Son bir ildə 69,5 min qadın münasib işlə təmin edilib
Qadınların əmək bazarına çıxış, məşğulluq imkanlarının artırılması ölkəmizdə həyata keçirilən dövlət məşğulluq siyasətinin əsas istiqamətlərindən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu istiqamətdə tədbirlərin davamı olaraq, 2025-ci ildə daha 69,5 min qadın münasib işlə təmin edilib. “İki sahil” xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramı işsiz və işaxtaran qadınların da kiçik sahibkarlığa çıxışına imkanlar yaradıb. Son bir ildə 6,5 mindən çox qadına özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilməklə onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb. Aktiv məşğulluq proqramlarından…
Read More