilən istiqamətdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat-axtarış tədbirləri davam etdirilir”, – məlumatda qeyd olunub.

Read More